Sizin reklam burada

050 285 43 33

  • Oğlunun davakarlığı ilə fəxr edən ata axırda ağzıqanlı qalar. (Fars atalar sözü)
  • Ov vuranın deyil alanın. (Türk atalar sözü)
  • Oturaraq edə biləcəyin heç bir şeyi ayaqda, yataraq edə biləcəyin heç bir şeyi oturaraq etmə. (Çin atalar sözləri)
  • Oturaraq edə biləcəyini ayaqda, yataraq edə biləcəyin oturaraq etmə (Çin atalar sözləri)
  • Oyun oynamaq fikrindəsənsə oyunun qaydalarını, hissələri, bitmə vaxtını öncədən müəyyən et. (Çin atalar sözləri)
  • Oturaraq edə biləcəyin heç bir şeyi ayaqüstə, ayaqüstə edə biləcəyin heç bir şeyi oturaraq etmə. (Çin atalar sözləri)
  • Oynamaq bilməyən gəlinə oyun yeri dar gələr.
  • Ovrağı kürk vaxtı, kürkü ovraq vaxtı al.
  • Oldu ilə öldüyə çarə yoxdur.
  • Od olan yerdən tüstü çıxar
  • Olan oldu, torba doldu.
  • Oğurluqla fahişəliyin qırx gün ömrü var.
  • Oba durdu köçməyə, gəlin getdi seçməyə.
  • Oğul ölümü göz tökər, qardaş ölümü bel bükər.
  • Oğul ölsə ciyərim yanar, qardaş ölsə belim bükülər.
  • Oğlun yaman olsa - vurub tanrı. yaxşı olsa – verib tanrı.
  • Oba durdu düzməyə, gəlin qaçdı gəzməyə.
  • On dəfə eşitməkdən, bir dəfə görmək məsləhətdir.
  • Oğru özgənin malın yiyər, özünün - arın (namus).
  • Oğru nə istər? Qaranlıq gecə.
  • Oğru adam oğurluğu tez bilər.
  • Oğru elə bilər hamı oğrudur.
  • Oğru oğrunu tez tanıyar.
  • Oğru it özünü bildirər.
  • Oğru it xoflu olar.
  • Oğru qalana yanar, mal sahibi (yiyəsi) – gedənə.
  • Oğru həmişə doğruluqdan danışar.
  • Oğrunu oğru ilə tutarlar.
  • Oğru kölgəsindən qorxar.
  • Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.
  • Oğru olan toxalmaz, doğru olan ac qalmaz.
  • Oğru, evə girdikdən sonra, qapıya açar salar.
  • Oğru, oğrudan gizlənər.
  • On iki imama qırx dəfə yalvarınca bir dəfə Allaha yalvar
  • Oğurluqdan əl üzərsən də, oğurluq adı qalar səndə.
  • Oğru oğruya, yoldaşdır.
  • Oxu daşa dəydi.
  • Oxu atırsan, yayını gizlədirsən?
  • Ox yaradan çıxar, ədavət ürəkdən çıxmaz.
  • Oturduğum yerdə işə düşdüm!
  • Oruc tutmayanın oğluna Ramazan adı qoyarlar.
  • Oruc tutma, namaz qılma, işin belə rast gəlsin?
  • Ortada yeyib qıraqda gəzir.
  • Onda elə idi, indi belədir.
  • Ona söz dedin, elə bil daşa-divara dedin.
  • Ona dözən, on beşə də dözər.
  • On ölç, bir biç.
  • On iki imama yalvarınca, bir allaha yalvar.
  • Olmasın azar!
  • Olmadı elə, oldu belə.
  • Olacağa çarə yoxdur.
  • Olar – yazaram, olmaz – pozaram.
  • Od parçasıdır!
  • Od olsa özünü yandırar.
  • Od insanı həm qızdırır, həm də yandırar.
  • Od ilə pambığın nə dostluğu?
  • Od yanmasa tüstü çıxmaz.
  • Oğrunun yadına daş salma.
  • Oğul oğul olsa, neylər ata malını.
  • Oğul meyvədir, ata – bağban.
  • Oğul günahsız olmaz, ata – mərhəmətsiz.
  • Oğul bəd övlad olsa, öldürər dərd atanı!
  • Oğul beldən, ər eldən.
  • Oğul arxadır, qız yaraşıqdır.
  • Oğlunu sevən – gəlinin sevər, qızını sevən – kürəkənin.
  • Oğluna qız axtarınca, qızına oğlan axtar.
  • Oğlum oğul olsun, ona tapılmayan qız olsun.
  • Oğlanın oğlan oyunu var, qızın – qız oyunu.
  • Oğlanı kamal ilə, qızı camal ilə.
  • Oğlandır – oxdur, hər evdə yoxdur.
  • Oğlana balacalıqda qız verən çox olar.
  • Oğlan süfrə açmağı, atadan öyrənər.
  • Oğlan gəldin, qız gəldin?
  • Oğlan dayıya çəkər, qız – xalaya.
  • Oğlan adamı – sındırar badamı, Qız adamı – sındırar adamı.
  • Ovcumun içini iynəməmişəm ki?
  • Ovcuma qoy, ovcuna qoyum.
  • Ovçu nə qədər hiylə bilsə, ov o qədər yol bilər.
  • Ov yetənindir
  • Ov atanın deyil, yetənindir.
  • O olmasın, bu olsun.
  • O qədər pulu var ki, toyuq dənləsə qurtarmaz.
  • O qədər kötüklər üstündə budaqlar doğranıb ki.
  • O qədər dövlətli deyiləm ki, ucuz şey alım.
  • Od olmasa, tüstü çıxmaz.
  • Ovu gərək bərədə vurasan.
  • Oğul odur, din içində din bəsləyə.
  • Odu inandıran, sudu.
  • On gün qov, bir gün ov.
  • Ot olsa, haranı yandırar, su olsa belə, haranı söndürər.
  • Otu çək, külünə bax.
  • Ovçu ovun izindədir.
  • Ovçuya, bir gözdə yetər.
  • Ocağı söndürən çox olar, yandıran az !.
  • Ocaq keçər, külü qalar.
  • Od ilə od sönülməz. (çözülməz).
  • Olur olmaza inanma, əlindəkin çıxarma.
  • Ordun varsa yurdun var.
  • Oruc tutmayan adam, balasının adın "ramazan" qoyar.
  • Ot qalxar, su alçaqdan aşar.
  • Oturub ölməkdənsə, dur, yıxıl, öl !.
  • Ovçu ovunda, yolçu yolunda gərək.
  • Oxuyan yaxşı, oxuyandan toxuyan yaxşı.
  • Oxunu atıb yayını gizlədir.
  • Ox düz olar, yay əyri.
  • Od düşəndə, yaşda yanar, quruda.
  • Od söndürər, su yandırar.
  • Odda sönər sovuyar, güldə solar quruyar.
  • Oddan çıxdıq alova düşdük.
  • Odun imanı, sudadır.
  • Oduncu gözü, omacda.
  • Odunçu ölsə otu-suyu qalır, ovçü ölsə çaxmağı-qovu qalır.
  • Oğrudan oğruya, pay düşər.
  • Oğrudan qorxan, mal yığmaz.
  • Oğrunun cibi dolsada, gözü doymaz.
  • Oğrunun yavuzu (yamanı) söz oğurlayandı.
  • Oğruya qıyan, karvanın qırar.
  • Oğul ölümü, bükdü belimi.
  • Oba köçüb, yurdu qalıb.
  • Oba bizə, biz obaya hayanıq.
  • Oğlum oğul olsun, kol dibi evim.
  • Olan olub, keçən keçib.
  • Od yanan yerdən işıq gələr.
  • Oxun atıb, yayın gizlətmə.
  • Ot kökü üstə bitər.
  • Ortada tetir, qıraqda gəzir.
  • Onun üzü - dəvənin dizi.
  • Oynamaq bilmir, deyir: yerim dardır.
  • Oddan kül törər, küldən nə törər?
  • Od olub aləmi yandırır...
  • Od ilə oynamaq olmaz.
  • Od düşdüyü yeri yandırar.
Get it on Google Play Available on the App Store
Top