Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

Sizin reklam burada

050 285 43 33

  • Daş da yumurtanın üstünə düşsə, yumurta da daşın üstünə düşsə, olan yenə yumurtaya olar. (Yunan atalar sözləri)
  • Dərdin çoxsa söylən, borcun yoxsa evlən. (Türk atalar sözü)
  • Diyirlənən daş yosun tutmaz (İngilis atalar sözləri)
  • Daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır. (Braziliya atalar sözləri)
  • Dərdli olmanın sirri, dərdli olub olmadığımızı düşünəcək qədər boş vaxta sahib olmağımızdır. (Çin atalar sözləri)
  • Divar inşa edildikdən sonra divarçı unudular. (Çin atalar sözləri)
  • Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir. Ancaq çıxarkən gördüyün mənzərə fərqlidir. (Çin atalar sözləri)
  • Dünyada üç şey saxlana bilməz: eşq, tüstü və pulsuzluq! (Çin atalar sözləri)
  • Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır. (Çin atalar sözləri)
  • Dərin olan quyu deyil qısa olan ipdir. (Çin atalar sözləri)
  • Dərd gələndə batmanla gəlir.
  • Dağlar başına qış,
    İgid başına iş.
  • Dostun versə qum,
    Al ovcunda yum!
  • Dost dost ilə tən gərək,
    Tən olmasa gen gərək.
  • Dəmir sürtüldükcə parıldar.
  • Dağdan arxası olanın, daşdan ürəyi olar.
  • Dadlı söz, can arzısı, acı söz, baş ağrısı.
  • Dağı daşdan, kişini başdan tanı.
  • Dağdan hey götürüb desənki "çoxdur", birdə görərsən ki dağ özü yoxdu.
  • Dama-dama göl olur, axa-axa sel.
  • Damcını sudan, bulağı çaydan qoruyan tanrıya güvən.
  • Damcı, damar, daş deşər.
  • Daş atan bəlli, baş tutan bəlli, burda sən nəçisən.
  • Deməyi məndən, yozmağı səndən.
  • Dəniz qırında, çay qırağında quyu qazmazlar.
  • Dərdimiz bir olsa, dərd yarı.
  • Dini yeyib, imanını dalına alıb.
  • Dərviş yabısı hər evin yolun tanıyar.
  • Düzdə gəzdi hərləndi. Gəldi dağa dirəndi.
  • Dünyada Vətəndən əziz nə var?
  • Doğma yurd şirin olar.
  • Dam dirək üstə durar.
  • Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri.
  • Düzdə gəzdi hərləndi, Gəldi dağa dirəndi.
  • Dovşanı araba ilə tutur.
  • Dərdlərə dərman olub, dərmansız qalan canım.
  • Dəlidən doğru xəbər.
  • Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.
  • Dəvə bir fikir eləsə, sarban iki fikir elər.
  • Diş tutmayanı, dodaq tutmaz.
  • Dama dama göl olar, dada dada heç.
  • Dağ dağa qovuşmaz, insan insana rast gələr.
  • Düz sözə boynum qıldan nazikdir.
  • Doğru söz dəmiri dələr.
  • Doğru sözdən xəta gəlməz.
  • Doğru söz acı olar.
  • Doğruluqla dost qapısın dolan gəl öz evin kimi.
  • Doğruya zaval yoxdur, çəksələr min divana.
  • Doğru yalanı qovar.
  • Doğru elə bilər hamı doğrudur.
  • Doğru elə bilğr hamı doğrudur.
  • Doğru danışanın papağı yirtıq olar.
  • Dinəndə pis olur, dinməyəndə dərd kəsir.
  • Dil yarası qılınc yarasından yamandır.
  • Dil yanılar, doğrusunu deyər.
  • Dil ürəyin açarıdır.
  • Dil yalançı olunca, lal olsa yaxşıdır.
  • Dilini saxlayan salamat olar.
  • Dilim-dilim olasan, dilim!
  • Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
  • Deyə-deyə dilimdə tük bitdi.
  • Dedim eşidəsən, demədim öyrənəsən!
  • Dedim bir ağız ağla, demədim eli güldür bizə.
  • Danışıram - pis olur, Danışmıram - his olur.
  • Danışmaq gümüş, danışmamaq qızıldır.
  • Danışığını yeyəsən.
  • Danışıq, dananı qurda verər.
  • Danışana macal vermir.
  • Damara bax, qan al.
  • Dağlar başına qış, İgid başına iş.
  • Dığ-dığ adamı azara salar.
  • Duzu yeyib, duzqabını sındırır.
  • Dolunu yeyib, boşa təpik atır.
  • Diriyə hay verməz, ölüyə pay.
  • Dini yeyib, imanını dalına atıb.
  • Dili dost, qəlbi qara.
  • Dilim səni görüm dilim-dilim olasan.
  • Dilinin bəlasını çəkir.
  • Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
  • Dərə xəlvət, tülkü bəy...
  • Dəli dəlini görəndə çomağını yan tutar.
  • Dəli qırmızı sevər, gic - sarı.
  • Dəli qazandı, ağıllı yedi.
  • Dəymişin qoyub, kalın dərir.
  • Demək olmur gözün üstə qaşın var.
  • Dedi - qodu ev yıxar.
  • Dadanan qudurandan pis olar.
  • Dağarçığını çuval yanına qoyur.
  • Düşmən zəif olsa da, ehtiyatı əldən vermə.
  • Daldan atılan daş topuğa dəyər.
  • Dostun versə qum, Al ovcunda yum!
  • Dost min isə azdır, düşmən bir isə çoxdur.
  • Dostluqla tutub, düşmənliklə yıxma.
  • Dost yolunda can qurban.
  • Dost yolunda boran olar, qar olar.
  • Dost yaman gündə tanınar.
  • Dost ziyankar olmaz, ziyankar da dost olmaz.
  • Dost dosta yaman gündə gərəkdir.
  • Dost dost ilə tən gərək, Tən olmasa gen gərək.
  • Dost başa baxar, düşmən ayağa.
  • Doğru dostluq qərəzsiz olar.
  • Dağ dağa qovuşmaz, insan insana qovuşar.
  • Düzdə gəzdi hərləndi.
    Gəldi dağa dirəndi.
  • Dəvə yaxını otlar, uzağı gözlər.
  • Dözən döş yeyər.
  • Dağ yeri-duman yeri,
    Yurd yeri-güman yeri.
  • Danışıram pis olur,
    Danışmıram his olur.
  • Dost atdığı daş başı yarmaz
  • Dama-dama göl olar, axa-axa sel olar.
  • Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır.
  • Dama-dama göl olar, dada-dada heç olar.
  • Dünyada ən acı və ən şirin şey dildir.
  • Dağ dağa rast gəlməz, adam adama rast gələr.
  • Dostunu göstər, sənin kim olduğunu deyim.
  • Döyülməyən düyüdən aş olmaz.
  • Dost dar gündə sınanar.
  • Dostun evini öz evin bil.
  • Dostun dostu da dostdur.
  • Dərdi verən dərmanını da verir.
  • Dərdi biləndən soruş.
  • Dəli quyuya bir daş atdı, min ağıllı yığıldı, onu çıxara bilmədi.
  • Dəmiri isti-isti döyərlər.
  • Düşmən düşmənə Quran oxumaz.
  • Dumanda, süpürgəlik, sayılmaz.
  • Dağa qaldırıb, dağın basır.
  • Dar geyməyən, gen geyməz, gen geyməyən, heç geyməz.
  • Dartılmasa, bərkinməz.
  • Daşdı – aşdı – başdı - üçü sövdalaşdı.
  • Daşqa ilə dovşan tutulmaz.
  • Dəliyə yel ver, əlinə bel, dünyanı belləsin töksün ora.
  • Dəliyə baxıb dəli olma.
  • Dəmiri tazında döy.
  • Devranın işini gör, aslanı ac, tülküsü tox.
  • Deyilən sirri biri diyər, mini basdırar, on mini açar.
  • Dibin qazıb qaşa yaz, xoşun gəlsə daşa yaz.
  • Diləklə dirəş, birgə doğur, birgə ölur.
  • Dovşanın yatmasın gördün, qaçmasındanda de.
  • Dözümüm dəmirdəndi, min yol öldürüblər yenə ölməyib.
  • Duzluğu sıdır, duzun atma.
  • Dünya dadımlığımış, doyumluq yox.
  • Dadlı-dadlı deməklə - ağız şirində olar, dadlıda olar.
  • Dağ başına yel dəyir, gözəllərə söz gəlir.
  • Deyən bilmir, bilən demir.
  • Dağın hündürlüyün yox, dərənin dərinliyin gör.
  • Dağına görə qarı var, bağına görə barı.
  • Dağlardan böyük, dağlardı.
  • Dalda basılan, üzdə doğar.
  • Daş atanda özləri, baş tutan özləri.
  • Dartın dartan utanmaz: varın verən utanmaz.
  • Daş atıb, başın tutmaq.
  • Daş dağa güvənər, iyid ürəyə.
  • Daşda gərək, başda gərək.
  • Dəli daşır, ağıllı aşır.
  • Dəmir islanmaz, dəli uslanmaz (ağıllanmaz).
  • Dərə olmadan çay olmaz, axar olmadan arx olmaz, elin olmadan bay olmaz, günəş olmadan ay olaz.
  • Dəryada balıq, göydəki quş, meşədəki ayının dərisi satılmaz.
  • Dəvə öz gəvşədiyin udar.
  • Dəyirman öz səsin eşitməz.
  • Dirilərin ölümün nə olduğundan danışmaqlarına inanmıyın.
  • Düşman, düşman halına qalmaz.
  • Düzə dedilər: "Nədən düz oldun?" Dedi: "Əyriydim qala bilmədim."
    Əyriyə dedilər: "Nədən düz olmadın? " Dedi: "Doğruydum, əyriliklərə dözə bilmədim".
  • Düzlüyə, - biləkdə, bilikdə gərək.
  • Diz çöküb yaşayandan, dik durub ölən yaxşı.
  • Düzdə duz axtarma.
  • Dənizin dərinlyin sudan yox, dağdan soruş, təpənin nə olduğun dərədən yox dağdan.
  • Dərdi olan dartılır, dartılmasa artırır.
  • Dərya yanında quyu qazma.
  • Deyilən söz, atılan oxa bənzər.
  • Dəyirman iki daşlı, məhəbbət iki başlı.
  • Dindirmə dəmirçini, qəm yeyibdi içini.
  • Dişsiz, dil yaramaz. dilsiz, diş azar.
  • Düşmanın dalında olunca, içində ol.
  • Düşündürəndə baş, oynadanda baş.
  • Düyün əl ilə, xırman yel ilə olur.
  • Dusdağın yekə tutan, azadlıq tapar.
  • Dünyanın ucun (sonun) görməyən barsız gələr, varlansada, barsız gedər.
  • Düşmanı qovaram, dosdun dalında dururam.
  • Düşmanın yolları kəsilmiş olsun, gücləri kamanları yasılmış olsun.
  • Dostla dağı tez aşmaq olar.
  • Dilənçinin dostluğu gec olur, tez kəsilir.
  • Dilsiz elim var neyniyim,
    daşsız dağım var neyniyim,
    amansız düşmanım var neyniyim,
    ağılsız başım var neyniyim.
  • Dərzi öz söküyün tikənməz.
  • Dərzi "tikənə" yox, biçənə demişlər.
  • Deşik harda, siçan orda.
  • Dəvə dağa çıxtı.
  • Dəvə nə qədər uzaq gedsə, qatarın gözlər.
  • Dəvə silkinsə bir eşşəklik yük çıxar.
  • Dəvə qayadan çıxınca, can təndən çıxar.
  • Dəvənin quruğu yerə dəyməz.
  • Dəvənində oynamağına az qalıb.
  • Dil istəyər, əl edər.
  • Dil olmasa, yaşam bomboş, din olmasa yaşam bom boş.
  • Dil toxuşun, diş açamaz.
  • Dil toxuşu, diş qırar.
  • Dildən gələn əldən gəlsə, hər kimsə xanlıq edər. (dildən gələn əldən
  • Dilək olsa, dağada aşar, dağdanda aşar.
  • Dilənçidən pay, həm çətin həmdə az olur.
  • Dilənçiyə üz vermə, xəbərçiyə söz vermə.
  • Dili dişiynən tutma, dişi dil ilən tut.
  • Dili kəsilmiş, həqqı kəsilmiş.
  • Dilin bəlası uzunluğundandı.
  • Dilli elin, özüdə var üzüdə var.
  • Dilsiz elin daşı çox, ürək kövrək dağı çox, öz dilini bilməsə, doğma elin yadı çox.
  • Dostun könlü xoş olsun, düşmən gözü kor olsun.
  • Dostla dostlaş, düşmənə yanaş.
  • Doldurdu gözümü yaşa dolmalar,
  • Dolur badələr o boyda ki dolmalıdır, içirsən o boyda ki dolmalısan.
  • Dost sözün deyər, ağladar. düşman gülər, söz diyər.
  • Dostun gözündə yox, könlündə ol.
  • Dostunla dost olduğuna sevin (öyün), düşmanınla dost olandan sağın (çəkin).
  • Dovşan nə qədər arıq olsada, dərisindən çarıq çıxar.
  • Dovşan, kölgəsindən qorxar.
  • Dovşanın boyunu gördə, ətindən vaz geç, qorxanın özün gördə, faydasından keç.
  • Dovşanın iti qaçdığın, çox yatdığından gör.
  • Duran durmuş, gedəni tut.
  • Dünyada ən çətin şey sözdür, anlamağıda çətin, anlatmağıda çətin.
  • Düşmandan pay umanın dişi sınar.
  • Düşmanın, ərkək - dişisi yoxdur.
  • Düşmən yaxamdan tutur, it ətəyimdən.
  • Düzün duzuna baxma, duzsuz gördün çaşma.
  • Dünyaya "yalançı" dünya deyənlər, yalançıların ən böyüküdür.
  • Dolmuş tüfəng birin qorxudar, dolmamış tüfəng ikisin.
  • Dilənən tapar, tikilən qalar.
  • Dilim var, elim var.
  • Dilin bilən, elin bilər.
  • Dilin bilməyən, anasın tanımaz.
  • Dilin gücü dişdədir, dişin gücü dildədir.
  • Dilini gör, elini gör.
  • Dilsiz elin sözü yox.
  • Dilsiz millət, çəkər zillət.
  • Dinməz dilim yoldaşım, dinər dilim başdaşım.
  • Dinsizin ağzın, imansız yumar.
  • Dolu küpün səsi çıxmaz.
  • Dolunun ağzı ürəyindədir, dəlinin ürəyi ağzında.
  • Doqquz at bir qazığa bağlanmaz.
  • Doqquz don geyən doqquzuda qırmızı, bir donun ağdır sənin, biridə qara.
  • Dost çoxalsa, düşman ayağ altında (qalır).
  • Dul arvad yuxuda, ikinci ərin görər.
  • Durmağın kefini yıxılmaq öyrədir.
  • Durqun göldə, qurd olar.
  • Duza gedənin, yükü ağır olar.
  • Dün qonşuya qucaq açanlar, bu gün əl açır.
  • Dünən yumurtadan çıxmış, bu gün bizə cip-cip öyrədir.
  • Dünya bir holadır, gələn keçir, qonan köçür.
  • Dünya bir pəncərədir, biri yenər, biri çıxar.
  • Dünyanın zoru, anlamaz sözü.
  • Dəvə - qara yerin qayığıdır.
  • Dolan qoyunum, dolan, borc verən gələr, ya səni aparar, ya məni.
  • Davada qılıncı borc verməzlər.
  • Dosta borc pul vermə, hər ikisi əldən gedər.
  • Dövlətli yanına qaşıyanda, kasıb elə bilər ona pul verir.
  • Davanı qılınc kəsər, sevdanı – pul.
  • Dəllək dəlləyin başını qırxanda pul almaz.
  • Daşdan pul çıxardar.
  • Dostam səninlə, pulun qurtaranacan!
  • Düş desəm – düşməzsən: qoyun iri, quzu xırda, keçi kəssəm yeməzsən.
  • Dığ-dığ qardaşı qardaşdan ayırar.
  • Dadlını çox çeynəsən, ardı acı olar. yaxşını döydükcə yaman olar.
  • Dəyirmanda doğan siçan, gurultudan qorxmaz.
  • Dil var dişi saxlar, diş var dili saxlar.
  • Dəvəni yel aparsa, keçini göydə gör.
  • Dəlicə qızdan dəlicə gəlin olar.
  • Dad yaman (fələk) əlindən, yaman gəlin əlindən.
  • Dil, elin elçisidir.
  • Damar-damar, daşı dələr.
  • Danışan dağı aşdı, danışmayan yolu çaşdı.
  • Dostuna at vermə, verdinsə "yavaş get" demə
  • Dünyada üç şey gördüm; oldum, evləndim, öldüm.
  • Düyü döyülməsə, aş olmaz.
  • Duz-çörək deyiblər, düz çörək yeyiblər.
  • Dumanlı dağlar, yağışsız qalmaz.
  • Dərd çəkənindir, sevgi sevənin.
  • Doğru tutulmayınca, oğru tutulmaz.
  • Düzlük xoşbəxtliyin açarıdır.
  • Düzlük uzanar, qırılmaz.
  • Dost qazan, düşməni nənəm də doğar.
  • Dostunu mənə göstər deyim necə insansan.
  • Dünyanın ən bəxtiyar insanı kimsəyə möhtac olmayanıdır.
  • Dəvənin biri dəngə, vay dəng dərdi.
  • Dünyaya etibar yoxdur.
  • Dünyaya eşşək gəlib, eşşək də getdi.
  • Dünyanı verim açıb.
  • Dünyanı dolansan da qarğasan, qarğa!
  • Dünyanı ikiəlli tutma.
  • Dünyanın ən böyük neməti cansağlığıdır.
  • Dünyanın işini hər təhər tutsan keçər gedər.
  • Dünyanınkı əvəz-bədəldir.
  • Dünyanınkı borcdur.
  • Düşmən adama "qadan alım" deməz.
  • Düşmən qaçarkən qarğalar cürətlənər.
  • Düşmən qarışqa da olsa, sən onu fil say.
  • Düşmən düşməndir, nə yaxşısı nə yamanı?
  • Düşmən düşmənə qəzəl oxumaz.
  • Dəli ağlamaz, ağıllı gülməz.
  • Dəymə mənə, dəyməyim sənə!
  • Dovşanı qamış öldürər, əri - namus.
  • Dəli özünə bir dəli yoldaş tapdı, elə bildi ki, çox ağıllıdır.
  • Doğru yolun əyrisin bilməyən düzə çatmaz.
  • Dili doğru, yolu doğru.
  • Davalı evdə qazan qaynamaz.
  • Daşqınlığın sonu, şaşqınlıqdır.
  • Dünyada adamdan adamlıq qalır.
  • Dünya çalışanların əlindədir.
  • Dünya xali deyil.
  • Dünya tükənər, düşmən tükənməz.
  • Dünya bir nərdivandır, biri çıxar, biri düşər.
  • Dünya mənim deyənin, dünən gəldik yasından.
  • Dünya işinin madarı yoxdur, heç kimsəyə etibarı yoxdur.
  • Dünya malına etibar yoxdur.
  • Dünya malı dünyada qalacaq.
  • Dünya gör-götür dünyasıdır.
  • Dünya gedib, ucu qalıb, adamların bici qalıb.
  • Dünya kasıba zindandır, varlıya meydan.
  • Dünya yansa, bir tükü də yanmaz.
  • Dünya yaz ikən qış tədarükünə bax!
  • Dünya durduqca durasan!
  • Dünya, dünya nur dünya, gəl qaranı kəs dünya!
  • Dünya, dünya, puç dünya!
  • Dünya dediyin bir bağdır, hər gələn bir ağac əkib gedər.
  • Dünya – qazan, biz çömçə.
  • Dünya varına güvənmə!
  • Dünya boynu yoğunundur.
  • Dünya sənin, dünya mənim, dünya heç kimin.
  • Dünya bitər, əngəl bitməz.
  • Dünya bir yorğun ovdur, hər gələn bir dəm ovlar.
  • Dünya bir yağlı quyruqdur, yeyə bilənə nuş olsun.
  • Dünya beş gündür, beşi də qara.
  • Dünya belə də qalmaz.
  • Dünya başına dar gəlir.
  • Dünya bala dönsə də, ala qarğa öz yeməyin bilər.
  • Dünənki nökərçiliyinə baxma, bugünkü ağalığına bax.
  • Dünənki məzənnəyə yoldaşım da hazırdır.
  • Dünənki işinə sağ ol, bugünkü işindən danış.
  • Dünəni demə, bugünü de!
  • Dünən öləni dünən də basdırdılar.
  • Dünən yumurtadan çıxıb, bu gün bizə cip-cip öyrədir.
  • Dünən yumurtadan çıxıb, bu gün qabağını bəyənmir.
  • Dünən yediyini bu gün yadından çıxarıb.
  • Dünən – dost, bu gün aşna.
  • Dünən bir, bu gün iki.
  • Dükançının saqqalı özünə əngəldir.
  • Düzəndə min, enişdə yedəyin çək, dikdə qabaq sal, yeriməsə, mən zamin.
  • Düz tanınmayınca – əyri tanınmaz.
  • Düz söz – bir söz.
  • Düz söz acı olar.
  • Düz oldu – ox, əyri oldu – yay.
  • Düz gəlmisən – düz get, qız gəlmisən – qız get.
  • Düz yolun yolçusu azmaz.
  • Düz yol gedən yorulmaz.
  • Düz yaşa – yüz yaşa.
  • Düz əyrini kəsər.
  • Düz danışanı utandırmaq olmaz.
  • Düz danışanla dost ol, səni tərifləyənlə yox.
  • Düz adamsan – təkyədə nə işin var?
  • Düz ağacı ocağa qoymazlar.
  • Düdüyə qoydular, çaldılar.
  • Düdəməyi hindi gəlir.
  • Durub getdik qışlağa, ümid qaldı yaylağa.
  • Durnanın başçısını vurarlar.
  • Duran öküz yatan öküzün başına batırar.
  • Duran yerdə işə düşmüşəm!
  • Duran yatanın payını yeyər.
  • Dumansız çən olmaz.
  • Dumanlı gözə hər şey bulanlıq görünər.
  • Dul arvadın dilləri, qaraca yazın günləri Duman alçaqdan qalxar, ucanı gözlər.
  • Dul arvadın divarı alçaq olar.
  • Dul arvadın boxçası qoltuğunda olar.
  • Dul arvad qız adına almazlar.
  • Dul arvad özü yetimdir, amma yetimlərə anadır.
  • Dul arvad yuxuda ikinci ərini görər.
  • Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar.
  • Dul arvad evdə oturmaz.
  • Dul arvad ağ kəlağayıdır, toxunma, ləkə düşər.
  • Duymusan – malındır.
  • Duzunu gimrik eyləyən çörəyini də fətir eylər.
  • Duzu yeyib duz qabını sındırma.
  • Duzdan ləziz, sudan əziz, bir şey yoxdur.
  • Duzun duz olsun.
  • Duz çörəyin qədrini bilmək gərək.
  • Duz-çörək itməz.
  • Duz-çörək kəsmişik.
  • Duz-çörək qədri bilməyən itdən də alçaqdır.
  • Duz kimi hər aşa girər.
  • Duz yerinə buz yalama.
  • Duanı biz eləmişik, yağış gör hara yağır?
  • Dua oxumaqla donuz darıdan çıxmaz.
  • Dörd göz bir övlad üçündür.
  • Dörd divardır, bir həsir.
  • Dörd divar arasında qalmışam.
  • Döyülənin cibindən gedər Döyülməmiş düyüdən aş olmaz.
  • Döyülən ilə deyən bir deyil.
  • Döymür, tozunu çırpır.
  • Döyməni xanım yeyər, kəpəyi – yetim.
  • Döymə özgə qapısını, döyərlər sənin qapını.
  • Döyən, söyən ərim yox, yel aparan unum var.
  • Döyən qalır qıraqda, döyülən tutulur.
  • Dövranını sürən sürsün, hər kəsin macalı var.
  • Dövlətlinin iti yatmaz.
  • Dövlətlinin dili uzun olar, əli qısa.
  • Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar.
  • Dövlətliyə bəli, yoxsula dəli deyərlər.
  • Dövlətlidən xeyir olmaz, gordan mazarat.
  • Dövlətli kasıb olsa – qırx il iyi getməz.
  • Dövlətin gəlhagəlidir.
  • Dövlətin ən yaxşısı ağıldır.
  • Dövlətin də düşər-düşməzi olar.
  • Dövləti abıra çəpər edərlər.
  • Dövlətə etibar yoxdur.
  • Dövlətə bel bağlama.
  • Dövlətdə dəvə, övladda nəvə.
  • Dövlət sirrini dövlət bilər.
  • Dövlət malı nə odda yanar, nə suda batar.
  • Dövlət dəniz suyu kimidir, içdikcə susadır.
  • Dövlət quşu başına qonub.
  • Dövlət qulluğu göyərçinə bənzər, qonar, uçar.
  • Dövlət başa qonar, quzğun leşə.
  • Dövlət başa bəladır.
  • Dövlət adama ayağı ilə gəlməz.
  • Dövlət ağıllının nökəridir, axmağın ağası.
  • Dostunun dostu sənin də dostundur.
  • Dostunu mənə de, deyim sən kimsən.
  • Dostunu ağladıb, düşmənini güldürmə.
  • Dostuna borclu olma.
  • Dostun üzünü evində gör.
  • Dostun sirrini dost bilər.
  • Dostun qədrini dost bilər.
  • Dostun yoxsa, axtar, tapdın – qoru.
  • Dostun dost olsun, hesabın dürüst.
  • Dostun versə qum, sən onu ovcunda yum.
  • Dostun atdığı daş baş yarmaz.
  • Dostuq, cibimiz ayrı.
  • Dostu dar gündə sına.
  • Dostsuz insan – qanadsız quş.
  • Dostluğun telini kobudluqla qırma, bir də bağlasan düyünü qalar.
  • Dostluğu ayı dostluğudur.
  • Dostluğa dağlar da, dənizlər də mane ola bilməz.
  • Dostluqla tutub, düşmənliklə yıxar.
  • Dostluq həmişə qalib gələr.
  • Dostluq həyat vəsiqəsidir.
  • Dostluq üç almadır: gah ikisi səndə, birisi məndə, gah ikisi məndə, irisi səndə.
  • Dostluq göstərməklə düşmən əzilməz.
  • Dostluq düzlükdədir.
  • Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var?
  • Dostdan zərər gəlməz.
  • Dostdan belə sirrini saxla.
  • Dosta dost, düşmənə düşmən kimi bax.
  • Dosta – alqış, düşmənə – qarğış.
  • Dost üzdən bəlli olar, düşmən – gözdən.
  • Dost sirrini dosta deyər.
  • Dost sevinər, düşmənin gözü çıxar.
  • Dost ol, vəfalı ol.
  • Dost min olar, candan dost olan bir.
  • Dost min isə – azdır, düşmən bir isə – çoxdur.
  • Dost məni yad eyləsin bir güleyşə nar ilə.
  • Dost məni ansın bir çürük qoz ilə.
  • Dost gəlişi bayram olar.
  • Dost gələr – düşmən gedər.
  • Dost yolunda əzaba düşənin el içində üzü ağ olar.
  • Dost ilə ye, iç, alış-veriş eləmə.
  • Dost-düşmən qara gündə məlum olar.
  • Dost dostdan kənar olmaz, aralıqda mərdimazar olmasa.
  • Dost dosta tən gərək, tən olmasa gen gərək.
  • Dost dosta arxa olar.
  • Dost dar gündə tanınar.
  • Dost bir, düşmən on bir.
  • Dost arası sözsüz olmaz.
  • Dost arası pak gərək.
  • Dost ağlar, düşmək gülər.
  • Dor dibindən qaçandır.
  • Donuzun başı ağır olsa da, leşi çəkər.
  • Donuzdan toğlu doğulmaz.
  • Donuzdan bir tük də qənimətdir.
  • Donluğuma darı, cirəmə kəpək qatmayın.
  • Don tapmaq asandır, dost tapmaq çətin.
  • Don dedi: - Mən gedirdim, məni yamaq saxladı.
  • Dolunu yeyib boşa təpik atma.
  • Dolu tüfəng bir nəfəri qorxudar, boşu – iki nəfəri.
  • Dolu quyuya it düşməz.
  • Dolaşan qurd ac qalmaz.
  • Dolanmağa yad ölkə, ölməyə vətən yaxşı.
  • Dolayı gəl, dolayı, həsir basma, dolan gəl!
  • Dozanqurdun da balası özü üçün əzizdir.
  • Dodağın qalınlığına baxma, sözün zərifliyinə bax.
  • Doğruluqla dost qapısın dolan gəz, öz evindir.
  • Doğruluq insanı heç vaxt utandırmaz.
  • Doğruluq dost qalasıdır.
  • Doğru söylə, at min çap.
  • Doğru sözü zarafata salıb deyərlər.
  • Doğru söz etiraz götürməz.
  • Doğru söz dostluğu pozar.
  • Doğru söz dilinə gəlməz.
  • Doğru söz acı olar, nəticəsi şirin.
  • Doğru ol, asan yol ilə get.
  • Doğru yolla gedən yorulmaz.
  • Doğru yolda yıxılan tez qalxar.
  • Doğru elə bilər hamı doğrudur, əyri elə bilər hamı əyridir.
  • Doğru deyən olsaydı, yalançı usanardı avara qalanlar dəxi bir söz də qanardı.
  • Doğru deyənin başı keçəl olar.
  • Doğru büdrər, amma yıxılmaz.
  • Doğaram – oğlan doğaram, doğmaram – özümü boğaram.
  • Doqquzunda nə isə, doxsanında da odur.
  • Doqquzu verən, onu da verər.
  • Doqquz gün əciri on gün sadağa lazımdır.
  • Doqquz döşəkli bala, axırda quru yerdə can verər.
  • Doqquz dərədən on qab su gətirər.
  • Doqquz atı səkkiz ağaca bağlayır.
  • Doqquz ay ananın qarnında necə qalmısan?
  • Dovşanın gümanı ayaqlarına gələr.
  • Dovşanı tutunca tazıya "atam" deyərlər.
  • Dovşan feyz alanda kənd qırağında gəzər.
  • Dovşan öz yatağında ovlanar.
  • Dovşan nə qədər qaçarsa, o qədər də yatar.
  • Dovşan kiçik, qulağı böyük.
  • Dovşan dağdan küsmüş, dağın xəbəri yox.
  • Dovşan dağda – suyu ocaqda.
  • Dovğa doqqazacan, qatıqlı aş darvazaycan.
  • Dırnağın varsa, başını qaşı.
  • Dırnağı mayasından kəsməzlər.
  • Dımbılı ələk – dımbılı sac, əlim xəmir, qarnım ac!
  • Dişsiz ağız – daşsız dəyirman.
  • Dişlərini ağartma, it sümük axtarır.
  • Dişinin qədrini bilməyən çənəsiz qalar.
  • Dişin ağrıdı – çək qurtar.
  • Dişi düşmüş boz öküz, qoşulub cöngələrə.
  • Diş yox ikən dodaq var idi.
  • Diş qurdalamaqla qarın doymaz.
  • Diş verən dişlik də verər.
  • Diz ağrısını can çəkər.
  • Dirini öldürmək olar, ölünü diriltmək olmaz.
  • Dirilik birlikdədir.
  • Diriyə dirilik lazımdır.
  • Diridən dirilik qalar.
  • Diri it ölü aslandan yaxşıdır.
  • Diri dirinin dərdini çəkər.
  • Dincliyimi Şahmərdan kəsib.
  • Dinc ayağa heç nə dəyməz.
  • Dinc adamsan, qanlı qapısında nə qayırırsan?
  • Dinsizin öhdəsindən imansız gələr.
  • Dinsizin malını imansız yeyər.
  • Dinsizin ağzını imansız yumar.
  • Dinməyənin bir dinəni olar.
  • Dinmə, səni udaram!
  • Dinmə ver!
  • Dinindən dönər, imanından dönməz.
  • Dəb deməkdənsə, ləbləbi de.
  • Dərə mənim, düz sənin.
  • Dərə mənim, düz mənim sənin burada nə işin var.
  • Dərdsiz könüldə məhəbbət yuva açmaz.
  • Dərdsiz baş – bostan qırağında köpək.
  • Dərdlini dindirmə, özü dillənər.
  • Dərdli dərdlinin dərdini axtarar.
  • Dərdini unut, sözünü unutma
  • Dərdini gizlədən – davasını tapmaz.
  • Dərdini dərd bilənə söylə.
  • Dərdini qoy dərdim üstə, onu da mən çəkim.
  • Dərdin yoxdur söylən, borcun yoxdur evlən.
  • Dərdlilər yaxşı bilir aləmdə dərdin qiymətin.
  • Dərdimiz hardan əyan olsun bizim dərdsizlərə.
  • Dərdimi dağa desəm dağ əriyər, şam yanar, şölə çəkər, piltə yanar, yağ əriyər.
  • Dərdi olan dərman axtarar.
  • Dərdi olan danışar.
  • Dərdi verən, dərman da verər.
  • Dərd çəkənə gərəkdir.
  • Dərd olsun, söz olmasın.
  • Dərd olmaz dərmansız, dəvə gördüm sarbansız, hamıya dərman oldu, balam öldü dərmansız.
  • Dərd gələndə xalvar ilə gələr, çıxanda misqal ilə!
  • Dərd gələndə lailacı, pişiyə deyərlər: - Xanım bacı!
  • Dərd gəzər, dərman arar.
  • Dərd getməz, deyişər.
  • Dərd dərdi açar.
  • Dərd dərdə bənzəməz.
  • Dərd dərd üstündən gələr.
  • Dərd var gələr keçər, dərd var dələr keçər!
  • Dərd bir ülgücdür, udsan yaralar, atsan yaxalar.
  • Dərd bir olsa çarəyə nə var?
  • Dərd bir olsa, yeriyər.
  • Dərd bir idi, iki oldu.
  • Dərd bir deyil, iki deyil.
  • Dərd adamı ağladar.
  • Dərd ağladar, eşq söylədər.
  • Dərvişin fikri nə isə, zikri də odur.
  • Dərvişin olduğundan.
  • Dərvişi – təkyədə, sərxoşu meyxanada axtar.
  • Dərvişə bir şey verməmisən, kəşkülün bəs niyə sındırırsan?
  • Dərviş öz evini çiynində gəzdirər.
  • Dərviş olan şahlıq iddiası eyləməz.
  • Dərviş odur ki, dünyanı tərk edə, fəqir odur ki, dünya onu tərk edə.
  • Dərviş məscidə girməz, bazarda meydan qurar.
  • Dərviş yabısı hər evin yolunu tanıyar.
  • Dərviş dilriş olar.
  • Dərviş, belə iş?
  • Dər-divarın da qulağı var.
  • Dənizi çömçə ilə boşaltmaq olmaz.
  • Dənizə getsə dənizi qurudar.
  • Dənizdə batan saman çöpündən yapışar.
  • Dənizdə balıq sevdasız olmaz.
  • Dəniz suyu kimi, nə içilir, nə kiçilir.
  • Dəniz dalğasız, qızlar sevdasız olmaz.
  • Dəni məndən yeyir, başqa yerdə yumurtlayır.
  • Dəni ellərdən, suyu göllərdən.
  • Dəmirçinin ömrü tax-taxla, leyləyin ömrü lağ- lağla keçər.
  • Dəmirçidə bıçaq tapılmaz.
  • Dəmirçi nə bilir qızıl nədir?
  • Dəmirçi yanından keçən qığılcım yeyər.
  • Dəmirsiniz, missiniz, hamınız bir cinssiniz.
  • Dəmiri kürədən dəmir çıxardar.
  • Dəmiri döyən dəmirçi olar.
  • Dəmir nəmdən, insan qəmdən çürüyər.
  • Dəmir ki var, döydükcə uzanar.
  • Dəmir dəmiri kəsər.
  • Dəmir qapının taxta qapıya işi düşər.
  • Dəmir ayaq, dəmir çarıq, dəmir diş.
  • Dəm-dəm halvası deyil ki.
  • Dəm dəm gətirər, qəm qəm.
  • Dəlləkliyi bizim başımızda öyrənir.
  • Dəlləyi müştərisindən çox.
  • Dəlinin xırmanı olmaz.
  • Dəlinin ürəyi dilindədir, ağıllının dili ürəyindədir.
  • Dəlinin sözü, sərxoşun gözü.
  • Dəlinin nə toyu olsun, nə bayramı.
  • Dəlinin eşşəyi də dəli olar.
  • Dəlinin yadına daş salma.
  • Dəlinin düşünməsinə, toyuğun eşələnməsinə dərman yoxdur.
  • Dəlinin dilinə pəhriz yoxdur.
  • Dəlinin buynuzu olmaz ki?
  • Dəlinin bir ağıllısı olmaz?
  • Dəlinin başında qoz ağacı bitməz.
  • Dəlini zəncirlə yox, tədbirlə tutarlar.
  • Dəlilər dünyanı əkdilər, ağıllı indi cüt qoşur.
  • Dəliyə halva-külçə neyləsin?
  • Dəliyə gündə bayramdır.
  • Dəliyə yüz öyrət, öz bildiyini eylər.
  • Dəliyə yer ver, əlinə bel!
  • Dəliyə yazı yoxdur.
  • Dəliyə dəli kimi cavab verməzlər.
  • Dəliyə daş atma, başına daş yağdırar.
  • Dəliyə qoşulma, səni də dəli edər.
  • Dəliyə qanun yoxdur.
  • Dəliyə bir hava bəsdir.
  • Dəliyə ağıl, qaraya sabun kar eyləməz.
  • Dəlidir, başını vursun divara!
  • Dəlidən ağıl ummaq olmaz.
  • Dəli çomağa rast gəlib.
  • Dəli utanmaz, yiyəsi utanar.
  • Dəli söyləyən doğru olar.
  • Dəli sərxoşdan qorxar.
  • Dəli özü deyər, özü də gülər.
  • Dəli öz zərərini güdər.
  • Dəli ol, bəxtin olsun.
  • Dəli inəyin dəli də buzovu olar.
  • Dəli ilə tapmaqdansa, ağıllı ilə itirmək yaxşıdır.
  • Dəli ilə sərxoşun meydanı birdir.
  • Dəli ilə dövlətli, ikisi də bildiyini eylər.
  • Dəli elsiz, el dəlisiz olmaz.
  • Dəli dövran sürər, ağıllı vaxt gözlər.
  • Dəli dostun olunca, ağıllı düşmənin olsun.
  • Dəli dost, qəlbi qara, mən belə dostu neylərəm?
  • Dəli dəliyə xoş gələr.
  • Dəli dəliyə qoşular, dəyənək göydən yağar.
  • Dəli dəlidən xoşlanar, molla – halvadan.
  • Dəli demiş, ağıllı inanmış.
  • Dəli deyingən olar.
  • Dəli qırmızı sevər, gic – sarı.
  • Dəli qız evdə qalmaz.
  • Dəli qız dayısından yaşınar.
  • Dəli quyuya bir daş atdı, min ağıllı çıxarda bilmədi.
  • Dəli qazının yazdığını, ağıllı qazı pozmaz.
  • Dəli başına dövlət quşu qonub.
  • Dəli bağlayanı ağıllı aça bilməz.
  • Dəli aydan qorxar.
  • Dəymə düşərdir.
  • Dəyənək dəlinin, süpürgə gəlinin.
  • Dəymə tazıya – qaçar qazıya.
  • Dəyirmançının şahidi kömbəçi olar.
  • Dəyirmandan acıq eyləyən çuvalını boş aparar.
  • Dəyirmanın səsindən qaçan un üyütməz.
  • Dəyirmanın pəri – iki günün əri.
  • Dəyirmanın yaraşığı torba, çuvaldır.
  • Dəyirmanın boğazına ölü salsan diri çıxar.
  • Dəyirmanın boğazı boş qalsa, daş daşı sürtər.
  • Dəyirmandan gələnin əlinə baxarlar.
  • Dəyirmanda doğulan siçan köy gurultusundan qorxmaz.
  • Dəyirmanda dənin yox, şahad üstə başını niyə yarırsan?
  • Dəyirmanda dəni olmayana un verməzlər.
  • Dəyirmanda buğda qurutmazlar.
  • Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək, bilmirəm kəpək yedi köpdü köpək ya da ki, kötək yedi köpdü köpək?
  • Dəyirmana gələndən sonra ulaq görən çox olar.
  • Dəyirmana getsə dünya xəbəri gətirər.
  • Dəyirmana gedirəm, nə dənim var, nə çuvalım.
  • Dəyirmana dəni evdə arıd apar.
  • Dəyirman xoruzu kimi qıpqırmızıdır.
  • Dəyirman iki daşdan, məhəbbət iki başdan.
  • Dəyirman bildiyini eylər, çaq-çaq baş ağrıdar.
  • Dəyərli muncuq yerdə qalmaz.
  • Dədəsini görməyən şahlıq iddiası eylər.
  • Dədəsindən nə gül dərdim ki, balasından gülab çəkim?
  • Dədənə ehsan verib əli çapıxları qapına dadandırma.
  • Dədəm mənə kor deyib, hər yetənə vur deyib.
  • Dədəm evində də qarabəxt, ər evində də?
  • Dədəm evində balıq başı, ərim evində də balıq başı?
  • Dədə görməyən elə bilər Şaqqulu da bir dədədir.
  • Dəvətsiz gələn qonaq, quru yerdə oturar.
  • Dəvətsiz qonağı köpək qarşılar.
  • Dəvətə icabət gərək.
  • Dəvəçi ilə dost olanın, darvazası gen gərək.
  • Dəvəsi ölmüş ərəbəm!
  • Dəvənin kini - ilanın kini.
  • Dəvənin yemədiyi ot, ya başını ağrıdar, ya qıçını.
  • Dəvənin dizini bağla, sonra allaha tapşır.
  • Dəvənin də oynamağına az qalıb.
  • Dəvənin quyruğu yerə dəyməz.
  • Dəvənin qanadı olsa, uçulmamış dam qalmaz Dəvənin quyruğu yerə dəyəndə.
  • Dəvənin biri bir döngə, vay döngə dərdi.
  • Dəvənin ayağı altında qarışqa əzilməz.
  • Dəvənin azanı Ağcaqabula gedər.
  • Dəvəni çömçə ilə suvarır.
  • Dəvəni satan köşək ala bilməz.
  • Dəvəni palaz altında gizlətmək olmaz.
  • Dəvəni yükü ilə, sarbanı ipi ilə.
  • Dəvəni yükü ilə udur.
  • Dəvəni ya duza, ya suya.
  • Dəvəni itirib köşəyi axtarır.
  • Dəvəni eşşəyin quyruğuna bağlayır.
  • Dəvəni dağdan uçurdan bir çəngə otdur.
  • Dəvəni aparan eşşəkdir.
  • Dəvəyəcən boyun olunca, düyməcə ağlın olsun.
  • Dəvəyə minməmişdən qabaq yırğalanmaq öyrənir.
  • Dəvəyə qanqal lazım olsa, boynunu yüz yerdən uzadar.
  • Dəvədən böyük fil var.
  • Dəvəquşu yükə gələndə, qanadlarını göstərər.
  • Dəvə Xançobanda olar.
  • Dəvə tanımasa, ovsarı tanıyar.
  • Dəvə palçığa batdı, milçək onu çıxartdı.
  • Dəvə ölsə dərisi yükdür, toyuq ölsə bir çəngə tükdür.
  • Dəvə ölər, yükü qalar, xoruz ölər, tükü qalar.
  • Dəvə öz kövşədiyini udar.
  • Dəvə oynayanda qar yağar.
  • Dəvəni ovlamazlar.
  • Dəvə nə qədər uzaq getsə, qatarını gözlər.
  • Dəvə nə qanır nərdivan nədir?
  • Dəvə nə qədər arıq olsa, dərisi bir eşşəyə yükdür.
  • Dəvə nalbəndə baxan kimi baxır.
  • Dəvə minənin eşşəyi yanında olar.
  • Dəvə gördün?
  • Dəvə köşəyə uymasa, köşək dəvəyə uyar.
  • Dəvə kinli olar.
  • Dəvə kimi düz bir yeri yoxdur.
  • Dəvə durdu dam yıxdı.
  • Dəvə qulağından asılmaz.
  • Dəvə kimi böyüksən, qulağı qədər ağlın yoxdur.
  • Dəvə buynuz axtarırdı, qulaqdan da oldu.
  • Dəvə böyüksə, yükü də böyükdür.
  • Dəvə böyükdür – ot yeyər, şahin kiçikdir – ət yeyər.
  • Dəvə bostana girəndə, elə bilər onu heç kim görmür.
  • Dəvə bir fikir eyləsə, sarban ikisini eylər.
  • Dəvə başın soxar pambığa, gözlərini də bərk- bərk yumar, Deyər : - Məni heç kəs görmədi.
  • Dəvə asta gedər, çox gedər.
  • Dəvə adın satar, eşşək odun.
  • Deyirəm, sevgimizə, bəxtimizə gəc baxanın, gözü kor, bəxti qara, qəlb evi viran olsun.
  • Desən öl – ölər, qal – qalar.
  • Desən yumurta ağdır, deyər qaradır.
  • Desələr ki, göydə toy var, arvadlar nərdivan axtarar.
  • Deməsən eşitməzsən.
  • Demək olmur ki, gözün üstə qaşın var!
  • Demək asandır, yerinə yetirmək çətin.
  • Demə babam yoxsuldur, can sağlığı dövlətdir.
  • Deyirəm dilim yanır, demirəm – ürəyim.
  • Deyingən dinə bilməz, dinməsə dözə bilməz.
  • Deyilmiş sözdən deyilməmiş yaxşıdır.
  • Deyiləcək sözü fikirləş, sonra de.
  • Deyilən söz geri qayıtmaz.
  • Deyən qafildir, dedirdən qafil deyil.
  • Deyən ağılsız olsa eşidən gərək ağıllı ola.
  • Dedim, deməmiş olum.
  • Daşınma su ilə dəyirman işləməz.
  • Daşınma su ilə bağ salınmaz.
  • Daşın xırdası böyüməz, adamın xırdası böyüyər.
  • Daşı sıxsa, suyunu çıxardar.
  • Daşı ətəyindən tök.
  • Daşı daşa, başı başa vurarlar.
  • Daşlar da dilə gəlir.
  • Daşdan çörək çıxardar.
  • Daşdan tük çəkər.
  • Daşdan yumşaq nə versən yeyər.
  • Daşdan qopar, yoxdan qopmaz.
  • Daş üstə əkin olmaz.
  • Daş daş üstə qalmamış.
  • Daş ürəkli düşmənin ürəyini yarar yumşaqlıq.
  • Daş olsaydı sıxardım, torpaqdı dayandım.
  • Daş olma, baş ol.
  • Daş kəsənə toxunsa, vay kəsənin halına, kəsən daşa toxunsa, vay kəsənin halına!
  • Daş yumşalar, düşmən yumşalmaz.
  • Daş düşdüyü yerdə qalar.
  • Daş - divarın qulağı var.
  • Daş – dəyənə bəllidir, yol – gedənə.
  • Daş daşı sındırar.
  • Daş daşı, dırnaq daşı, siz savaşa, biz tamaşa.
  • Daş - daşa söykənər – divar olar.
  • Daş qızlar bağrına, gecələr yalqız yatar.
  • Daş quyuya düşən kimi düşüb.
  • Daş qayaya rast gəlib.
  • Daş bir yerdə – qoz bir yerdə.
  • Daş bir yerdə qalanda göyərər.
  • Daş atıb başını tutub.
  • Daş atana – çörək at.
  • Daş atan bəlli – baş atan bəlli.
  • Daş at – qolların açılsın.
  • Daş altından su yeridir.
  • Darımızı yeyib, üzümüzə xortdayır.
  • Darıycan əri olanın tanrıycan hökmü olar.
  • Darıya girən donuz yabanı özünə qəbul elər.
  • Darğa əmimdir, daha nə qəmimdir!
  • Darvazadan keçməyən iynə gözündən keçər.
  • Darvaza qapısın bağlamaq olar, xalqın ağzın bağlamaq olmaz.
  • Darayı, səni geyər hər ayı!
  • Dar küçədən keçmərəm, çadramı yellətmərəm.
  • Dar yerə min dost yerləşər, bir düşmən yerləşməz.
  • Danışıram da pis olur, danışmıram da.
  • Danışmaq dananı qurda verər.
  • Dananın evi yıxılsın.
  • Danışanı adam bilir, hürəni – it.
  • Danalı inəkdən sağım olmaz.
  • Dana oynar, mıxını bərkidər.
  • Dana göbələk götürdü.
  • Dan ulduzuna dönmüsən.
  • Damımız uçdu, dam kürəməkdən qurtardıq.
  • Damdan düşsə, pişik kimi ayağı üstə düşər.
  • Damdan düşənin halını damdan düşən bilər.
  • Damdan düşdüm, ətəyim sındı.
  • Damdan - dama gəzən köpəyin beli sınar (qırılar).
  • Damda verər azanı, yerdə sayar qazanı.
  • Damara baxarlar, qan alarlar.
  • Damar - damar, daşı dələr.
  • Damazlığını yeyən tamarzı qalar.
  • Dama - dama göl olar, axa-axa sel.
  • Dam uçdu, kalafası qaldı.
  • Dam olmadın, eşik ol barı!
  • Dam dirəksiz olmaz, tövlə kürəksiz.
  • Dalınca aftafa aparır.
  • Dalında namaz qılıram.
  • Dalın daşa dayayıb.
  • Dalı bağlıdır.
  • Daldan gələn dadlı olar.
  • Dalda qalma, yoldaşından yeyin get.
  • Dalaşan köpək xoralı olar.
  • Dal ayağı ilə qulağını qaşıyır.
  • Dayısı olan dayısına güvənər.
  • Dayı tikən körpünü su aparmaz.
  • Dayı görməyib, elə bilir Şaqqulu da bir dayıdır.
  • Dayı ilə dağ dolan, əmi ilə bağ dolanma.
  • Dayanan su tez iylənər.
  • Dayan, doldurum!
  • Dayağı dağ olanın, başı göylərdə olar.
  • Dayça nə qədər bərk qaçsa, arabanı çəkən atdır, at!
  • Dayça at olunca yiyəsi mat olar.
  • Dairənin nə başı var, nə ayağı.
  • Dazın istədiyi qara saç olar.
  • Daz keçəldən xoşlanar.
  • Dadsız - duzsuz qonşuya qalsın.
  • Dadmaqla mal tükənməz.
  • Dadlı söz – can arzusu, dadsız söz – baş ağrısı.
  • Dadlı söz dinlənər, dadsız söz əsnədər.
  • Dadlı dil – gülər üz.
  • Dadımlıqdır, doyumluq deyil.
  • Dadı dağarcığında qalıb.
  • Dadsız şorbaya duz da kar eləməz.
  • Dad dadıycan, duz da dadıycan.
  • Dadı damağında qalıb.
  • Dadı ağzında qalıb.
  • Dadmamısan qaz ətini, nə biləsən ləzzətini?
  • Dadananla quduranı saxlamaq olmaz.
  • Dadanan dura bilməz dursa da dözə bilməz.
  • Dadanan dayanmaz, yığdıqca da doymaz.
  • Dadanmısan dolmaya, bəlkə bir gün olmaya?
  • Dad fələk, dad fələk, mən içən şərbətdən özün də dad fələk!
  • Dadanmısan, qudurmusan?
  • Dağına baxar – qar verər, bağına baxar – bar verər.
  • Dağılasan vilayət; azançısı – eşşək, münəccimi – çaqqal.
  • Dağın üstə bağın sağ olsun.
  • Dağın nə dərdi dağ boydadır.
  • Dağı dağ üstə qoyub.
  • Dağlar marala qaldı!
  • Dağlar dağımdır mənim, qəm ovlağımdır mənim, dindirməyin ağlaram yaman çağımdır mənim.
  • Dağdan hey götürüb desən ki, "çoxdur", bir də görərsən ki, dağ özü yoxdur.
  • Dağdan gəlir, dağ arabası, heç kim onu mindiyi yox,
  • Dağdan gələn, dağa gedər.
  • dağarcığını çuvala tay tutur).
  • Dağarcığını çuval yanına sürür.
  • Dağarcıq çuvaldan böyük oldu?
  • Dağa yağsa – çöl abadan, çölə də yağsa – çöl abadan.
  • Dağ üstündə tısbağa, gomuşdan böyük görünər.
  • Dağ üstə maral gəzər.
  • Dağ suları dağdan gələr.
  • Dağ səfasız olmaz, gözəl vəfasız.
  • Dağ nə qədər uca olsa, el üstündən yol salar.
  • Dağ yıxılmasa – dərə dolmaz.
  • Dağ yeriməsə abdal yeriyər.
  • daldadır.
  • Düşmənin bəlisindən dostun şilləsi yaxşıdır.
  • Düşməni yumşaqlıqla dost edən ağıllıdır.
  • Düşməni elə vur ki, bir də özünə gəlməsin.
  • Düşməni bas, hər yol ilə bassan, bas!
  • Düşmənə fürsət vermə, ayıq ol.
  • Düşmənə sahib çıxan, düşmən sayılar.
  • Düşmənə quyu qazıyınca, dosta ev tikərsən!
  • Düşmənə varanda ürəyində nifrət, əlində tüfəng; dosta varanda ürəyində məhəbbət əlində çörək.
  • Düşmənə bel bağlama.
  • Düşmən çox olanda qaçmaq da mərdlikdəndir.
  • Düşmən səni daş ilə sən düşməni aş ilə.
  • Düşmən yaxandan tutanda it ətəyindən tutar.
  • Düşmən ətək altından çıxar.
  • Düşmən gücsüz də olsa, ehtiyatı əldən vermə.
  • Düşmən düşmənin halına qalmaz.
  • Dünyaca gözəlliyin olunca, zərrəcə bəxtin olsun.
  • Dünyanın axırıdır?
  • Dünyaya dayanma, varına inanma.
  • Dünyaya bel bağlama.
  • Dünyadan xəbəri yoxdur.
  • Dünyada hər şey satılıb-alınar, namusdan başqa.
  • Dünyada hər kəs öz haqqına razı olsa, dava olmaz.
  • Dünyada hər an, mərdə arxalan.
  • Dünyada pulsuz – axirətdə imansız.
  • Dünyada oğul toyundan şirin heç nə ola bilməz.
  • Dünyada ən yaxşı şey yaxşılıqdır.
  • Dəm dayına!
  • Dəm, hara gedirsən?
  • Dini dinara satan molla, dindən də olar, dinardan da.
  • Dindən çıxsan da, eldən çıxma.
  • Din elmin düşmənidir.
  • Dilinin pərsənki yoxdur.
  • Dilini uzun eləyən, başını bəlaya salar.
  • Dilini tut, divanı ud.
  • Dilini saxlayan, başını saxlar.
  • Dilin qoy dilçəyinə.
  • Dilini qısa eylə.
  • Dilini bilməyən anasın tanımaz.
  • Dilinə doğru söz gəlməz.
  • Dilində öd olanın hər şeyi acı olar.
  • Dilin olmasaydı, qarğalar dimdikləyərdi.
  • Dilin bəlasıdır uzunçu olmaq, ariflər işidir, sükuta dalmaq.
  • Dilimdə tük bitib.
  • Dilim, dilim ol, dilim, bir az şirin ol, dilim, bir az həlim ol, dilim, sən ki, incitdin yarı dilim-dilim ol, dilim.
  • Dilimin bələsından sana.
  • Dili xoş olanın havadarı çox olar.
  • Dili uzundur, ağlı gödək.
  • Dili topuq çalır.
  • Dili ilanı yuvasından çıxardar.
  • Dili varsa, dilçəyi də var.
  • Dili bal, işi bəla.
  • Dilotu yeyib!
  • Dilənçiyə xiyar verdilər, əyridir deyə almadı.
  • Dilənçiyə torbası ağırlıq eləməz.
  • Dilənçiyə bir verərsən, bir də istər, sabahacan yatmağa yer də istər.
  • Dilənçi torbasından çörək yeməzlər.
  • Dildir, nə qoruğu var, nə qaytanı.
  • Dildən gələn əldən gəlsə, kasıb-kusub varlanar.
  • Dildən acı, dildən şirin şey yoxdur.
  • Dildə yox, işdə özünü göstər.
  • Dildə bir şey deyib, ürəklə başqa şey tutma.
  • Dil sümüksüzdür, amma sümüyü sındırar.
  • Diz ilə olan, zor ilə olmaz.
  • Dil ilə dost olanın ağzın ara, könlün al.
  • Dil ki, var, ətdəndir, hara döndərsən dönər.
  • Dil ətdəndir.
  • Dil var bal gətirər, dil var – bəla.
  • Dil başı saxlar.
  • Dil başı güdaza verər.
  • Dil başa bəladır.
  • Dil adamın düşmənidir.
  • Dil adamı bəyan eylər.
  • Dil ağrısından qol ağrısı yaxşıdır.
  • Dil ağrıyan dişə dəyər.
  • Divarın iki üzün yıxmazlar.
  • Divarın dalısı da qürbətdir.
  • Divarı nəm yıxar, insanı qəm.
  • Divar binadan qaim olar.
  • Divanxana qapısı, girəndə darvaza olar, çıxanda iynə gözü.
  • Divan haqqa da baxar, nahaqqa da.
  • Divan ilə divanlıq eləmək olmaz.
  • Div qurbağaya aşıq olub.
  • Dəhnəni dərin qazı, suyu gur gəlsin.
  • Dəstini qıran da bir, suyu gətirən də bir.
  • Dəstəmazsız namaz olmaz.
  • Dərmansız dərdin dərmanı bimarlıqdır.
  • Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gələr.
  • Dəryaya bir daş at, ya bir qaya sal.
  • Dəryaya daş atmaqla suyu bulanmaz.
  • Dəryaz işlər, qol öyünər.
  • Dəryadan uzaq, bəladan uzaq.
  • Dərdə nə əksik olacaq?
  • Dəryadan nə əksik olacaq?
  • Dəryadan bir damcı.
  • Dəryadakı balıq, göydəki quş satılmaz.
  • Dəryada balıq sevdası.
  • Dərya murdarlıq götürməz.
  • Dərya görünən yerdə qətrə nə görünər?
  • Dərinə getmə, məsələ böyüyər.
  • Dərin su bulanmaz.
  • Dərilməmiş güldən dəstə bağlamaq olmaz.
  • Dərzinin mayası iynə-sapdır.
  • Dərziyə köç dedilər: iynəsini yaxasına sancdı.
  • Dağ dağa arxadır.
  • Dağ da olsan dağa daldalan.
  • Dağ bizim, ceyran bizim ovçu burda nə axtarır?
  • Dağ başında xırman qurma, sovurarsan, yel aparar, sel yanında dəyirman qurma, üyüdərsən, sel aparar.
  • Dağ başı dumandan qurtarmaz insan başı yamandan.
  • Dağ ağrı çəkdi, nə doğdu?
  • Dağ başı duman olar.
  • Davaçın xan olsa Allah dadına çatsın.
  • Davaçı qazı isə, ərizəni allaha yaz.
  • Davasını bilməyənə şahid olma.
  • Davanı göydə axtarırdı, yerdə əlinə düşüb.
  • Davanı iki dəfə salmaq nahaqdır.
  • Davanı qılınc aralar.
  • Davalı yerdə ot bitməz.
  • Davakarın şah olsa, ərizəni allaha yaz.
  • Davada halva paylamazlar.
  • Davada nırx kəsən olmaz.
  • Davada aradakının gözü çıxar.
  • Davada ağac aradakına dəyər.
  • Dava üçün bir qazı, isbat üçün on şahid.
  • Dava günündə igid gərək daldalanmasın.
  • Dava dağarcıq üstədir.
  • Dava acı, faydası şirin olar.
  • Dabbağ xoşladığı dərini yerdən-yerə vurar.
  • Dəf edilməsi mümkün olmayan dərdə dözməkdən başqa çarə yoxdur. (Türkmən atalar sözləri)
  • Dostunuza tez-tez ziyarətə gedin, çünki üstündə gedilməyən yollar tikan və kollarla bağlıdır. (Hind atalar sözləri)
  • Dəvə quraqlıqda gedər, amma bir də onu bataqlıqda gör. (Özbək atalar sözləri)
  • Düyünün içindəki qara daşlardan qorxma, ağ olanlardan qorx. (Yapon atalar sözləri)
  • Düyünün içindəki qara daşdan deyil,
    ağ daşdan qorxun. (Yapon atalar sözləri)
  • Dəlilərə zəng taxmaq istəsələr, dəmirin kilosu yüz milyon olar. (Bolqar atalar sözləri)
Get it on Google Play Available on the App Store
Top