Tapılan ümumi test sayı : 162

Milli xörək adlarından neçəsi sadə, neçəsi düzəltmə, neçəsi mürəkkəbdir? Xəngəl, qovurma, tava kabab, lüləkabab, parça-bozbaş, xaş, kəlləpaça, kükü, küftə-bozbaş, qutab, çığırtma
A) 3 sadə, 2 düzəltmə, 3 mürəkkəb
B) 1 düzəltmə, 4 sadə, 4 mürəkkəb
C) 2 sadə, 3 düzəltmə, 5 mürəkkəb
D) 4 sadə, 2 düzəltmə, 5 mürəkkəb
Fikirlərdən biri səhvdir:
A) Sifət cümlədə əksər hallarda təyin olur
B) Hər bir nitq hissəsi müəyyən bir suala cavab verir
C) Dilimizdə 6 əsas nitq hissəsi var
D) Leksik şəkilçi sözə qoşulduqda həmişə yeni söz yaranır
Məntiqi tapın:
A) fel
B) bağlayıcı
C) samit
D) kök
Ümumişlək olmayan sözü tapın.
A) gəmi
B) ofis
C) ilan
D) dəniz
E) qayıq
Dördündən biri fərqlidir:
A) keyfiyyət
B) məğlubiyyət
C) fəaliyyət
D) məsuliyyət
Hansı cümlədə qoşma işlənib?
A) Tək əldən səs çıxmaz
B) Tək sən bunu görə bilərsən
C) Dediklərinə əsasən mən bunu dedim
D) Qabaq bunlar burada yox idi
Atributivləşmiş söz hansıdır?
A) Qoca oturdu
B) beş kitab
C) gümüş qaşıq
D) cavan oğlan
Morfem nədir?
A) məna dəyişən səs
B) söz
C) sözün mənalı hissəsi
D) tələffüzü fərqlənən hərf
Biri mürəkkəb zərfdir:
A) Qaçaqaç
B) Taybatay
C) Basabas
D) Gəlhagəl
Biri vurğusunu dəyişərək fel ola bilər;
A) əncir
B) heyva
C) nar
D) alma
E) tut
"İmtahan sabah olasıdır". Bu cümlədə xəbər felin təsriflənən formalarından hansı ilə ifadə olunub?
A) vacib şəkli ilə
B) xəbər şəkli ilə
C) arzu şəkli ilə
D) lazım şəkli ilə
E) əmr şəkli ilə
"Kimsə qapını doydu". "Maraqlı bir kitab oxudum". Bu cümlələr sadə cümlənin şəxsə görə növlərindən hansına aiddir?
A) Müəyyən şəxsli cümləyə
B) Şəxssiz cümləyə
C) Qeyri-müəyyən şəxsli cümləyə
D) Ümumi şəxsli cümləyə
Aşiq, bu gün həzinəm,                                                             Qəmlə dolub xəzinəm.                                                                  Mən elə oxlanmadım,                                                                    Bir də duram gəzinəm.                                                               Bayatının hansı misralarında əvəzlik var?
A) yalnız III misrada
B) I və II misralarda
C) III və IV misralarda
D) I və III misralarda
Tapşırığı tamamlayın:                                                 (səhər-hər) (cənnət-cən)=?
A) sənət
B) tən
C) cəhrə
D) hərə
Bayrağımızın rəngləri, təqvimdə bayramların qırmızı rənglə işarə olunması, nişan üzüyü hansı yazı növünə nümunədir?
A) fikri(ideoqrafik)
B) hərfi(fonoqrafik)
C) əşyəvi
D) şəkli(piktoqrafik)
Hansı sözdə iltisaqilik  prinsipi  üç dəfə pozulub?
A) nakişi
B) çiynimizdəki
C) oğlumgil
D) oğlumdakı
Kitabı qələmi dəftəri pozanı bir sözlə çantanı bura gətir cümləsində hanı durğu işarələri buraxılmışdır?
A) 3 vergül, 1 qoşa nöqtə, 1 tire, 1 nöqtə
B) 4 vergül, 1 tire, 1 nöqtə
C) 5 vergül
D) 4 vergül, 1 qoşa nöqtə, 1 nöqtə
Ta...ça, bo...ça, ba...ça. Nöqtələrin yerinə aşağıdakı hərflərdən hansılar yazılmalıdır?
A) x, x, x
B) x, x, ğ
C) x, ğ, ğ
D) ğ, x, x
Sözlərdən biri digərləri ilə eyniköklü deyil:
A) yazıçı
B) yazdırmaq
C) yazılmaq
D) yazlıq
E) yazışmaq
Sadə sifətlərdən hansılar yalnız azaltma dərəcəsində olur?
A) qara, uzun
B) ayaqyalın, göy
C) kar, etnik
D) şirin, soyuq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top