Sizin reklam burada

050 285 43 33

  • Nəfs solundadır, ağıl sağında, hər birisi öz yasağındadı.
  • Nə qədər uzaq olsa, yol yaxşıdır,
    Nə qədər yaman olsa, el yaxşıdır.
  • Namərd gəlib mərd olmaz yüz ətəklə yüz yalvar.
  • Namus gedər dönməz geri, yoxdur onun bəlli yeri.
  • Namus insanın qan bahasıdır.
  • Nə yavuz ol, asıl. nə yavaş ol, basıl.
  • nə itirən deyər: - Hayıf!
  • Nə ver, nə də dalınca get.
  • Nə ver, nə al.
  • Nə vaxt tülkü olsan, çarığımı çeynərsən.
  • Nə varlıya borclu ol, nə yoxsuldan alacaqlı.
  • Nə biçinini biçirəm, nə də ayranını içirəm.
  • Nə belə vəslin olaydı, nə elə hicranın.
  • Nə baxırsan taxtına, sən baxgilən baxtına.
  • Nə balanı istəyirəm, nə də balasını.
  • Nə bağım var, nə də çaqqalla davam.
  • Nə at var, nə meydan.
  • Nə altda undur, nə üstə kəpək.
  • Nə alacağı var, nə verəcəyi.
  • Nə alandır, nə satan.
  • Nə ağız yandıran aşdır, nə baş sındıran daş.
  • Nə ağacı tovla, nə də it hürsün.
  • Necə gəlmisən, elə də get.
  • Neyləyirəm gözəlliyi, gözəl baxtım olaydı.
  • Neyləyirəm qızıl teşti, içində qan qusacağam.
  • Neyləyirəm qızıl taxtı, bir qızıl baxtım olaydı.
  • Naşı oğru özünü samanlığa vurar.
  • Naşı ovçu dağı adlayar, ov vura bilməz.
  • Naşı bilməz xara nədir, bez nədir?
  • Nahaq iş ayaq tutmaz.
  • Nahaq qan yerdə qalmaz.
  • Nahaq qan batmaz.
  • Nacins qarpızın tumu çox olar.
  • Nacins ağac düyünlü olar.
  • Naxırçının faydası havayı eşşəyə minməkdir.
  • Naxırçı qızından xanım olmaz.
  • Naxırçı qızının qeyrəti naxır gələndə tutar.
  • Naxırçı qızını verdi (köçürtdü), torba dağarcığı da üstəlik.
  • Naxırçı qızı naxırçı çörəyi istər
  • Naxırçı qızı arpa çörəyi arzular.
  • Naxırda malın yox, növbədə başın yarılır.
  • Naxıra gedirəm – çoban olmaz, axura gedirəm – saman.
  • Naxır yeri ilə gedib ala dananı axtarır.
  • Naxır itib, ala dananı qovur.
  • Naxçıvanın duzu, qızı, qarpızı.
  • Naümid şeytandır.
  • Nar üstündən turp yeməzlər.
  • Nar ağacı – istək ağacı.
  • Napakı hamam təmizləməz.
  • Nanəcibə salam verərsən, deyər: - Qorxdu məndən!
  • Namusu itə atdılar, it yemədi.
  • Namı-nişanı qalmayıb.
  • Namərdin çörəyi dizinin üstə olar.
  • Namərdin plovundan mərdin qaşıq aşı.
  • Namərdin gözü dar olar.
  • Namərdin adı olmaz.
  • Namərdi bir gördün, bir də görsən namərdsən.
  • Namərdə tuş olanın ciyəri qana dönər.
  • Namərdə möhtac olma.
  • Namərd körpüsündən rahat keçincə, razıyam apara o sellər məni.
  • Namə yazmaq asandır, yetirmək çətin.
  • Namə vüsalın yarısıdır.
  • Namazı əkib, orucluğa gedir.
  • Namazdan əvvəl boğazdır.
  • Namaza meyli olanın qulağı azanda olar.
  • Namaz qıla-qıla yıxdın evimi, indi başlamısan həccə getməyə.
  • Nakəsə borclu olma.
  • Nadanın düşməni özüdür.
  • Nadanı kötək düzəldər, qozbeli qəbir.
  • Nadan əlindən su içmə ab-həyat olsa da.
  • Nağdı əldən vermə.
  • Nağd al-verdən ətir iyi gələr.
  • Naqqalar olmasaydı, dünya laləzara dönərdi.
  • Naqqa balın tasa yerləşməz.
  • Nabələdə gün də buluddur.
  • Nabələd!
  • Nuh - Nəbidən qalıb.
  • Nuh deyər, peyğəmbər deməz.
  • Nur gözdə olar.
  • Nökərsən, niyə bekarsan, aç qapını, ört qapını.
  • Nökər nədir, bekar nədir?
  • Növbə yetimə çatanda qaşığın dəstəsi sınar.
  • Növbə yetimə çatanda ya hərifin pulu qurtarar, ya çırağın yağı.
  • Növbə bizə gələndə çırağın yağı qurtarar.
  • Noxudların hesabına baxanda görünür heç bayram olmayacaq.
  • Novruzgülü ilə bənövşə bir-birini görməzlər.
  • Novruzdan sonra qırx gün kötük yanar.
  • Nakəslə comərdin xərci birdir.
  • Nisyə çaxır içən iki dəfə keflənər.
  • Nisyə – girməz kisəyə.
  • Nisyə vermərəm, dalınca da getmərəm.
  • Niyyətin hara – mənzilin ora.
  • Niyə elə yerdə yatıram ki, altıma su çıxsın?
  • Nəxunəkçi sahibi-səliqə olar.
  • Nəhəng dəryada olar.
  • Nəcib atları nəcib kişilər mindi getdi.
  • Nəcabət ata-ana ilə ölçülməz.
  • Nəcabət adamın zatında olar.
  • Nəfəsi gedir gəlir yalandır.
  • Nəfəsi isti yerdən çıxır.
  • Nəfəs – nəfəsdir, bədnəfəsin adı bədnamdır.
  • Nəfəs haqdandır.
  • Nərin dizi bağlı gərək.
  • Nərdivana ilk pillədən çıxarlar.
  • Nər yükünü nər çəkər.
  • Nənəsinə naməhrəmdir.
  • Nənə yarım dənə ilə də keçinər.
  • Nələr gəldi, nələr keçdi fələkdən?
  • Nəzir seyidə düşər, fitrə yoxsula.
  • Nəvə övladdan şirindir.
  • Nəvə müamilədir.
  • Nəbzi mənim əlimdədir.
  • Nə şilləmsən, nə şapalağım.
  • Nə şaşqın ol basıl, nə daşqın ol asıl.
  • Nə şeytanı gör, nə bismillah de.
  • Nə coraba yamaqdır, nə tumana bağ.
  • Nə hə, nə yox.
  • Nə çəkərsə öküz çəkər, araba yolu ilə gedər.
  • Nə ucu var, nə bucağı.
  • Nə tüfəngə çaxmaqdır, nə dünbəyə toxmaq.
  • Nə turşirin, nə doşab.
  • Nə tökərsən aşına, o çıxar qaşığına.
  • Nə şiş yansın, nə kabab.
  • Nə tiyanda barama var, nə cəhrədə ipək.
  • Nə soyuğa tabım var, nə pulum var kürk alım.
  • Nə səs var, nə səmir.
  • Nə sərvətə bel bağla, nə fələyə güvən gəz.
  • Nə sən gəl, nə ilin axır çərşənbəsi.
  • Nə sən dedin, nə mən eşitdim.
  • Nə salam, nə kalam.
  • Nə ölüyə hay verir, nə diriyə pay.
  • Nə ölən kimi ölür, nə qalan kimi qalır.
  • Nə özündədir, nə sözündə.
  • Nə özü yeyir, nə özgəyə verir, iylətdirir, itə verir.
  • Nə özü işləyir, nə işləyəni qoyur işləsin.
  • Nə o yanlıqdır, nə bu yanlıq.
  • Nə sal ilədir, nə mal ilədir, gülüm, ululuq kamal ilədir.
  • Nə günahı var, nə savabı.
  • Nə görmüşəm, nə eşitmişəm.
  • Nə görməli günlərim varmış!
  • Nə gələnə üz göstər, nə gedəni qovan ol.
  • Nə gecəm gecədir, nə gündüzüm gündüz.
  • Nə yoxsuldan alacağım olsun, nə varlıya verəcəyim.
  • Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım.
  • Nə yer qəbul eləyir, nə göy.
  • Nə yeyilir, nə atılır.
  • Nə yaraşıb arığa, gedib girə qoruğa?
  • Nə yazılıb, o da olacaq.
  • Nə işim var, nə macalım.
  • Nə işim var naqabilə söz deyəm?
  • Nə işim var bayırda, çaqqal məni çığırda.
  • Nə itirib, nə axtarırsan?
  • Nə it yiyəsidir, nə gön yiyəsi.
  • Nə istisi var, nə soyuğu.
  • Nə istərsən bacından, bacın ölür acından.
  • Nə ins var, nə cins.
  • Nə ilə ölçərsən, onunla da ölçülərsən.
  • Nə izi var, nə tozu.
  • Nə iyi var, nə səsi.
  • Nə dərin suya gir, nə Xıdır Nəbini çağır.
  • Nə dəlini işlət, nə də dəli üçün işlə.
  • Nə dəvəni görmüşəm, nə də ləpirini.
  • Nə arabada, nə dünbədə.
  • Nə əkərsən, onu da biçərsən.
  • Nə dost kimi dostdur, nə düşmən kimi düşmən.
  • Nə doğrarsan aşına, o çıxar qaşığına.
  • Nə qədər qoca olsa min cavana dəyər.
  • Nə qoyuna gedir, nə də qapıda hürür.
  • Nə qanır, nə də qandırır.
  • Nə qaldırsa üzünə, o görünər gözünə.
  • Niyyətin hara, mənzilin ora.
  • Nə doğrarsan qabına, o çıxar qaşığına.
  • Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun.
  • Nə dil bilsin, nə dodaq.
  • Namərdə tuş gələnin işi düyünə düşər.
  • Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala.
  • Namərdin plovundan, mərdin qaşıq aşı.
  • Namərdin otağından, mərdin ağac kölgəsi.
  • Namərdi bir gördüm, bir də görsəm namərdəm.
  • Namərdə yaxa vermə, mərdə arxa ol.
  • Namərddın keç, mərddə dur.
  • Nə qanır, nə qandırır.
  • Nadiri taxtda görüb, Süleymanı qundaqda.
  • Nəğdi qoyub, nisyə dalınca düşmə.
  • Nə qoyuna gedər, nə qapıda hürər.
  • Nə əkərsən, onu biçərsən.
  • Nə görsün, nə də hürsün.
  • Nə yada sirrini ver, nə namərdə bel bağla.
  • Nə eşitsin, nə də qanı qaralsın.
  • Nə göz görsün, nə ürək bulansın.
  • Nisyə verən baqqal, bir ilə olar çaqqal.
  • Nökər kimi işlə, ağa kimi dişlə.
  • Niyyətin hara, mənzilin də ora.
  • Namərdin plovundan, mərdin qatıq aşı.
  • Nə doğrarsan aşına, o çıxır qaşığına.
  • Namərddən keç, mərddə dur.
  • Nə tökərsən aşına, o da çıxar qaşığına.
  • Namərdin çörəyi, dizi üstə olar.
  • Nə acı ol ki atılasan, nə şirin ol ki utulasan.
  • Nə ağız yandıran aşdır, nə baş sındıran daşdı.
  • Nə iman var şeytan apara, nə mal var divan apara.
  • Nə oyanın unudu, nə buyanın dəni.
  • Nə ölüyə hay verən, nə diriyə pay verəndi.
  • Nəqədər uca olsada dağ, bizə bir yol tapılacaq.
  • Nə qədər az yüksəkdən uçsan, düşdüyün zaman o qədər az inciyərsən. (Tibet atalar sözləri)
Get it on Google Play Available on the App Store
Top