Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

  • Aslanlar öz hekayələrini özləri yazmırsa ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik. (Fransız atalar sözləri)
  • Allah insanı cəzalandırmaq istəyəndə, əvvəl ağlını alır. (Yunan atalar sözləri)
  • Ağa köz kimidir, yandıra bilməzsə qaralayar. (Yunan atalar sözləri)
  • Acmayan insan, çörəyin nə olduğunu bilməz. (Yunan atalar sözləri)
  • Ay görmüşün ulduza nə minnəti. (İraq-Kərkük atalar sözləri)
  • Alışmış qudurmuşdan betərdi. (İraq-Kərkük atalar sözləri)
  • Alçaq yerdə yatma, sellər alar, yüksək yerdə yatma, yellər alar. (İraq-Kərkük atalar sözləri)
  • Ağacdan maşa olmaz, çingənədən paşa. (İraq-Kərkük atalar sözləri)
  • Adam sözdən, uşaq gözdən. (İraq-Kərkük atalar sözləri)
  • Ağlarsa anam ağlar, başqası yalan ağlar. (Türk atalar sözü)
  • Ağlamayan uşağa süd verməzlər. (İngilis atalar sözləri)
  • Ax axça quru gün üçündür (İngilis atalar sözləri)
  • Atasız uşaq tavansız ev kimidir. (Afrika atalar sözü)
  • Ağılsız o adamdır ki, ayın özünə yox, onu göstərən barmağa baxır. (Çin atalar sözləri)
  • Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər. (Çin atalar sözləri)
  • Atın qiymətin yəhərinə görə biçmə. (Çin atalar sözləri)
  • Az toyuq az yumurta, çox toyuq çox yumurta (Çin atalar sözləri)
  • Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar. (Çin atalar sözləri)
  • Ağıllı adam dəlini danlamaz. (Çin atalar sözləri)
  • Ağıla gəl(məy)ən başa gələr.
  • Atlar işlər, ər öyünər
  • Ağaya ağ olan boynuna kəfən salar
  • Ağa dedi vur, sən yıx, sürü
  • Abdal nə bilir ki, heyva kaldır?!
  • Ac doğuz, darıdan çıxmaz.
  • Ağ gün adamı ağardır, qara gün qaraldır.
  • Abdal oynayanda qar yağar.
  • Anası gəzən ağacı qızı budaq-budaq gəzər.
  • Asta vur,
    Rasta vur.
  • Anası gəzən ağacı, balası budaq-budaq gəzər.
  • Anasına bax, qızını al,
    Qırağına bax, bezini al.
  • Aşığın molladan, mollanın da sazdan zəhləsi gedər.
  • Ay doğar gədiyindən,
    Utan, bir dediyindən.
  • Abad yerin bülbülü,
    xarabanın bayquşu.
  • Abbasını bəyənməyən beş şahı çıxardar.
  • Asta gedən yorulmaz.
  • Acıqla iş görən zərər çəkər.
  • Araba qoş, çarxa dur,
    Mərd igidə arxa dur.
  • Adamın tamarzısı,
    Hər kəsin öz arzusu.
  • Ayağı nərdivana bir-bir qoyarlar.
  • Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
  • Avara qonaq ev yiyəsini də avara qoyar.
  • Aydan arı, sudan duru.
  • Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülməşəkər?
  • Ağlı olan qışın qeydinə yayda qalar.
  • Analı quzu,
    Xınalı quzu.
  • Ağzına bax, tikə kəs.
  • Alət işlər, əl öyünər,
    Qılınc işlər, qol öyünər.
  • Adam aşını-işini bilməlidir.
  • Ağıl başda olar, yaşda olmaz.
  • At ölər nalı qalar,
    İgid ölər namı qalar.
  • Ay fələk, batmanı elədin çərək.
  • Acın imanı olmaz, toxun gümanı.
  • Adam yanıla-yanıla öyrənər.
  • Asta gedən usta gedər.
  • Aşıq gördüyünü çağırar.
  • Ağılsız başın əziyyətini ayaq çəkər.
  • Az danış, düz danış.
  • Atlı çapar, tayını tapar.
  • Alaq otu tez yetişər.
  • Atıcı atar, tayını tapar.
  • Abrını alıb, dirilik suyu versələr, ağıllı adam onu almaz, çünki zillətlə yaşamaqdansa, izzətlə ölmək yaxşıdır.
  • Abal (abdal) dərviş, pulla bitər hər iş.
  • Ac, əlinə, düşəni yiyər; tox ağzına gələni deyər.
  • Ağlamaqla, gözdən yaş qurtulmaz.
  • Ac əsnər, aşıq gərinər.
  • Ac it, dəyənəkdən qorxmaz.
  • Ac qonağa, bir çörək, naz balışdan yeğdir(yaxşıdır).
  • Axmağın ağası olunca, ağıllının, nökəri ol.
  • Ağılı evdə qoyub gedərik, axmağın qulluğuna yetərik.
  • Açıq qapıdan min bir bəla gələr deyiblər, bağlı qapının min bir bəla içində.
  • Axar çay murdarlıq götürməz.
  • Arvadın nə olduğun subaydan sor,
    arvadın necə olduğun evlidən.
  • Ananın səbri tükənməz olur.
  • Ana səbri böyükdür.
  • Ala qarğa suya düşsədə, qaz olmaz.
  • Ata mindin özünü unutma,
    atdan düşdün - atını.
    (atdasan - özünü, atdan endin atını - unutma).
  • Abırlı abırından qorxar, abırsız nədən qorxar?
    (Abırlı abırından çəkinər, abırsız nədən çəkinər?)
  • Ata dost kimi bax, düşmən kimi min.
  • Ata - yəhəri, dilənçiyə - torba ağırlıq edməz.
  • Ata minər, atasın danar, atdan enər, atın danar. (ata mindi, atasını, atdan endi, atını tanımadı). (ata mindi, atasın tanımadı. atdan düşdü, atın tanımadı).
  • Ac eşiyə, lüt içəri qaçar.
  • Ac gəzməkdənsə, tox ölmək yaxşıdır.
  • Ac, qılıncı çapar.
  • Acındırsan arsız, acıqdırsan hırsız (oğru) olur.
  • Acının dadın bilməyən, şirinlikdə dad bilməz.
  • Acıqlı dilənçinin, torbası boş qalar.
  • Aclığın əlin toxluğa sığın, ac qalmasan.
  • Ağrısız baş, qəbirdə olur.
  • Ağzı yağlı, dili bağlı.
  • Alçaq yerdə, təpəcik özün dağ sanır.
  • Alma, dibindən uzağa düşməz.
  • Alqış, iki əldən (çıxar).
  • Arvadın koru, ərin karı.
  • Arxadan gələn düşman, üzə gəlincə dost olar.
  • Arxlar axar, çay olar.
  • Arxadan kəsir, ətəyə yamır.
  • Arxadır yurdumuza, eşq olsun ordumuza.
  • Aslan dişinə, kişi işinə güvənər.
  • Aşı pişirən yağdır, gəlinin üzü ağdır.
  • Aşırıb doymadı, yaladı nə doyar.
  • Ata ana acı alma yesə, oğul qızın dişi qamar (qamaşır).
  • Ata göylü balada, bala göylü havada.
  • Ata güc, adama ağıl (gərək).
  • Ata qabağdan, itə daldan yanaş.
  • Atadan altı olunca, anadan iki ol.
  • Atlı ilə yayaq, savaşa qıldılar ayaq).
  • Atsan nişana dəyər oxun doğrusu, bir mənzilə yetməz yükün əyrisi.
  • Axan arx, axmadan durmaz.
  • Axan suya dayanma, hər deyənə inanma.
  • Acgözlük heyvanı kökəldər, kişini çökərdər.
  • Ac nə yeməz, tox nə deməz.
  • Ac oldun çobana qoşul, yoruldun karvana.
  • Ac qudurğan olar, tox oynağan.
  • Ac qurdlar, ağız ağıza yatarlar. (biri birinə yem olmaq qorxusundan).
  • Ac toyuq özün taxıl bazarında görər.
  • Ac yediyin bilməz, tox dediyin bilməz.
  • Ac, acınan yatsa, dilənçi doğar.
  • Aca qazan asdırsan, yeyəcək qalmaz, lütə odun yaxdırsan, yanacaq qalmaz.
  • Acar, qılıncı çapar.
  • Acgöz, yalançı toruna düşər.
  • Acı işlətmə, toxu tərpətmə.
  • Acıda yesən şirin danış.
  • Acığan çalar, quduran qalxar.
  • Acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı.
  • Adam var 'ər' dəyişir, adamda var 'əl' dəyişir.
  • Adam var yaşır yeyir, adamda var yeyir yaşır.
  • Ağ dediyin alqışdır, qara dediyin qarğışdır.
  • Ağac başına yel dəyir, gözəllərə söz gəlir.
  • Adamın vayı, xocanın payı.
  • Adı başqa, dadı başqa.
  • Ağacın kökü yerdələr. adamın gözü yerdədir.
  • Ağanın bir gözü korsa, nökərin ikisi kordu.
  • Ağaran baş, ağlayan göz, gizlənilməz.
  • Ağası qul olanın, qulu quduran olur.
  • Ağdı qızıl bayraq, doğdu qara topraq.
  • Ağı dağa gəlməz, başa gəlir.
  • Ağıl ağıldan üstün olur, söz sözdən ötgün olur.
  • Ağıl başdan çıxır, çörək daşdan.
  • Ağıl ulusdan çıxar, dərman kol-kos dan.
  • Ağıl üçün, yol birdir.
  • Ağıl, ağıldan keçər, söz danışıqdan ötər.
  • Ağac qurur, devran dönür.
  • Ağacı qurt yeyər, insanı dərd.
  • Açılan solar, ağlayan gülər. (açıl sol, ağla gül).
  • Adam olmaq asta- asta, heyvan olmaq bir anda.
  • Adamı başdan tanı, ağacı yaşdan.
  • Adət qanun deyil, qanun kimi zorludur.
  • Ağac tutan ağac vurandan artıq.
  • Ağacı ortasından tut, iki başdan vur.
  • Ağacın barı gərək, iyidin yarı gərək.
  • Ağacın uzun olsun, qolun dinc.
  • Ağacın qurdu, öz dibindədir.
  • Ağıllı bildiyin söyləməz, dəli söylədiyin bilməz.
  • Ağıllı "bizi" tapınca, dəli bacadan düşər.
  • Ağıllı işinə baxar, dəli dişinə.
  • Ağıllıdan, səfeh olmağın, qədir qiymətin öyrən.
  • Ağını çəkdin, balını çək.
  • Ağır basar, yüngül (yeyni) qalxar.
  • Ağır daş, batman döyər.
  • Ağır daşı, nə yel alır, nə sel.
  • Ağır gedən, yol alar, yeyin gedən, yolda qalar.
  • Ağır qazan, gec qaynar.
  • Ağırlıq qızıl qala, yüngüllük başa bəla.
  • Ağız bəzəyi sözdür, üz bəzəyi, gözdür.
  • Ağız deyir, sol göz görür, sağ göz qıyır.
  • Ağızdan çıxan söz, yanılmaz (qayıtmaz).
  • Ağlaya - ağlaya quyu qaz, gülə - gülə suyun iç.
  • Ağlı olan ərinməz, güclü olan sürünməz.
  • Ağlı qısanın, dili uzun olar.
  • Ağlın ilə gör, ürəklə eşit.
  • Ala it çaqqalın dayısıdır.
  • Alan satandan, satan alandan umar.
  • Alanda hopur, verəndə qopur.
  • Alanın gözü olsa, satan acından ölər.
  • Alanın gözü satanın əlində olar.
  • Alçaq eşşəyi, yükləməyə navar ki.
  • Alçaq görüb daşlanma, yüksək görüb, alçalma.
  • Aldığın verməyən, axtardığın tapmaz.
  • Alıb vermək, görüş qaydası, gedib gəlmək, elçi qaydası.
  • Alimin biliyindən, yalançının dilindən yapışarlar.
  • Alıcının ömrü az olar.
  • Alım birlə (ilə) borc ödənməz.
  • Alış oğlu, verişdi.
  • Alimin sözündən de, iyidin özündən.
  • Ananın aşı, ağzının dadı, təndirin başı, yedin yat.
  • Anbar siçanı, ac qalmaz.
  • Anqıran eşşək, öz tayın tapar.
  • Aranın dağı var olsun, qarlıda olar, qarsızda. iyidin başı sağ olsun, varlıda olar, varsızda.
  • Anlamazla yeyib - içiplər, danışmayıblar.
  • Arada yeyir, qırağda gəzir.
  • Arıdan arı, gündən duru.
  • Arının ağına (zəhərinə, ağrısına) dözüb, balını süz.
  • Arıq ata, qamçı düşman, yırtıq dama, damcı düşman.
  • Arıq ata, qamçıda ağır (gəlir).
  • Arpa yeyən, ipək geyən.
  • Arpa pişər, işiniz düşər.
  • Arsıza üz verdik, ocağına köz verdik.
  • Arvad malı, sapı mandalı.
  • Arvad elə bir şeydir ki: alanda peşman, almayanda.
  • Arşınla bez ölçülər, çuvalla qoz.
  • Artıq aş, qabında dursun, artıq söz, içində dursun.
  • Artıq mal, göz çıxarmaz.
  • Arvad alsan, ürəkdən, qonşu alsan dirəkdən.
  • Arvad boşuna yalanlamasa, düz danışan çıxar.
  • Arvad ilə at, iyidin bəxtinə bax.
  • Arvad kimi düşman yox: gülər bildirməz. köpək kimi dost olmaz: ölər bildirməz.
  • Ağlayıb, gizlində gülən.
  • Arvad öz ixtiyarına olsa, çillə çağı keçi qırxar.
  • Arvadı sırdaş edən, dəllal aramaz.
  • Aşın dadı duzdadır, duzun dadı ölçüdə.
  • At aylığın, dəvə illiyin düşünür.
  • At minənindir, ev qonanındır, don geyənindir.
  • Aş, hamıdan baş.
  • Aşığın sazın al, gəlinin nazın al.
  • Aşın az çoxun qazan bilməz, qab bilər. yolun az çoxun ər bilməz, at bilər.
  • Aşıran bilməz, doğrayan bilər.
  • Aşq ağladar, dərd söylədər. qanmaza çörək versən, çomaq görsədər.
  • Aşq girdi başa, ağıl çıxdı qaça.
  • Aşqa - aşqa, bir məndən başqa.
  • Aşqın gözü kor, qulağı kar (olur).
  • At arıq, yollar uzaq.
  • At görəndə axsar, su görəndə susar.
  • At bəslənirkən, qız istənirkən.
  • At olmasa, yol olmaz, dil olmasa, el olmaz.
  • Atalar sözü bazarda satılmaz.
  • Atalar sözü elin gözü.
  • Atalar sözü, ağlın gözü.
  • Atalar sözü, söz bəzəyi, saqqal qoysan, üz bəzəyi.
  • Atalı söz, ağıla göz.
  • Atan balası olma, adam balası ol.
  • Atası acı alma yesə, oğlanın dişi qamar.
  • Atda qarın, itdə burun.
  • Atdan düş, addan yox.
  • Atdan düşüb, yəhərdən düşmür. (atdan düşüb, yəhərin buraxmır).
  • Atdığın vurar, tutduğun qoparar.
  • Atı olmayan, arpa nə gəzər. atı olmayan, ayaqla gəzər.
  • Atı, yoluyla tanı, eli diliynən tanı.
  • Atılan ox daşdan qayıtmaz, daş ilə qayıdar.
  • Atılan ox daşdan qayıtmaz, elçisiz, el gurtaramaz.
  • Atın ayaqına bax, itin quyruğuna.
  • Atın gücü yerişi, mərdin ərliyi işi (sayılır, hesaba gəlir).
  • Atın qarnı itin burnu vardı.
  • Atın sirrin gözündən, mərdin sirrin sözündən.
  • Atına acıyan, yəhərin arxalar (daşıyar).
  • Atışsan, söz çıxar, tutuşsan göz çıxar.
  • Atla qadın, tumarsız qalmaz.
  • Axşamın sirrin, dan bilir.
  • Ayı vurulmadan dərisi satılmaz. Söz deyilmədən igid başı alınmaz.
  • Axmaq elçi, iki xalqı pozar.
  • Axmaq susanda, ağıllı görünər.
  • Axsaq yügürgən ölür.
  • Axşam döz, yarın göz (gör).
  • Axşam örtəni, dan bilir (bəlirir).
  • Axtaranda tapılmaz, gərəkməzsə (boş yerdə) guruldar.
  • Ay doğuşundan, ər yerişindən bəllənir.
  • Ay ışığın aləmə salır, şəm ışığın dibinə.
  • Ay qəmin bir kərə, el qəmin min kərə düşün.
  • Ay qoca ivrən, köçən kimdi, köçürən kim.
  • Ay yayana (piyadaya) gülən atlı.
  • Ayağ yalın, qanqal qalın.
  • Ayağın yerdə süzür, xəyalın göydə üzür.
  • Ayağnı isti tut, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin.
  • Ayaq ayaq nərdivənə çıxarlar.
  • Ayaq bir olsada, min kərə atılar.
  • Ayaq birdir, atdıqı min.
  • Ayaq qabın dar olsa, dünyanın genliyindən, sənə nə asar (fayda).
  • Ayaq üsdə, qırxı çıxıb.
  • Ayaq yeriməzsə, iz düşməz.
  • Ayaqdaki bit, atdan düşürər, başdaki bit baş itirər.
  • Ayaqdan çıxan toz, baş üsdə qonar.
  • Ayaqla gələn qonağı, atla yola salarlar.
  • Ayda ışığın gündən alır. (ay ışığın, gündən alır).
  • Ayı biləyinə, insan ürəyinə güvənir.
  • Ayı ilə meymun, bir birinə uyğun.
  • Ayı yuvasında, qoz axtarma.
  • Az yeyir küsür, çox yeyir qusur.
  • Az - çox yanına gedər.
    Ac - tox yanına gedər.
  • Ayrılıq çatar, gizli sevgini bəllədər. dərdli gözü gizlətmə, yaşı axır bəllədər.
  • Az danışmaq, az yemək, insanı eylər mələk, çox danışmaq, çox yemək, insanı eylər hələk.
  • Az getdi uz getdi, iynə yarım yol getdi, dərə təpə düz getdi.
  • Az olsun uz olsun. (- uz: uyğun, münasib).
  • Az tamah, çox azar gətirər.
  • Az ver, çox yalvar, çox ver yalvarma.
  • Az verib gəzdirmə, çox verib azdırma.
  • Az yırğanan, ac qalar.
  • Adamdır adam, olmasa puluda, heyvandır heyvan, ətləs olsa çuluda.
  • Adam gərək imama da ağlasın, yezidə də.
  • Adam gözləməklə səbirli olur.
  • Adam hamıya xoş ola bilməz.
  • Adam istəsə dağı dağ üstə qoyar.
  • Adam yanıla-yanıla adam olur.
  • Adam işi böyüdər, iş adamı böyütməz.
  • Adam işini-gücünü bilməlidir.
  • Adam məcburiyyət qarşısında olanda hər şeyə dözər.
  • Adam olana bir söz yetər.
  • Adam öz tay-tuşuyla gəzər.
  • Adam öz tayını-tuşunu tapmasa, günü ah-vayla keçər.
  • Adam özgə cibinin pulunu saymaz.
  • Adam özün tərifləməz.
  • Adam özünə bir çörək ağacı tapmalıdır.
  • Adam pulu qazanar, pul adamı qazanmaz.
  • Adam pulu tapar, pul adamı tapmaz.
  • Adam tayını-tuşunu bilməlidir.
  • Adam var ki, bir şirinin xatirinə min acı udur.
  • Adam təhlükəli işə baş qoşanda gərək hərtərəfli (tam) hazırlıqlı olsun.
  • Adama yaxşılıq yoxdur!
  • Adamda insaf, mürüvvət gərək!
  • Adamı alverdə tanıyarlar.
  • Adamı bədbəxtlik tutanda dəvə üstündə böv vurar.
  • Adamın ayağının altından yer qaçır.
  • Adamın fərsizi məqam gözlər.
  • Adamın gözü, yerin qulağı var.
  • Adamın qədrini adam bilər.
  • Adamın sözü doğru olanda qılınc kimi daşdan keçər.
  • Adamın qorxusundan doğrunu demək olmur, Allahın qorxusundan yalanı.
  • Adamın adı çıxınca, canı çıxsa yaxşıdır.
  • Adam var ki, bir çörəklə min iti dolandırar, adam var ki, min çörəklə bir iti dolandıra bilməz.
  • Aca nə halal, nə haram?
  • Acdan ummaq olmaz.
  • Ac bayıra qaçar, yalavac evə girər.
  • Ac qal, topal qal, kör qal, fəqət torpaqsız qalma.
  • Ac qarına yatmaq it əzabıdır.
  • Ac qazanar, tox yeyər.
  • Ac qılınca çapar.
  • Ac qurd aslanı basar.
  • Ac özünü oda vurar.
  • Ac toxun üzünə baxmaqla doymaz.
  • Ac toyuq yatar, yuxusunda darı görər.
  • Ac yatım, salamat yatım.
  • Acı dilin yarası qılınc yarasından pis olur.
  • Acı sözü bir batman bal ilə yemək olmaz.
  • Acı suala şirin cavab gözləmə.
  • Acığı gələn su içər.
  • Acığın dövlətə zərəri var.
  • Acılıqdan yemək olmur, şirinlikdən atmaq olmur.
  • Acın evində nə od olar, nə ocaq.
  • Acın gözü çörək tikəsində olar.
  • Acın qarnı doyar, gözü doymaz.
  • Acın qulağı kar olar.
  • Acından günorta durur, bığını yağla burur.
  • Acından qarnına daş bağlayıb.
  • Acını dadmayan şirinin qədrini bilməz.
  • Acmış qudurmuşdan betərdir.
  • Açar qıfıldan güclüdür.
  • Açıq ağız ac qalmaz.
  • Açıq qaba it dəyər.
  • Açıq qapını döyməzlər.
  • Açıq süfrə təklif istəməz.
  • Açılma səhər, banlama xoruz!
  • Açma hər pərdəni, arxasında min sirr var.
  • Acmış eşşək atdan yeyin gedər.
  • Aclıqda darı çörəyi halvadan şirin olur.
  • Aclıq ilə toxluğun arası bir parça çörəkdir.
  • Aclıq zarafat deyil.
  • Aclıq ayıya darayı oxudar.
  • Acla əcəli yetən birdir.
  • Acizi vurmazlar.
  • Ad mənim oldu, yar özgənin.
  • Adam adamın rəhmanı, adam adamın şeytanı.
  • Adam ac olanda pendir-çörək də ləzizdir.
  • Adam ağır zəhmətlə alim olur.
  • Adam bilmir, hansı saz ilə oynasın.
  • Adam bilmir: harda tapıb, harda itirəcək.
  • Adam bir dəfə ölər.
  • Adam bu günün işini sabaha qoymaz.
  • Adam dilindən bəlaya düşər.
  • Ac qarına söhbət tutmaz.
  • Ac qalmaq borclu olmaqdan yaxşıdır.
  • Ac ayı oynamaz.
  • Aclıq susuzluğla qardaşdır.
  • Aclıq, adama oyun öyrədər.
  • Aclıq nə etdirməz, toxluq nə dedirtməz.
    (Varlıq nə dedirtməz, aclıq nə yedirtməz.)
  • Ac aman bilməz.
  • Abır harda, bərəkət orda.
  • Abırını yeyib, həyasını da belinə bağlayıb.
  • Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
  • Abad kənd tüstüsündən bəlli olar.
  • Abanın qədri yağışda məlum olar.
  • Abdal at mindi, özünü bəy saydı.
  • Abbasıdan bez sahı çıxardır.
  • Atalar sözü - söz yaraşığı.
  • Ağıl çox - pul yox, ağıl yox - pul çox.
  • Ağız yağlanar, mala baxsan, könül dincələr, pul qazansan.
  • Adın nədir ? Dərviş. Pul ilə olur hər iş.
    Pulun var giriş, pulun yox sürüş.
  • Anadan olmayan qardaş sayılmaz.
  • Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı.
  • Atın yaman - sat,
    Qardaşın yaman - qaç,
    arvadın yaman - at.
  • Ata evində ügey ana, ər evində qayınana.
  • Atana hörmət elə, oğlun sənə hörmət edər.
  • Adamı qeyrət işlədər, dəyirmanı - su.
  • Aşırı qeyrət, axırı zillət.
  • At - ər altında, ər - qeyrət altında.
  • At verməyin nə, "yavaş get" deməyin nə?
  • At gücünü karvanda gör, mərd gücünü meydanda.
  • Abad məclis aşığından bəllidir
  • Atan soğan, anan sarımsaq; Sən hardan oldun gülməşəkər?
  • Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz.
  • Atı atın yanına bağlasan rəngini dəyişməsə də xasiyyətini dəyişər.
  • Azqın olsan asarlar, yavaş olsan basarlar.
  • Ay var ili gözlər, il var ayı gözlər.
  • Ay görününcə, ulduza minnət qalmaz.
  • Ağzı büzük bəy olsa, doğru çıxar söz ondan.
  • Ac elə bilər ki, heç doymaz.
  • Aparanda: - El aparar, yel aparar, sel aparar.
  • Adımı qız qoymuşam, dul kişiyə getmərəm (bayatı).
  • Adamlığı adamdan istə, xoş ətri qızılgüldən!
  • Adamların qorxusundan doğrunu demək olmur, allahın qorxusundan yalanı.
  • Adamın hüsnünə baxma, ağlına bax.
  • Adamın ürəyindəkini bilmək olmaz.
  • Adamın ölümü – mollanın bayramı.
  • Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır.
  • Adamın malı gözünün qabağında gərək.
  • Adamın əvvəli olunca, axırı olsa yaxşıdır.
  • Adamın dostu dar gündə bəlli olar.
  • Adamın dinməzindən qorx.
  • Adamın dili ilə ürəyi bir olsun gərək.
  • Adamın axır günü xoş olsun.
  • Adamın ayağından çəkən çox olar.
  • Adamın adı pisliyə çıxınca canı çıxsa yaxşıdır.
  • Adamı sözündən tutarlar, heyvanı buynuzundan.
  • Adamı işi ilə tanıyarlar.
  • Adamı dindir, sonra qiymətini ver.
  • Adamı adam eləyən paradır, parasız adamın üzü qaradır.
  • Adama sözü bir dəfə deyərlər.
  • Adama adamlıq lazımdır.
  • Adam hər işıq gələn yerə pambıq tıxmaz.
  • Adam hər düşməndən bir ağıl öyrənər.
  • Adam sözünü adama deyər.
  • Adam soruşub öyrənməklə alim olar.
  • Adam paltar ilə tanınmaz.
  • Adam odur, "Dur get"i "Buyur, əyləş"dən tez başa düşsün.
  • Adam gərək özü öz həkimi olsun.
  • Adam gərək arxasız olmasın.
  • Adam gedər, adı qalar.
  • Adam yıxıldığı yerdən qalxar.
  • Adam yanıla-yanıla adam olar.
  • Adam qocalanda ikinci dəfə uşaq olur.
  • Adam qabağına çıxartmalı deyil.
  • Adam var ki, rəhmət aparar,
    Adam var ki, lənət aparar.
  • Adam var ki, yemək üçün yaşayır, adam var yaşamaq üçün yeyir.
  • Adam var ki, adamların naxşıdır,
    Adam var ki, heyvan ondan yaxşıdır,
    Adam var ki, dindirərsən "can" deyər,
    Adam var ki, dindirməsən yaxşıdır.
  • Adam başından böyük danışmaz.
  • Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.
  • Adın tut, qulağın bur.
  • Adı dillər əzbəridir.
  • Adı qulağına bitişib.
  • Adı var, özü yox.
  • Ad adamı bəzəməz, adam adı bəzəyər.
  • Ağrımaz baş qəbirdə olar.
  • Ağlınla gör, qəlbinlə eşit.
  • Ağlamaq fayda verməz.
  • Ağıllının ağzı qəlbində olur, axmağın qəlbi ağzında.
  • Ağıllıya işarə, dəliyə kötək.
  • Ağıllı fikirləşincə dəli çayı keçdi.
  • Ağıllı uşaq bələkdə özünü göstərər.
  • Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
  • Ağıllı kişi qışın qeydinə yayda qalar.
  • Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.
  • Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.
  • Ağıllı bir dəfə aldanar.
  • Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
  • Ağıllı bizi tapmaz, dəli bacadan düşər.
  • Ağıla paxıllıq olmaz.
  • Ağıl gücdən üstündür.
  • Ağıl yaşda deyil, başdadır.
  • Ağıl insana sərmayədir.
  • Ağıl başın böyüklüyündə deyil.
  • Ağıl bazarda satılmaz.
  • Ağıl ağıldan üstündür.
  • Ağız deyəni qulaq eşitmir.
  • Ağzını xeyirliyə aç!
  • Ağzını qoyub Allah yoluna.
  • Ağzına su alıb.
  • Ağzına söz atıblar.
  • Ağacı meyvəsindən tanıyarlar.
  • Ağacı qurd içindən yeyər.
  • Ağac tutan baş yarandan çoxdur.
  • Ağac öz kökü üstə bitər.
  • Ağac kölgəsiz olmaz, insan sevgisiz.
  • Ağac yaş ikən əyilər.
  • Ağac kökündən su içər.
  • Ağ gün qara günü yaddan çıxardar.
  • Ağ gün (adamı) ağardar, qara gün qaraldar.
  • Ağ köpək, qara köpək, ikisi də köpəkdir.
  • Ağ divara hansı rəngi yaxsan, tutar.
  • Avazın yaxşı gəlir oxuduğun Quran olsa?
  • Ac toyuq yuxusunda darı görər.
  • Ac deyər: - Doymaram!
  • Ac qurd balasını yeyər.
  • Açaram sandığı, tökərəm pambığı.
  • Ah yerdə qalmaz.
  • Axşamın işini sabaha qoyma.
  • Axmaq özünə düşməndir, özgəyə necə dost ola bilər?
  • Axmaq axmağı tapar.
  • Axırda gülən yaxşı gülər.
  • Ata-ana tərbiyə etməyəni həyat tərbiyə edər.
  • Ata-ananın qoca vaxtında oğul əlindən tutar.
  • Atdan düşən yenə atlanar.
  • Atası ölən yetim qalmaz, anası ölən yetim olar.
  • Atana necə baxarsan, övladın da sənə elə baxar.
  • Atalar nə əkiblər, oğullar onu biçiblər.
  • Atadan qalan mal yanan şama bənzər, əriyib qurtarar.
  • Ata olmaq asandır, atalıq öyrənmək çətin.
  • Ata oğlunun pisliyini istəməz.
  • Ata malından mal olmaz, özün qazanmaq gərək.
  • Ata malına göz tikən malsız qalar.
  • Ata malı tez tükənər.
  • Astarı üzündən baha.
  • Asta atın təpiyi bərk dəyər.
  • Aslanlar yurdunda tülkülər gəzir.
  • Aslanın qorxusu qarışqadan olar.
  • Aslan öləndə də aslandır.
  • Arxasını yerə vermir.
  • Artıq tikə diş qırar.
  • Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
  • Arzunun sonu yoxdur.
  • Arzu geniş, ömür qısa.
  • Arzu quyudur, doldurmaq olmaz.
  • Arzu arzudan doğar.
  • Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
  • Arvadsız ev, susuz dəyirman.
  • Arvadın isməti – ərin izzəti.
  • Arvadın biri əla, ikisi bəla
  • Arvadın axır hiyləsi ağlamaqdır.
  • Arvadı bəd olanın saqqalı tez ağarar.
  • Arvadı əri saxlar, pendiri dəri.
  • Arvad şeytana papış tikər.
  • Arvad, sən içəridən, mən bayırdan, yaxşıca ev tikərik.
  • Arvad papaq deyil ki, başdan-başa qoyula.
  • Arvad malı alçaq qapıdır, bir girəndə alnına dəyər, bir çıxanda.
  • Arvad yıxan evi fələk də yıxa bilməz.
  • Arvad iki olanda ev süpürülməmiş qalar.
  • Arvad qohumu şirin olar.
  • Arvad var, ev yığar, arvad var, ev yıxar.
  • Arvad ilə at igidin bəxtinə.
  • Arvad almamış övlad arzusu eləmə.
  • Aralarından tük keçmir.
  • Arsız qocalmaz.
  • Anlayana bircə milçək də sazdır, anlamayana zurna-qaval da azdır.
  • Anlayana bir söz bir kitabdır.
  • Anlayan bir qıldan da anlar.
  • Anası namaz üstündə imiş.
  • Ananın canı övladdadır.
  • Ananın keçdiyi körpüdən qızı da keçər.
  • Ananın ərköyün oğlu hambal olar.
  • Anam elə çox bilir ki, kündəni xırda tökür, atam elə çox bilir ki, ikisini birdən ötürür.
  • Ana haqqı – tanrı haqqı.
  • Ana ürəyi – dağ çiçəyi.
  • Ana tökəni bala yığar.
  • Ana olanda kişi anası ol.
  • Ana evin dirəyidir.
  • Aman deyəni öldürməzlər.
  • Altmışında zurna çalmaq öyrənən axirətdə çalar.
  • Altmışında at minmək öyrənən qiyamət meydanında çapar.
  • Alnına nə yazılıb, onu görəcək.
  • Alma öz ağacından uzağa düşməz.
  • Allahın yarası da var, çarəsi da.
  • Allahın işini bilmək olmaz.
  • Allaha inanmayan bəndəyə də inanmaz.
  • Allaha da özünü plov yeyən tanıtdır.
  • Allah heç kimi arxasız qoymasın.
  • Allah tənbəli sevməz.
  • Allah sağ əli sol ələ möhtac eləməsin.
  • Allah kora necə baxsa, kor da Allaha elə baxar.
  • Allah kimə pay verməyi yaxşı bilir.
  • Allah insana bir ağız, iki qulaq veribdir, bu da bir söyləmək, iki eşitmək üçündür.
  • Allah dərdi çəkənə verər.
  • Allah dəvəyə qanad versəydi, uçurmadığı dam- daş qalmazdı.
  • Allah verməyəndə bəndə neyləsin?
  • Allah verib, Allah da aparıb.
  • Allah verəndə yox yerdən verər.
  • Allah var, rəhmi də var.
  • Allah bir kəsə qəzəb eləmək istəsə əvvəlcə onun ağlını başından alar.
  • Allah bir yandan bağlasa, bir yandan açar.
  • Allah bilən yaxşıdır, məsləhət onundur.
  • Allah bacadan tökməz, gərək özün çalışasan.
  • Allah adamın ömründən kəsib bəxtinə calasın.
  • Allah ağıl paylayanda harada idin?
  • Allah ağzından eşitsin!
  • Alacağını yadında saxladığın kimi verəcəyini də yadında saxla.
  • Alanda yaxşıdır, verəndə pis?
  • Alan olmasa, satan da olmaz.
  • Ayının boğazına su çıxanda balasını ayağının altına alar.
  • Ayı meşədən küsüb, meşənin xəbəri yox.
  • Ayaqqabı dar olanda dünya başa zindan olar.
  • Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır.
  • Ayaq islanmayınca balıq tutulmaz.
  • Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
  • Ayağını yorğanına görə uzat.
  • Ay aydın, onun da üzündə ləkə var.
  • Ailəsinin qədrini bilməyən el-obasının da qədrini bilməz.
  • Ailə xoşbəxtliyin açarıdır.
  • Azın qədrini bilməyən çoxun da qədrini bilməz.
  • Aza qane ol, çoxu allahdan istə.
  • Az olsun, yaxşı olsun.
  • Az ye, öz çörəyini ye.
  • Az danış, çox qulaq as.
  • Az danış, yaxşı danış.
  • Az-az ye, həmişə ye.
  • Asılsan da uca budaqdan asıl.
  • Anasından ayrı düşən quzunu qurd yeyər.
  • Ana kimi yar olmaz, Vətən kimi diyar.
  • Ağac sınanda budaq nəyə gərəkdir?!
  • Ağac səmtinə yıxılar.
  • Ağac olan yerdə budaq sınar.
  • Ağac meyvəni dəyənə qədər böyüdər.
  • Ağacı içindən qurd yeyər.
  • Ağac dibindən su içər.
  • Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
  • Ata olmasan, ata qədri bilməzsən.
  • Atam gündəni sayır, anam gündədən kəsir.
  • Atam ilə atanı deyincə, özüm ilə özünü de.
  • Ata malına göz dikən ac olar.
  • Ataya oğul, anaya qul.
  • Ata-ananın canı övlada bağlı olar.
  • Ata-ana sözünə baxmayan xoş gün görməz.
  • Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
  • Ata-anamı itirdim. Özümü yara yetirdim.
  • Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
  • Anasına bax qızını al, Qırağına bax bezini al.
  • Anası gəzən ağacları balası budaq-budaq gəzər.
  • Anasızın gördüyü iş danlaqsız bitməz.
  • Anan, bacın kimdir? - Yaxın qonşum.
  • Analı quzu, Xınalı quzu.
  • Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
  • Analar bizi bu gün üçün doğub.
  • Anadan əmdiyim süd burnumdan gəldi.
  • Anadan əziz yenə anadır.
  • Ana qarnında necə qalıbsan?
  • Ana, bala ucundan canını oda yaxar.
  • Ac toyuq yuxuda darı görər.
  • Axtaran tapar, yoğuran yapar.
  • At ölüb, itlərin bayramıdır.
  • Atın izi itin izinə qarışmaz.
  • Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
  • Arzu bir, ümid iki.
  • Aman istəyənin boynun vurmazlar.
  • Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.
  • Allahdan buyruq, Ağzıma quyruq.
  • Allaha əl çatmır, padşaha söz.
  • Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
  • Adamın tamarzısı, Hər kəsin öz arzusu.
  • Adamın gərək dili ilə ürəyi bir ola.
  • Adam adam sayəsində adam olar.
  • Ara sözü ev yıxar.
  • Adamın üzünə baxarlar, halını xəbər alarlar.
  • Adın nədir? - Rəşid! Birin de, birin eşit!
  • Adam odur ilqarından dönməyə.
  • Adam var gözdən qızar,
    Adam var sözdən qızar.
  • Ağzının qaytanı yoxdur.
  • At ölər nalı qalar, İgid ölər namı qalar.
  • At ət ilə, igid don ilə.
  • Asta vur, Rasta vur.
  • Aslanın nə erkəyi, nə dişisi.
  • Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
  • Alnım açıq, üzüm ağ.
  • Alıcı quş dimdiyindən bilinər.
  • Aydan arıyam, sudan duru.
  • Ağac əyildi, sındı, igid əyildi, öldü.
  • Ağalıq verimlədir, igidlik vurumla.
  • Arı yeyib, namusu atıb dalına.
  • Artıq tamah baş yarar.
  • Alim olmaq asandır, adam olmaq çətin...
  • Aldığını verməz, bildiyini deməz.
  • Ala itdən məşhurdur.
  • Al - ver deyiblər, al vermə deməyiblər.
  • Ayı qandı, abid qanmadı.
  • Aza qane olmayan, çoxa çatmaz.
  • Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.
  • Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
  • Adı it dəftərində də yoxdur.
  • Adamın başına nə bəla gəlsə, dilindən gələr.
  • Adam olmayan yerdə adamdır.
  • Ağır otur, batman gəl.
  • Ağıllı olan bir dəfə aldanar.
  • Ağzına çullu dovşan sığışmır.
  • Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.
  • Ağa gətirər navala, xanım tökər çuvala.
  • Abırsızdan abrını gözlə.
  • Abdalın qarnı doyunca, gözü qapıda qalar
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Ağıllı baş hər şeydən mənfəət götürər.
  • Ağıl yaşda olmaz, başda olar.
  • Ağıl ağıldan üstün olar.
  • Ağac bar verəndə başın aşağı dikər.
  • Abdaldan paşa olmaz, taxtadan - maşa.
  • At oğurlanandan sonra axur nəyə gərək.
  • Arifə bir işarə, qanmaza min toppuz.
  • Ağzı əyrini boynunun ardından tanımaq olar.
  • Arxalı köpək qurd basar.
  • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • Acıdil balsatandan, şirindil bibərsatandan yaxşıdır. (Türkmən atalar sözləri)
  • Ağıllı adam, ağılsız adamın son etdiyini əvvəldə edər. (Hind atalar sözləri)
  • Ağıllı adam, ağılsız adamın ən son etdiyini ilk öncə edər. (Hind atalar sözləri)
  • Ağıllı özünü günahkar bilər, ağılsız - dostunu. (Özbək atalar sözləri)
  • Ağıllı adam atını, axmaq arvadını tərifləyər. (Özbək atalar sözləri)
  • Atın sağlam olsun, yoldan qorxma (Rus Atalar Sözləri)
  • Ağlamaq üçün zaman var, əylənmək üçün də (Rus Atalar Sözləri)
  • Axmaqla bir şey tapa bilərsən amma bölüşə bilməzsən (Rus Atalar Sözləri)
  • Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır (Ərəb atalar sözü)
Get it on Google Play Available on the App Store
Top