Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

  • Varlı bacı yaxında, yoxsul bacı uzaqda olmasın.
  • Varlı olan bir ayda, yoxsul qalır on ayda.
  • Varlı umduğun yiyər, yoxsul olduğun.
  • Varlığın sonu ilə, yoxluğun önü birdir.
  • Varlının əlin pıçaq kəsəndə, yoxsul köynəyin kəsər.
  • Varlının torpağından çay keçər, yoxsulunkundan yol.
  • Vətən daşı olmayandan, olmaz vətəndaşı.
  • Vətən elin evidi.
  • Vətənin tüstüsüdə şirindi.
  • Varlılın eşəyyinədə, ağıllı diyərlər.
  • Varlının iti yatmaz.
  • Varlıya saxsı gərəksə, yoxsul kasasın qırar.
  • Verdiyin bir yumurta, onuda yırta yırta.
  • Verən əli kimsə, kəsməz.
  • Verən gərək olaki alan da ala!.
  • Verirəm diyə quluna, çıxarıb qoyar yoluna.
  • Verirsən doyur, vurursan duyur.
  • Verməzin aşı qazandan çıxmaz.
  • Vaxt qızıldan bahadır.
  • Vaxt gözləmir (yubanmaq olmaz).
  • Vaxt insanı hər dərddən sağaldır.
  • Vaxtın qiyməti yoxdur.
  • Varlı olmaqdansa, xoşbəxt olmaq yaxşıdır.
  • Varlığa nə darlığ?!
  • Varlının da kasıba işi düşər.
  • Vərdiş - ikinci xasiyyətdir.
  • Vurağan inək buynuzsuz qalır.
  • Vurağan qoçun qaşqaşı həmişə qanlı-xoralı olur.
  • Vurağan öküzə Allah buynuz verməz.
  • Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
  • Vardır pulun – hamı qulun, yoxdur pulun açıqdır yolun.
  • Vardır pulun, yetən qulun.
    Yoxdur pulun, dardır yolun.
  • Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
  • Varlılığa tələsən, yoxsulluğa tez düşər.
  • Varı olan taxar,
    Varı olmayan baxar.
  • Verən ərin əli açıq, görən ərin yolu açıq.
  • Vaxtı itirsən hədər, görərsən böyük zərər.
  • Vaxtı boş olanın sözü çox olar.
  • Vaxtdan gileylənmə, vaxtın gedər.
  • Vaxt insana hər şeyi öyrədər.
  • Vaxt ikən oxu, aşıq, el gələr, tünlük olar.
  • Vaxt qızıldır, bir dəqiqəsini də boş qoymaq olmaz.
  • Vaxt qənimətdir.
  • Vaxt vaxtı gözləyər.
  • Vaxt atlı, biz piyada.
  • Varını verənin kisəsi boş qalar.
  • Varsa əgər hünərin, hara getsən var yerin.
  • Varlının çörəyi kasıbın çənəsini yorar.
  • Varlının xoruzu da yumurtlayar.
  • Varlının torpağından çay keçər, kasıbınkından yol.
  • Varlının malı, kasıbın övladı.
  • Varlının könlü oluncaya qədər kasıbın canı çıxar.
  • Varlının iti harın olar.
  • Varlının əlini bıçaq kəsəndə yoxsul köynəyini parçalar.
  • Varlının eşşəyi də yeyin gedər.
  • Varlının varı gedər, muzdurun canı.
  • Varlının arvadı öləndə yorğan döşəyi təzələnər,
    kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar.
  • Varlıya toxun keç, yoxsuldan qorun, keç.
  • Varlığın sonu ilə yoxluğun sonu birdir.
  • Varlığa güvənməzlər.
  • Varlı umduğunu yeyər, kasıb – olduğunu.
  • Varlı olub qəm-qüssə ilə yaşamaqdansa,
    kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
  • Varlı kisəsini döyər, kasıb dizini.
  • Varlı yoxsullaşanda əlli il dəstgahını pozmaz.
  • Varlı varından pay versə, varsız da varlı olar.
  • Varlı arabasını dağdan aşırar,
    yoxsul düz yerdə yolunu çaşar.
  • Varını itirən az şey itirər, namusunu itirən çox şey.
  • Varını verən utanmaz.
  • Vardan-yoxdan çıxıb.
  • Vara var deyərlər, yoxa yox.
  • Var günün dostu çox olar.
  • Var evi – kərəm evi, yox evi – vərəm evi.
  • Var var üstündən gələr.
  • Var axar, yox baxar.
  • Var adama oyun öyrədər.
  • Vay ölənin halına.
  • Vay ondadır ki, varlı evinə yoxsul girə.
  • Vay o sürüsünün halına ki, canavardan çobanın təyin edələr.
  • Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa.
  • Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün.
  • Vay o gündən ki, adamın öz iti özünü qapa.
  • Vay o kişinin halına ki, yeməyə, içməyə, saxlaya arvadının sonraki ərinə.
  • Vay bu başdan, vay o başdan.
  • verib min köşək.
  • Vuruşun kor vuruşuna oxşamır.
  • Vurur daşa, çıxır başa.
  • Vuraram ölər, "kiş" deyərəm, getməz.
  • Vuran öküzə Allah buynuz verməz.
  • Vuran igid dayısına baxmaz.
  • Vuran elin dirəyidir.
  • Vuran əlin var olsun!
  • Vura bilməyən, daşın böyüyündən yapışar.
  • Vur deyənlə vuran şərikdir.
  • Vur dedim, öldür demədim ki?
  • Vur babam, dövran sənindir.
  • Vücudu bir qəpiyə dəyməz.
  • Vücudu dönüb kimyaya.
  • Vicdanla işləyən gözükölgəli olmaz.
  • Vicdan bazarda satılmaz.
  • Vətənə məhəbbət iman əsəridir.
  • Vətən mülkü doğmadır, özgə diyar – ögey.
  • Vətən elin evidir.
  • Vətən viranə də olsa, cənnətdir.
  • Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də.
  • Vəsiyyət yüngüllükdür.
  • Vələ gedən öküzün olsun, işə getməyən oğlun olmasın.
  • Vəzndə yüngül, qiymətdə ağır.
  • Vəzifə daimi deyil.
  • Vəziri qarğa olanın ağzı zibillikdə olar.
  • Vədəsi bitmiş nökərin əcəli yetən ağası gərək.
  • Vədə xilaf olma.
  • Verməz doqquzu, yeyər toppuzu, verər otuzu.
  • Vermədi Məbud, neyləsin Mahmud?
  • Vermə nisyə, girməz kisəyə.
  • Verirlər – al , döyürlər – qaç.
  • Verim əli hamı əldən ucadır.
  • Verim vara baxmaz.
  • Verilən aşı yeyərlər.
  • Verib yaman olunca, verməyib yaman ol.
  • Verərsən pendir, eylərəm kəndir, verərsən aş, eylərəm baş.
  • Verərsən ətdən-mətdən, işlərəm bərkdən- bərkdən, verərsən şordan-mordan, işlərəm ordan-burdan.
  • Verərsən adındır, yeyərsən dadındır – dala qoyulanı it yeyər.
  • Verəndə yaxşısan, verməyəndə pis.
  • Verəndə elə verər, alanda belə alar.
  • Verəndə imam olur, alanda Şümür.
  • Verən əli hər kəs öpər.
  • Verən əli də var, vuran əli də.
  • Verən əl ac qalmaz.
  • Verən əl alan əlin üstündə olar.
  • Verdin – doydur, vurdun – yıx.
  • Verdiyin sənindir, vermədiyin özgənin.
  • Verdiyin iki şahı, zərbaf çıxmayacaq ki!
  • Verdiyin əl ilə al!
  • Verdiyi anda bax, gördüyü işə.
  • Verdiyi abbasıya bax, etdiyi tələbə.
  • Ver abbasını, ye halvasını.
  • Vaxtsız qonaq öz kisəsindən yeyər.
  • Vaxtsız banlayan xoruzun başını kəsərlər.
  • Vaxtsız açılan gül tez solar.
  • Vaxtını itirən bəxtini itirər.
  • Vaxtında görülməmiş iş həmişə görülməmiş qalar.
  • Vaxtında atılan tüfəngin səsi vaxtsız atılan topun səsindən üstündür.
  • Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
  • Vətənə gəldim, imana gəldim.
  • Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.
  • Vur deyənlə, vuran yarıdır.
  • Vur qırxı, gedər qorxu.
  • Vuraram ölər, kiş deyərəm getməz.
  • Vuran igid dayısına gəyişməz.
  • Vura bilməyən, daşın böyüyünü götürər.
  • Və'z oxumaq asan işdir, əməl eləyən gərək.
  • Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
  • Vicdan ləkəsi silinməz
  • Vətən elin evi, dayağıdır.
  • Vaxtın qiyməti puldan bahadır.
  • Varlığa tələsən, yoxsulluğa tez düşər.
  • Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
  • Vəl gərək gözəl döyə, gözəldən buğda çıxa.
  • Verərsən ətdən-mətdən, işlərəm bərkdən-bərkdən, verərsən şordan-mordan, işlərəm ordan-burdan.
  • Varlının arvadı öləndə yorğan döşəyi təzələnər, kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar.
  • Vardan - yoxdan çıxıb.
  • Varı olan taxar, varı olmayan baxar.
  • Varlı arabasını dağdan aşırar, yoxsul düz yerdə yolunu çaşar.
  • Vətənin adını batırmaq – onu satmaq deməkdir.
  • Vaxtını itirən baxtını itirər.
  • Vaxtında görülməyən iş həmişə yarımçıq qalar.
  • Varlıq istərsən əgər, dünyada yoxluğu qoyma,
    Bütün olmağa həvəs etmə, sınıxlığı qoyma
  • Varlılar, su içir, bilginlər buz yalır.
  • Varlının min əsgiyi var, yoxsulun bir toxluğu var.
  • Vədlər məmləkətində insan aclıqdan ölər. (Danimarka atalar sözləri)
  • Var-dövlət tükənər, elm tükənməz. (Özbək atalar sözləri)
Get it on Google Play Available on the App Store
Top