• Axar çay murdarlıq götürməz.
  • Başqasına quyu qazan özü düşər.
  • Əl əli yuyar, əl də üzü.
  • Ən böyük biclik – düzlükdür.
  • Min yeyənin olsun, bir deyənin olmasın.
  • Niyyətin hara, mənzilin də ora.
  • Qəlb də ayna kimidir, sındısa – yapışdırmaqla düzəlməz.
  • Qorx qorxmazdan, utan – utanmazdan.
  • Sən çomağını qaldır, suçlu suçunu bildirəcək.
  • Su hər şeyi təmizləyər, üz qaralığından başqa.
  • Tez gələn şöhrət baş gicəlləndirər.
  • Xain xoflu olar.
  • Yalanla dünyanı dolaşmaq olar, amma geri dönmək olmaz.
  • Yavaş atın təpiyi bərk olar.
Get it on Google Play Available on the App Store
Top