Saytımızda yerləşən atalar sözləri aşağıdakı hərflərə görə qruplaşdırılıb
                
                    
                    
                
                
            
    
    
        
             
        
     
    
    
        
            
                
                    
                        
                                - 
                                    Ata evində ügey ana, ər evində qayınana.
                                
- 
                                    Bir də gəlin olaram, oturub durmağımı bilərəm.
                                
- 
                                        
                                            
                                            
                                            
                                            
                                         
- 
                                    Bir gəmi bəzənər, bir gəlin bəzənməz.
                                
- 
                                    Biz gəldik gəlin görməyə, gəlin getdi təzək yığmağa.
                                
- 
                                    Bu çağacan qonşu qızı idim, indi oldum – ev qızı, ev gəlini.
                                
- 
                                    Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax, 
 Bu gəlin yaxşı gəlindir, birini doğandan sonra bax.
- 
                                    Dad yaman (fələk) əlindən, yaman gəlin əlindən.
                                
- 
                                        
                                        
                                    
- 
                                    Dəlicə qızdan dəlicə gəlin olar.
                                
- 
                                    Gəlin anasına həm ağlar, həm də "gedirəm" deyər.
                                
- 
                                    Gəlin atda, qisməti yadda.
                                
- 
                                    Gəlin evin yaraşığıdır, cəlalıdır, bəzəyidir.
                                
- 
                                    Gəlin mənim süpürgəmdir, harda qoysam oturar.
                                
- 
                                    Gəlin ocağa çəkər.
                                
- 
                                    Gəlin var - külü aş yapar, 
 Gəlin var - unu daş yapar.
- 
                                    Gəlin var gələr – gətirər, gəlin var gedər – itirər.
                                
- 
                                    Gəlin var gələr - gətirir, gəlin var gedər - itirir.
                                
- 
                                    Gəlin var qızdan, toyuq var qazdan başdır.
                                
- 
                                    Gəlini evdə sına, dağa oduna yolla.
                                
- 
                                    Gəzəyən qızdan gəlin olmaz.
                                
- 
                                    Heyvanı tükün töküncə gör, 
 Qızı gəlin olunca gör,
 Gəlini doğunca gör.
- 
                                    Mən gəldim gəlin görməyə, gəlin getdi təzək yığmağa.
                                
- 
                                    Oba durdu düzməyə, gəlin qaçdı gəzməyə.
                                
- 
                                    Oba durdu köçməyə, gəlin getdi seçməyə.
                                
- 
                                    Ördək gəlib qaz olmaz, 
 Gəlin gəlib qız olmaz.
- 
                                    Oynamaq bilməyən gəlinə oyun yeri dar gələr.
                                
- 
                                    Qayınana bir çiçək, hər sözü bir gerçək.
                                
- 
                                    Qayınana ilə baldız bir doğublar.
                                
- 
                                    Qayınana pambıq olsa belə, yerindən qalxsa gəlinin başını əzər.
                                
- 
                                    Qayınana, məgər gəlin olmamısan?
                                
- 
                                    Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
                                
- 
                                    Quyu qazdım qum çıxdı, gəlin aldım dul çıxdı.
                                
- 
                                    Yaman oğul – yaman gəlin.
                                
- 
                                    Yanan anadır, yeyən qayınana.
                                
- 
                                    Yanan da (qayınana) ana, yaman da (qayınana) ana.
                                
- 
                                    Yaxşı gəlin gülümdür, yaman olsa ölümdür.
                                
- 
                                    Yaxşı qızdan yaxşı gəlin olar.
                                
 
                 
             
         
    
    
    
 
         
            
     
    
    
    
        