Tapılan ümumi test sayı : 162

Aşağıdakı şəkilçilərdən hansı feli bağlama şəkilçisidir?
A) 1.-ıb
B) 4.feli bağlamanın şəkilçisi yoxdur.
C) 3.-sa
D) 2.-acaq
Fəal danışıq üzvləri hansılardır?
A) Səs telləri, dişlər, dil
B) Dil, dodaqlar, səs telləri
C) Dodaqlar, qırtlaq, dişlər, ağız boşluğu
D) Dil, dodaqlar, nəfəs borusu
E) Dil, ağ ciyərlər, ağız boşluğu
Rəsmi üslubun ən sərbəst forması hansıdır?
A) Sərəncamlar
B) Əmrlər
C) Qanunlar
D) Məktublar
E) Bəyanatlar
Burun samitləri hansılardır?
A) [n], [r]
B) [m], [n]
C) [l], [r]
D) [m], [[l]
E) [n], [l]
Hansı mürəkkəb adın yazılışı səhvdir?
A) Bakı Şəhər İcra Hakimiyyəti
B) Azərbaycan Respublikasının Milli Məclisinin Sədri
C) Orxan-Yenisey kitabələri
D) Azərbaycan Respublikasının milli qəhrəmanı
E) Balçılı Təhsil Mərkəzi
Uçuq, sökük sözləri bunlardan hansına aiddir?
A) isim
B) sifət
C) fel
D) zərf
E) qoşma
Qrammatik şəkilçilər necə şəkilçilərdir?
A) fars mənşəli
B) Avropa mənşəli
C) milli
D) ərəb mənşəli
Ismin hal şəkilçiləri hansı sintaktik əlaqə növünün göstəriciləridir?
A) yanaşma
B) uzlaşma
C) idarə
D) yanaşma, uzlaşma
Sözün mənasını dəyişən səsə nə deyilir?
A) orfoqram
B) omoqraf
C) inversiya
D) fonem
E) hərf
Sifətin biri feldən düzəldilmişdir.
A) dadlı
B) əzabkeş
C) əzgin
D) sabahkı
E) kefcil
Inversiya nəyə  deyilirir?
A) mürəkkəb omonimlərə
B) cümlə üzvlərinin yerini dəyişməsinə
C) feli birləşmələrə
D) ismi birləşmələrə
E) sadə omonimlərə
Hansı söz sətirdən-sətrə keçə bilməz?
A) dostluq
B) ürək
C) iyirmi
D) dialoq
E) təcili
Alınma söz hansıdır?
A) səksən
B) iraq
C) bir
D) həştad
E) oxuyuram
Sıraların birində bütün sözlərdə səslərin sayı hərflərin sayına bərabərdir.
A) doqquz, sərbəstlik
B) qəyyum, sifariş
C) neftçi, bünövrə
D) ailə, xoşbəxtlik
E) dostluq, lövhə
Müəllimlik necə isimdir?
A) mücərrəd
B) toplu
C) konkret
D) xüsusi
E) cəm
Bağışlanılmışdır sözündə vurğu hansı hecaya düşmüşdür?
A) 4-cü
B) 5-ci
C) 3-cü
D) 2-ci
E) 1-ci
İxtisarlara əlavə edilmiş şəkilçilərdən hansı səhvdir?
A) BDU-ni
B) MDB-ni
C) ATS-in
D) AMEA-dan
E) BMT-də
Hansı söz hallanarkən "q" samiti "ğ" samitinə keçmir?
A) qarmaq
B) üfüq
C) idrak
D) qayıq
“1000” quruluşuna görə ........ saydır.
A) mürəkkəb
B) sadə
C) düzəltmə
D) tərkibi
Hansı söz düzgün yazılmamışdır?
A) boğça
B) ustad
C) səhv
D) qəşəng
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top