• Ana qarnında necə qalıbsan?
  • Ana, bala ucundan canını oda yaxar.
  • Anadan əmdiyim süd burnumdan gəldi.
  • Anadan əziz yenə anadır.
  • Analar bizi bu gün üçün doğub.
  • Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
  • Analı quzu, Xınalı quzu.
  • Anan, bacın kimdir? - Yaxın qonşum.
  • Ananın səbri tükənməz olur.
  • Anası gəzən ağacları balası budaq-budaq gəzər.
  • Anasına bax qızını al, Qırağına bax bezini al.
  • Anasızın gördüyü iş danlaqsız bitməz.
  • Ata malına göz dikən ac olar.
  • Ata olmasan, ata qədri bilməzsən.
  • Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
  • Ata-ana sözünə baxmayan xoş gün görməz.
  • Ata-anamı itirdim. Özümü yara yetirdim.
  • Ata-ananın canı övlada bağlı olar.
  • Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
  • Atam gündəni sayır, anam gündədən kəsir.
  • Atam ilə atanı deyincə, özüm ilə özünü de.
  • Atan soğan, anan sarımsaq; Sən hardan oldun gülməşəkər?
  • Ataya oğul, anaya qul.
  • Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
  • Bala dadı, bal dadı,
    Bala adamı aldadır.
    Şirini şirin olur,
    Acısı da bal dadır.
  • Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
  • Böyük danışanda kiçik danışmaz.
  • Böyük danışanı kiçik götürər.
  • Böyük sözünə baxmayan, baxımsız qalar.
  • Böyük tökəni kiçik yığar.
  • Böyüyün sözündən çıxmazlar.
  • Ərkəsöyün böyüyən oğul avara olar.
  • Kiçikdən xəta, Böyükdən əta.
  • Oğlum oğul olsun, kol dibi evim.
  • Oğlun yaman olsa - vurub tanrı. yaxşı olsa – verib tanrı.
  • Övlad ata-ananın ürəyidir.
  • Övlad atadan yetim qalmaz, anadan yetim olar.
  • Övlad atsan atılmıyor, satsan satılmıyor. (Türk atalar sözü)
  • Övlad ya ataya oxşar, ya anaya.
  • Öz anasını sevməyən, özgə anasını sevməz.
  • Pis övlad altıncı barmaq kimidir - kəsərsən ağrıyar, kəsməzsən səni eybəcər göstərər.
  • Pişik atası xeyrinə siçan tutmaz.
  • Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.
  • Qız evlərdə tanınar, ipək dəzgahda.
  • Qoca başqa, qocaman başqa.
  • Qoca evin sütunudur.
  • Qoca qurd kahasından çıxmaz.
  • Qocadan demək, cavandan əmək.
  • Qocanın biliyi, cavanın biləngi.
  • Uşağa uşaq deyiblər, böyüyə böyük.
  • Uşaq atadan yox, anadan yetim qalar, Uşaq, atasını hamıdan güclü bilər.
  • Uşaq evin yaraşığıdır.
  • Uşaq gördüyün götürər, eşitdiyin deyər.
  • Uşaq sözün düzünü deyər.
  • Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.
  • Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə.
  • Yaxşı oğul ata malını neylər,
    pis oğul ata malını neylər!
Get it on Google Play Available on the App Store
Top