Sizin reklam burada

050 285 43 33

  • Parıltılı göy qurşağını görmək üçün öncə yağmuru yaşamaq lazımdır. (Fransız atalar sözləri)
  • Planınız 1 illikdirsə – düyü əkin, 10 illikdirsə – ağac əkin, 100 illikdirsə – insanlara təhsil verin. (Çin atalar sözləri)
  • Pis bir şey etmədinsə şeytanların qapını döyməsindən qorxma. (Çin atalar sözləri)
  • Pis iş mərdə ar olar,
    Namərd gözü dar olar.
  • Pul əl çirkidir.
  • Pul pul gətirər.
  • Palçıqdan, toz çıxmaz.
  • Pis iş görən şeytanın şagirdidir, doğrunu bilib danan şeytan özüdür.
  • Pulluya bazar, pulsuza məzar.
  • Paltarı geyib öyrəş, pulu sayıb öyrəş.
  • Parasız, bazara gedən, gora, imansız gedər.
  • Pıçaq yarar, iz qoyar, dil yarası köz qoyar.
  • Pişik yerə öyrənər, it adama.
  • Pişiyə ət, keçiyə ot yeməyi, öyrətməzlər.
  • Pişiyə oyun, siçana qıyın.
  • Pişiyi arabaya qoşsan, durub, kürsüyə çəkər.
  • Pitiyin bilən, qazığın bilər.
  • Pozuğu yazan, yazını pozan.
  • Pullu evin bülbülü, kasıb evin bayquşu.
  • Pulluya bə'li, pulsuza dəli, diyərlər.
  • Para ilə, inamın, kimdə olduğu bilinməz.
  • Payız günü - peynir çörək qarpız ilə, yaz günü - qatıq çörək yarpız ilə.
  • Peşman olma keçmişinə, yox demə gəlməmiş gəlmişinə.
  • Parası əziz olan, özü zəlil olar.
  • Pul verməz, can verər.
  • Pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla.
  • Pulun çoxu yük olmaz, əyri bitən, düz olmaz.
  • Pulun gərək sayını biləsən.
  • Pul kimi qızarmaq.
  • Pulun, üzü olmaz.
  • Pulun varsa dinclik, dilin varsa elçilik.
  • Pul pulu gətirər.
  • Pişiyin ağzı ətə çatmaz, deyər: iylənib!
  • Pişik yaxşı bilir kimin ətini yeyib.
  • Pisi görməsən, yaxşının qədrini bilməzsən.
  • Papaqçının papağı yırtıq olar.
  • Paltarını boyuna görə biç.
  • Palaza bürün, elnən sürün.
  • Padşahın bir də dilənçinin dostu olmaz.
  • Paxıla tanrı verməz, versə də qarnı doymaz.
  • Paxıl olma, qüssən olmasın.
  • Paxıl artmaz.
  • Paxıl olmasan dərdin olmaz.
  • Paxıl artsa, qurd artar.
  • Paxıl adam ac canavardan pisdir.
  • Paxılın axırı olmaz.
  • Paxılın goru cəhənnəmdir.
  • Paxılın gözü doymaz.
  • Paxılın bağı göyərməz.
  • Pişik atası xeyrinə siçan tutmaz.
  • Pişik arxasını yerə vurmaz.
  • Pişik miyoldamasın, toyuq taqqıldamasın.
  • Pişik yeyəni, aslan qusdura bilməz.
  • Pişik ölüb, siçanların bayramıdır.
  • Pişiyi bağlayıb süfrə açır.
  • Pişiyi bağlayıb çörək yeyənlərdəndir.
  • Pişiyi bir vursan – dinməz, iki vursan – dinməz, axırda üz-gözünü cırmaqlar.
  • Pişiyi çox sıxışdırma, pələngə dönər.
  • Pisi öymə, düzü döymə.
    Pisi sevmə, düzü söymə.
  • Pişiyin dərdi, iti öldürməz.
  • Pişik evdən çıxanda, siçanlar baş qaldırar.
  • Pişik bəsləməyən – siçan bəslər.
  • Pişik bərkə düşəndə, dırnağı ilə pələng gözü çıxardar.
  • Pişik balasını istədiyindən yeyər.
  • Pişik balası özünü anasının döşündə gizlədər.
  • Pir mənimdir, kəramətini bilirəm.
  • Piyadanın atlı ilə nə yoldaşlığı?
  • Piyada gedəndən at almağı öyrənmə.
  • Piyada züvvardır.
  • Piyada atlıya gülər.
  • Pöşəngin axırı torbakeş olar.
  • Pəhrizini gözləməyən azarını uzadar.
  • Pəncşənbənin gəlişi, çərşənbədən bəllidir.
  • Pələngə ət yeməyi, keçiyə ot yeməyi öyrətməzlər.
  • Pəzəvəngin axırı dərviş olar.
  • Peşkəşin axırı dərvişə çatar.
  • Peşiman şeytandır.
  • Pendir-çörək səlamətdir.
  • Pendir yeyən su axtarar.
  • Peyininə bax – bostan at.
  • Peyinin adı "Çəməngül".
  • Peyğəmbər əvvəl öz canına dua edib.
  • Paslı dəmirdən qılınc olmaz.
  • Paran ucuz isə, özün bahalı ol.
  • Paran vardır – cümlə aləm qulundur, paran yoxdur – dar küçələr yolundur.
  • Para istəmə məndən, buz kimi soyuyuaram səndən.
  • Para qurtardı, dükan bağlandı.
  • Papağının zağarası gedib.
  • Papağını məscidə atsalar, gedib götürməz.
  • Papağını qoy qabağına, fikirləş.
  • Papağın yerə girsin!
  • Papağımız günə yandı.
  • Papağı tülkü dərisindən, xəbəri yox gerisindən.
  • Papaqçının papağı olmaz.
  • Papaqçının könlü olsa, bir dəridən doqquz papaq tikər.
  • Papaq altında igidlər yaşar.
  • Papaq isti soyuq üçün deyil, namus üçündür.
  • Papaq elə – işimizi bilək.
  • Palçığa batan arabanı öküz çıxardar.
  • Palan –palan, mənə də palan?
  • Payızın suyu kasıbın boğazına təngdir.
  • Payız camışı qaçağan olar.
  • Payını payımın üstə qoy, ya altından ye, ya üstündən.
  • Payını yalqız yeyən payını dişi ilə tutar.
  • Payın cənnətdə.
  • Payın qabağı pay olar.
  • Paydan uman pay verməz.
  • Paydan pay ummazlar.
  • Pay paylayan payından olar.
  • Pay payı döyər, çıxardar.
  • Pay dolu gələr, dolu gedər.
  • Pay verdi, dalınca gəldi.
  • Pay bölənin yüzdə biri cənnətə gedər.
  • Pay bölənə pay qalmaz.
  • Padşahın söhbətinin əvvəli – dirilik, axırı – ölüm.
  • Padşahın da rəiyyətə işi düşər.
  • Padşahın da dalınca danışarlar.
  • Padşahın ayağı dəyən yerdə yeddi il ot bitməz.
  • Padşah xəzinəsi də altı şahılıq qıfıla möhtacdır.
  • Padşah uzaqda, Allah yuxarıda, kimə deyəsən dərdini?
  • Pinəçinin mayası iynə ilə sapıdır.
  • Pirimizə daş atmayın.
  • Pirini tanımayanın aqibəti pis olar.
  • Pişiyiniz nərdivanımızı aparıb.
  • Pişiyini ağaca dırmaşdıraram.
  • Pişiyin könlü samanlıqda idi, tazı da qovdu, samanlığa saldı.
  • Pişiyin gözü siçan deşiyində olar.
  • Pişiyin yüyürməyi samanlığa qədərdir.
  • Pişiyin yatan yeri isti kürsü dibindədir.
  • Pişiyin dərdi iti öldürər.
  • Pişiyin qanadı olsaydı sərçələrdən əlamət qalmazdı.
  • Pişiyin ağzı ətə çatmaz, deyər: - İy verir!
  • Pişiyin ağzı birə salanda, dönər üzünü cırmaqlar.
  • Pişik siçanı marıtdayan kimi marıtdayır.
  • Pişik miyo-miyonu anasından öyrənər.
  • Pis övlad altıncı barmaq kimidir - kəsərsən ağrıyar, kəsməzsən səni eybəcər göstərər.
  • Pişiyin ağzı ətə çatmayanda deyər iy verir.
  • Pis günün ömrü az olar.
  • Pis iş mərdə ar olar, Namərd gözü dar olar.
  • Pay verdi, dalınca xəbər göndərdi.
  • Pusquda oturan yatmaz.
  • Parlayan hər şey qızıl deyil. (Alman atalar sözləri)
  • Paylaşılan sevinc iki qatına çıxar. (Alman atalar sözləri)
  • Paylaşılan bir acı yarıya enər. (Alman atalar sözləri)
  • Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir. (İndoneziya atalar sözləri)
  • Pələng ölür - dərisi, fil ölür - sümüyü, insan ölür - adı qalır. (İndoneziya atalar sözləri)
  • Pulsuz atın dişinə baxmazlar (Rus Atalar Sözləri)
Get it on Google Play Available on the App Store
Top