Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

  • Ağzı əyrini boynunun ardından tanımaq olar.
  • Arifə bir işarə, qanmaza min toppuz.
  • At oğurlanandan sonra axur nəyə gərək.
  • Bir ağızdan çıxan min ağıza yayılar.
  • Bir daş altda, bir daş üstdə.
  • Daldan atılan daş topuğa dəyər.
  • Düşmən zəif olsa da, ehtiyatı əldən vermə.
  • Ehtiyat igidin yaraşığıdır.
  • Ehtiyatlı oğulun anası ağlamaz.
  • Eşitdiyinə inanma, gördüyünə inan.
  • Eşşəyin üzünü yuyanda külək qopar.
  • Ev bizim, sirr bizim.
  • İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı.
  • İş işdən keçəndən sonra tumanbağını bərkitməyin nə mənası var?
  • Nə eşitsin, nə də qanı qaralsın.
  • Nə görsün, nə də hürsün.
  • Nə göz görsün, nə ürək bulansın.
  • Nə yada sirrini ver, nə namərdə bel bağla.
  • Öz pişiyini aslan görən, özgənin aslanını pişik görər.
  • Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.
  • Pusquda oturan yatmaz.
  • Qaçırılan fürsət ələ düşməz.
  • Qarğa, qarğa, məndə qoz var.
  • Qurdun qonağlığına get, köpəyi də yanınca apar.
  • Sərçə, yağış yağsa - balasını, dolu yağsa - öz başını qoruyur.
  • Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın.
  • Sirr açandan el qaçar.
  • Sirrini demə dostuna, dostunun da bir dostu var.
  • Sonrakı peşmançılıq fayda verməz.
  • Soruşan dağları aşar,
    Soruşmayan düzdə çaşar.
  • Su yatar, düşmən yatmaz.
  • Xalam bildi - aləm bildi.
  • Yatan itləri oyatma.
  • Yerin də qulağı var.
  • Yoldan çıxanı yol vurar.
  • Yüz ölç, bir biç.
Get it on Google Play Available on the App Store
Top