Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

  • Ləyaqətli insanın ürəyi xoşbəxtlik anlarında yumşaq, fəlakət anlarında sərtdir. (Çin atalar sözləri)
  • Ləb deməkdənsə, ləbləbi de.
  • Leyləyin gedişinə yox, gəlişinə baxarlar.
  • Loğma qarın doyurmaz, hörmət artırar.
  • Ləyaqət ağıldadır, əsil-nəbəslə deyil.
  • Lotunun pulu qurtaranda soğan-çörək də səlamətdir.
  • Lotunun dilini lotu bilər.
  • Lotunun da allahı var.
  • Lotuya bir şillə kar eləməz.
  • Lotu lotunun sözünə inanar.
  • Lotu lotunu tapmasa, qara geyər, yaslı olar.
  • Lotu lotunu aldatmaz.
  • Loğmanı az götür, çox çeynə.
  • Loğma deyil – boğmadır.
  • Loğma dağ aşırar.
  • Libasım yamaq götürür, qarnım yox.
  • Lənət heçə!
  • Lənət kor şeytana.
  • Lələnin yaz evi.
  • Lələ köçüb yurdu ağlayır.
  • Lələ ikinci anadır.
  • Ləl daşını, çay daşına qatma qardaş, kərəm eylə.
  • Ləzgi nədir, güzgü nədir?
  • Ləvənd ləvəndi tapar.
  • Ləbləbidir – el dəbidir.
  • Leş görəndə quzğuna dönər.
  • Leyli bazarıdır, Məcnun can satır.
  • Laçın qalada balalar.
  • Laçın balasın verməz, bəlkə zorla alalar.
  • Lat-lüt İmam Rza!
  • Lalın dilini anası bilər.
  • Lalam, karam – dinmərəm.
  • Lal-dinməz qovluq.
  • Lazımlı yerə sərf eləmir, lazımsız yerə su kimi axıdır.
  • Lüləyin aftafa yerini tutar, girova qoyanda tutar, girova qoyanda alan olmaz.
  • Lələ var, yurdu yox.
  • Lələ köçüb, yurdu qalıb.
  • Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır. (Türkmən atalar sözləri)
Get it on Google Play Available on the App Store
Top