• Zəmanə kötü oldu, halal yeyilməz, haram qiymətli oldu. (Türk atalar sözü)
  • Zərərin harasından qayıtsanda, qazancdır (İngilis atalar sözləri)
  • Zülmət daşıdır:
    götürən də peşmandır, götürməyən də.
  • Zəhməti sevən işdən doymaz.
  • Zər əhlində kərəm yoxdur, kərəm əhlində - zər.
  • Zorla gözəllik olmaz.
  • Zor qapıdan girincə, şər bacadan çıxar.
  • Zəhməti bülbül çəkər, gülü qucar xar.
  • Zəhmət çəkməyən bal yeməz.
  • Zəhmət olan yerdə qeybət olmaz.
  • Zindana səbir eyləyən, axır taxta çıxar.
  • Zaman pul deyil, onu qaytarmaq olmaz.
  • Zəfəranın sarılığını görəndən sor, dadını - qoxlayandan.
  • Zorla it sürüyə getməz.
  • Zurnaçının göz nəyinə gərəkdir.
  • Zor olsada başlaması, xoş olsunda qurtulması.
  • Zor - zoru, kor – koru görür.
  • Zərgər dükanın tozuda qızıldır.
  • Zər ilə zor iş aparar.
  • Zınqırovu pişiyin boynuna kim asacaq?
  • Zınqırovlu dəvə itmək.
  • Zülmün axırı olmaz.
  • Zülmət daşıdır: götürən də peşmandır, götürməyən də.
  • Zülm ilə bərbad olan, ədl ilə abad olar.
  • Zülm ilə abad olan, bir gün gələr bərbad olar.
  • Zülm yerdə qalmaz.
  • Zülm ərşə dayanıb!
  • Zurnaçının göz nəyinə gərək?
  • Zurnaçı oğlu zurnaçı olar.
  • Zurnaçı zorunu püfünə verər.
  • Zurnaçı dəfli olar.
  • Zurnanın səsi uzaqdan xoş gələr.
  • Zurnanı versən naşı əlinə, gen tərəfdən püfləyər.
  • Zurnada pişro olmaz, bəxtinə nə çıxsa çal.
  • Zehnim kor olub.
  • Zorla gedən köpək qoyuna fayda verməz.
  • Zorən təbib olmaz.
  • Zorlu-zorlu, çaxmaqdı, qozdu, əvvəldən eşqi vardı indi vurdu soyudu.
  • Zora xanların da borcu var.
  • Zora dağlar dayanmaz.
  • Zor oyunu pozur.
  • Zor gələndə qanun qaçar.
  • Zor ilə gözəllik olmaz.
  • Zor ilə köpək sürüyə getməz.
  • Zor qapıdan girəndə, dad bacadan çıxar.
  • Zopa doğrusunu dedirdər.
  • Zirəni Kirmana aparır.
  • Zirəm sənə su verrəm, bu gün verrəm, sabah verrəm, özüm billəm.
  • Zirəklik comərdlik gətirər.
  • Zirək quş dimdiyindən tələyə düşər.
  • Zirəyə getdin çörək götür, Zirədən çıxdın ayaq götür.
  • Zindan olub altda qalmaqdansa, çəkic ol, üstdə ol.
  • Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.
  • Ziyan ağudan acıdır.
  • Zəhmətsiz iş olmaz.
  • Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir.
  • Zəhməti məşşatə çəkər, ləzzəti damad aparar.
  • Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
  • Zəhmət çəkən bal yeyər.
  • Zəhmət yemək istəmir, amma özü yedirdir.
  • Zəhər gələndə acı qaçar.
  • Zəxirəsin (ərzağın) fikr eyləyən peşiman olmaz.
  • Zəhər zəhəri öldürər.
  • Zərrəcə eşqi olanın dəryaca tabı gərək.
  • Zərurət insana hər şeyi öyrədər.
  • Zərrə qədər iman, dünya qədər günah.
  • Zərlə gözəllik almaq olmaz.
  • Zərgər dükanının tozu da qızıl olar.
  • Zərərin yarısından qayıtmaq da xeyirdir.
  • Zərərin bir başı var.
  • Zərərdən qorxan xeyr görməz.
  • Zərərdən qorxan dükan açmaq.
  • Zərər oddan yamandır.
  • Zərər zəhərdən acı olar.
  • Zərd bəzərəkdən (kətan toxumundan) yağ çıxardar.
  • Zər qədrini zərgər bilər.
  • Zəngbar talanı deyil ki?
  • Zənburun dəvəsidir.
  • Zəmanəyə uymaq gərək.
  • Zəmanə ilə hesablaşmaq gərəkdir.
  • Zəmanə dəyişdikcə adamlar da dəyişir.
  • Zəmanə adamı öyrədir.
  • Zəmanə adamı deyil.
  • Zəlzələni görən yanğına razı olar.
  • Zahiri gözəllik müvəqqətidir.
  • Zahirdən batinə yol var.
  • Zahidin bir barmağın kəssən, dönər haqqdan qaçar!
  • Zahid məni aldatma, cəhənnəmdə od olmaz, onlar ki, yanırlar, odu burdan aparırlar.
  • Zatına da, südünə də bələdəm.
  • Zatı qırıqdır.
  • Zaman səbirlidir.
  • Zaman keçər, söz qalar.
  • Zaman ilə hesablaşmaq gərək.
  • Zaman zamana uymaz.
  • Zaman bir nəhrdir axar, durmaz.
  • Zaman axıb gedir, amma hər işini qurtarıb getmir.
  • Zalımın ömrü az olar.
  • Zalımın zülmü yadında qalmaz.
  • Zalıma rəhm etmək, məzluma zülm etməkdir.
  • Zəri də var, zoru da.
  • Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
  • Zər ilə olan, zor ilə olmaz.
  • Zülm örtüyü xeyirli işi dərk etməyə mane olduğu kimi, cəhalət pərdəsi də xoşbəxtliyi görməyə əngəl törədir. (Qırğız atalar sözləri)
  • Zorla boyuna qoyulan vəzifə layiqincə yerinə yetirilə bilməz. (Qırğız atalar sözləri)
Top