• Ağlarsa anam ağlar, başqası yalan ağlar. (Türk atalar sözü)
  • Anası gəzən ağacı qızı budaq-budaq gəzər.
  • Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz.
  • Atıcı atar, tayını tapar.
  • Balam mənə əzizdir, tərbiyyəsi özündən də əzizdir.
  • Bir ata doqquz oğul saxlar, doqquz oğul bir atanı saxlamaz.
  • Bir-birini sevən ər-arvad komada da xoşbəxt olar.
  • Dərdin çoxsa söylən, borcun yoxsa evlən. (Türk atalar sözü)
  • Döyülməyən düyüdən aş olmaz.
  • Ər ilə arvadın xəmiri bir yerdə yoğrulub.
  • Ər-arvad ipəkdir, araya girən köpək.
  • Ərinə sahib olmaq istəyirsənsə, əvvəlcə onun mədəsinə sahib ol. (İspan atalar sözü)
  • Ərlə arvadın torpağı bir yerdən götürülər.
  • Evlənərkən qulaqlarına yox, gözlərinə inan.
  • Əvvəl evin içi, sonra çölü.
  • Gərək təkcə gəlin gəlin olmasın, gəlin gedən yer də gəlin olsun.
  • Hər işləyən - kişi olmaz,
    Hər doğan - ana olmaz.
  • Hər kəs ağlar, amma analar başqa cür ağlar.
  • Məndən olub mənə oxşamır.
  • Oğlunun davakarlığı ilə fəxr edən ata axırda ağzıqanlı qalar. (Fars atalar sözü)
  • Pis övlad altıncı barmaq kimidir - kəsərsən ağrıyar, kəsməzsən səni eybəcər göstərər.
  • Qadının gözəlliyi uşaq əlindəki silah kimidir - həm onun özü, həm də ətrafdakılar üçün təhlükəlidir. (Ərəb atalar sözü)
  • Qadınsız evdə hörümçəklər tor qurar.
  • Qırağına bax, bezini al, anasına bax, qızını al.
  • Qızını döyməyən, dizini döyər.
  • Su axar, çuxurunu tapar.
  • Subayın malın it yeyər, canın - bit.
  • Uşağı oxudan - atanın kisəsi, ananın kasası.
Get it on Google Play Available on the App Store
Top