• Paxıl adam ac canavardan pisdir.
  • Paxıl artmaz.
  • Paxıl artsa, qurd artar.
  • Paxıl olma, qüssən olmasın.
  • Paxıl olmasan dərdin olmaz.
  • Paxıla tanrı verməz, versə də qarnı doymaz.
  • Paxılın axırı olmaz.
  • Paxılın bağı göyərməz.
  • Paxılın goru cəhənnəmdir.
  • Paxılın gözü doymaz.
  • Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
  • Üzü qərənin üzü yox, paxıl adamın gözü yox.
Get it on Google Play Available on the App Store
Top