Tapılan ümumi test sayı : 162

Aşağıdakı şəkilçilərdən hansı feli bağlama şəkilçisidir?
A) 4.feli bağlamanın şəkilçisi yoxdur.
B) 2.-acaq
C) 1.-ıb
D) 3.-sa
Fəal danışıq üzvləri hansılardır?
A) Dil, dodaqlar, səs telləri
B) Səs telləri, dişlər, dil
C) Dil, dodaqlar, nəfəs borusu
D) Dil, ağ ciyərlər, ağız boşluğu
E) Dodaqlar, qırtlaq, dişlər, ağız boşluğu
Rəsmi üslubun ən sərbəst forması hansıdır?
A) Əmrlər
B) Məktublar
C) Qanunlar
D) Sərəncamlar
E) Bəyanatlar
Burun samitləri hansılardır?
A) [l], [r]
B) [n], [l]
C) [m], [[l]
D) [n], [r]
E) [m], [n]
Hansı mürəkkəb adın yazılışı səhvdir?
A) Orxan-Yenisey kitabələri
B) Balçılı Təhsil Mərkəzi
C) Azərbaycan Respublikasının milli qəhrəmanı
D) Bakı Şəhər İcra Hakimiyyəti
E) Azərbaycan Respublikasının Milli Məclisinin Sədri
Uçuq, sökük sözləri bunlardan hansına aiddir?
A) sifət
B) zərf
C) fel
D) isim
E) qoşma
Qrammatik şəkilçilər necə şəkilçilərdir?
A) fars mənşəli
B) Avropa mənşəli
C) ərəb mənşəli
D) milli
Ismin hal şəkilçiləri hansı sintaktik əlaqə növünün göstəriciləridir?
A) idarə
B) yanaşma
C) uzlaşma
D) yanaşma, uzlaşma
Sözün mənasını dəyişən səsə nə deyilir?
A) fonem
B) inversiya
C) omoqraf
D) hərf
E) orfoqram
Sifətin biri feldən düzəldilmişdir.
A) sabahkı
B) dadlı
C) əzgin
D) kefcil
E) əzabkeş
Inversiya nəyə  deyilirir?
A) cümlə üzvlərinin yerini dəyişməsinə
B) mürəkkəb omonimlərə
C) sadə omonimlərə
D) feli birləşmələrə
E) ismi birləşmələrə
Hansı söz sətirdən-sətrə keçə bilməz?
A) dostluq
B) təcili
C) ürək
D) iyirmi
E) dialoq
Alınma söz hansıdır?
A) həştad
B) bir
C) oxuyuram
D) səksən
E) iraq
Sıraların birində bütün sözlərdə səslərin sayı hərflərin sayına bərabərdir.
A) qəyyum, sifariş
B) doqquz, sərbəstlik
C) neftçi, bünövrə
D) ailə, xoşbəxtlik
E) dostluq, lövhə
Müəllimlik necə isimdir?
A) cəm
B) xüsusi
C) konkret
D) mücərrəd
E) toplu
Bağışlanılmışdır sözündə vurğu hansı hecaya düşmüşdür?
A) 2-ci
B) 5-ci
C) 3-cü
D) 4-cü
E) 1-ci
İxtisarlara əlavə edilmiş şəkilçilərdən hansı səhvdir?
A) BDU-ni
B) AMEA-dan
C) ATS-in
D) MDB-ni
E) BMT-də
Hansı söz hallanarkən "q" samiti "ğ" samitinə keçmir?
A) qayıq
B) idrak
C) üfüq
D) qarmaq
“1000” quruluşuna görə ........ saydır.
A) sadə
B) tərkibi
C) mürəkkəb
D) düzəltmə
Hansı söz düzgün yazılmamışdır?
A) ustad
B) boğça
C) qəşəng
D) səhv
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top