Tapılan ümumi test sayı : 162

Hansı sözə saitlə başlanan şəkilçi artırdıqda "q-ğ" əvəzlənməsi baş vermir?
A) vərəq
B) maraq
C) bıçaq
D) daraq
E) oraq
”böyüklüyü” sözündə neçə leksik şəkilçi var?
A) 3
B) 1
C) 4
D) 2
Məntiqi tapın:                                                                       yol  -351                                                                                nar  -427                                                                              yara-3272                                                                        rayon-?
A) 5253
B) 12345
C) 72354
D) 34110
Mübtəda rolunda çıxış edən o, bu əvəzliklərindən sonra hansı köməkçi nitq hissəsi gələrsə mübtədadan sonra vergül qoyular?
A) ədat
B) nida
C) bağlayıcı
D) qoşma
E) modal söz
Mən düşünürəm, demək, mən varam.(R.Dekart)Bu cümlədə neçə əsas, neçə köməkçi nitq hissəsi var?
A) 2 əsas, 2 köməkçi
B) 3 əsas, 2 köməkçi
C) 5 əsas
D) 4 əsas, 1 köməkçi
Hansı sözdə bitişdirici samit işlənib?
A) sənətin
B) əlcəyin
C) körpülərin
D) Səlimin
E) körpünün
Nəyə görə zərflik və təyin cümlənin qrammatik əsası hesab edilir?
A) mənalarına görə
B) əsas nitq hissəsi olduğuna görə
C) cümlədə roluna görə
D) suallarına görə
E) bunların heç biri qrammatik əsas deyil
Frazeoloji birləşmələrdən birinin mənası düzgün deyil:
A) Mat qalmaq- son dərəcə təəccüblənmək
B) Vecinə almamaq - saymamaq
C) ələ vermək- təslim etmək, satmaq
D) Ürəyi ağzına gəlmək- ölmək
Məsdər nə zaman cəmlənə bilər?
A) cəmlənə bilmir
B) I şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etdikdə
C) III növ təyini söz birləşməsinin əsas tərəfi olduqda
D) Felin xüsusiyyətini qəbul etdikdə
"Poema" sözünün fonetik təhlili hansı cərgədə səhvdir?
A) Ahəng qanunu pozulub
B) Sözdə 5 hərf, 5 səs var
C) Söz 3 hecadan ibarətdir
D) Vurğu son hecaya düşür
E) "p"kar ,"m"cingiltilidi
Sözlərin mənşəyini nəzərə alaraq məntiqi ardıcıllığı tamamlayın.
neologizm, əlifba, vurğu, sinonim, fel, ...
A) bağlayıcı
B) ədat
C) morfologiya
D) intonasiya
E) Sintaksis
Nümunədə işlənməmişdir:
Yuxudur ömrün üçdə biri,
İşləyirik üçdə birini,
Yerdə qalır üçdə biri.
İstəyirsən yaşa,
istəyirsən yat. (Fikrət Sadıq)
A) sadə isim
B) kəsr sayı
C) III növ təyini söz birləşməsi
D) düzəltmə fel
E) qeyri-müəyyən miqdar sayı
“Əsəbiləşdirmək” sözünün tərkibinə görə təhlilinə uyğun tərkibli sözləri seçin.
1. yelləncəkdəkilər
2. mənimsədildi
3. çəkisizlikdə
4. əmimgildəkilər
5. yaralılardan
6. qısqanclığın
A) 1,4
B) 1,2
C) 5,6
D) 2,3
E) 4,5
Şəxs əvəzlikləri ilə qeyri-müəyyən əvəzliklərin oxşarlığı haqqında hansı fikir yanlışdır?
A) Hər ikisi ismin yerində işlənir.
B) Xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəriola bilirlər.
C) Cümlədə, əsasən, mübtəda və tamamlıq olurlar.
D) Hər ikisi hallanır, mənsubiyyətə görə dəyişir.
E) Cəmlənmə imkanları hər ikisində məhduddur.
Buradakı fellərin zamanlarını işlənmə ardıcıllığı ilə göstərin.
1. keçmiş zaman
2. gələcək zaman
3. indiki zaman
Demərəm, Məcnunam, çölə düşmüşəm,
Ya sellərə dönmüş gözlərimdə su.
Ancaq çox yerlərə aparır məni
Sizi bircə dəfə görmək arzusu.
A) 3,2,1
B) 1,2,3
C) 3,1,2
D) 2,1,3
E) 2,3,1
Fellərdən biri icbar növdədir:
A) alışdır
B) bildir
C) sevdir
D) qaldır
E) güldürmə
Sözlərin mənşəyini nəzərə alaraq məntiqi ardıcıllığı tamamlayın:                                                                neologizm, əlifba, vurğu, sinonim, fel, .......
A) Sintaksis
B) Bağlayıcı
C) Ədat
D) İntonasiya
E) Morfologiya
Feldən düzəlmiş fel hansıdır?
A) sancı
B) ağardılmışdır
C) birləş
D) qorxutmaq
Felin hansı zamanlarının şəxs şəkilçiləri eynidir?
A) qeyri-qəti gələcək və indiki zaman
B) indiki və nəqli keçmiş zaman
C) şühudi keçmiş və qəti gələcək zaman
D) nəqli keçmiş və qəti gələcək zaman
Asılı tərəfi sifət olan I növ təyini söz birləşmələrini seçin.
1. ipək yaylıq
2. körpə gülüşü
3. cəsur ürək
4. sonuncu sual
5. həmin müəllim
6. igid əsgər
A) 1,3
B) 4,5
C) 3,4
D) 2,5
E) 3,6
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top