• Müştəri hər zaman haqlıdır. (İngilis atalar sözləri)
  • Min kilometrlik bir səyahət ilk addımla başlar. (Çin atalar sözləri)
  • Malını qiymətindən ucuz satana pul gərəkdi,
    Malı qiymətindən baha alana, mal gərəkdi.
    Malını qiymətindən baha satana da pul gərəkdi.
  • Mən gəldim gəlin görməyə, gəlin getdi təzək yığmağa.
  • Məscid şamını yeyən pişik kor olar.
  • Meydansız at sürülməz, sınaqsız ər bilinməz.
  • Mərdəkan – mərd məkan deməkdir.
  • Mərd mərdi kəsər Murtuza-Əli hər ikisini.
  • Mərd ilə ülfət edən, axırda bir gün mərd olar,
    namərdlə ülfət edən, axır biyaban-gərd olar.
  • Mərd ilə gəzən mərd olar, namərd ilə gəzən biyaban-gərd!
  • Mərd başa baxar, namərd – ayağa.
  • Mərd igidə arxa dur.
  • Mərd dostluq qanar, bərkdə dayanar.
  • Mərd igid tək qalmaqdan qorxmaz.
  • Malı yox oğru apara,
    imanı yox şeytanı apara.
  • Malını yaxşı saxla, qonşunu oğru tutma.
  • Məndən olub mənə oxşamır.
  • Məscidin qapısı açılmamış kor əsasını dirədi.
  • Mən gətirirəm qısa-qısa, arvad dağıdır kisə kisə.
  • Mənzili yaxın, pulu çox?
  • Müştərinin gözü satıcının əlində olar.
  • Müştərinin biri gedər, biri gələr.
  • Müştərinin ağlı gözündə olar.
  • Müftəxor sahibi – səliqəli olar.
  • Müsəlmanın sonrakı ağlı.
  • Mülk aldın abad al, bağ aldın bərbad.
  • Mülk alan qırx gün ac olar, mülk satan qırx gün tox.
  • Müəllim ikiqat atadır.
  • Müəllim ən böyük bağbandır.
  • Müqəssirin dili qısadır.
  • Muşqulatçun saqqız çeynə.
  • Mustafa xandan kağızı var.
  • Musiqi ruha qidadır.
  • Musiqi könül həmdəmidir.
  • Musa-musa, tumanı qısa, anası uzun, atası qısa!
  • Mus-mus deyincə birdəfəlik – Mustafa de.
  • Murdar əsgiyə od düşməz.
  • Motala dadanan köpək bir də gələr.
  • Mollanın cibi dərin olar.
  • Mollanın ovcu həmişə gicişər.
  • Mollanın nə pisi, nə yaxşısı; molla elə molladır.
  • Mollanın qarnı beşdir, daima biri boşdur.
  • Mollanın bağrı onda çatlar ki, iki yerə ehsana çağıralar.
  • Mollanı məcsiddə, sərxoşu meyxanada taparsan.
  • Molladan adam olmaz, palıddan badam.
  • Molla çörəyi, ilan ayağı görünməz.
  • Molla Turab banladı, kim bildi, kim anladı?
  • Molla tuluq zurnasına bənzər, qarnı dolduqca səsi çıxmaz.
  • Molla sadağa verməz.
  • Molla Nəsrəddin o qədər ölü oldu ki, bir qazan halvanı yeyə bilmədi?
  • Molla kişidir saqqalı uzun, ağlı qısa.
  • Molla ilə durub oturan, axırda mürdəşir olar.
  • Molla evindən aş, kor gözündən yaş çıxmaz.
  • Molla duru sudan qaymaq yığar.
  • Molla qarınqulu olar.
  • Molla buzovdur, qırılsa hamıdan bərk qaçar.
  • Molla bəyə qoşuldu, xalqın evi yıxıldı.
  • Molla aşı gördü, yasin yaddan çıxdı.
  • Molla alacağını unutmaz.
  • Molla, azar olmasın?
  • Molla acgöz olar.
  • Mıxı çıxarıb qaçanı döyə bilmir, mıxdakını döyür.
  • Mıxı mismar edən var.
  • Mıx da əyiləndə onu düzəldirlər.
  • Mıx iki haçalı olsa, yerə keçməz.
  • Mırığa dedilər: Çırağı pilə!
  • Mişka piyandır, şapkəsi yandır.
  • Mis mis ilə toqquşdu, arada güvəc parçalandı.
  • Mis gəldi, saxsı qaç!
  • Mis ya sındı, ya cingildədi.
  • Minnətli plovdan, minnətsiz pendir-çörək yaxşıdır.
  • Minnət deyil, dərvişlikdir.
  • Minnət qədər ağır yük olmaz.
  • Minnət ilə behiştə getməkdənsə, minnətsiz cəhənnəmə getmək yaxşıdır.
  • Minmə qoduq, vermə cərimə.
  • Minə dözən min birə dözər.
  • Mindin atın sağrısına, qatlaş yanın ağrısına.
  • Minarə görməyən elə bilər yerdən göbələk çıxıb.
  • Minarə başında qoz dayanmaz.
  • Min xala yığılsa, bir ananın yerini verməz.
  • Min ulduz var, bircə ay.
  • Min nəsihət, bir sərəncam.
  • Min gün yaraq – bir gün gərək.
  • Min ilin ölüsündən bir ilin dirisi yaxşıdır.
  • Min ilin azarlısıdır.
  • Min il keçsə qohum sənə yad olmaz.
  • Min il qanqal otlasan, ağzın dəvə ağzına oxşamaz.
  • Min eşit, bir söylə.
  • Min evli Kəsəmənə bir ay oruc, yeddi evli kəndə də bir ay oruc?
  • Min dost azdır, bir düşmən – çox.
  • Min dərədən su gətirər.
  • Min dərd var, min bir dərman.
  • Min qoyunlunun bir qoyunluya işi düşər.
  • Min qarğaya bir sapand daşı?
  • Min qapıda duz dadan, bir qapıda bənd olmaz.
  • Min bir dərdin min bir dərmanı var.
  • Min bilən olsan, bir biləndən soruş.
  • Min batman varın olunca, bir batman ağlın olsun.
  • Min acını yeyərlər, bir şirinin xətrinə.
  • Min atlının öhdəsindən gələndir.
  • Milçəkdən fil qayırır.
  • Milçək şirəyə yığılar.
  • Milçək özü bir şey deyil, ancaq könül bulandırır.
  • Milçək mindim Kür keçdim, yaba ilə dovğa içdim, heç belə yalan görməmişdim.
  • Milçək kimi qırılır.
  • Milçək qarasından minarə tikir.
  • Millət necə tarac olur-olsun nə işim var?
  • Məşğuliyyət üçün saqqız çeynə!
  • Məcnun kimi dərs oxuyan "Vəlleyli" də qalar.
  • Məclisdə yerini tanı, deməsinlər: - dur burdan!
  • Məhəbbət şərikli olmaz.
  • Məhəbbət ürəkdən silinməz.
  • Məhəbbət gözdə olmaz, könüldə olar.
  • Məhəbbət iki başdan olar.
  • Məhəbbət dostluqdan başlanır.
  • Məhəbbəti qorusan, onunla ucalarsan, məhəbbətli qocalsan, qoca deyil – cavansan.
  • Məhəbbət və doğruluq məğlub edilməz.
  • Mətləbi uzatmazlar.
  • Mətləbi darı üstə qoyur.
  • Mətahın atma bazara xiridar olmayan yerdə.
  • Məscidin hörməti: bir orucluqda, bir məhərrəmlikdə.
  • Məscid qapısıdır, nə sındırmaq olur, nə yandırmaq.
  • Məsləhətsiz görülən işdən xeyir olmaz.
  • Məsləhətli aş dadlı olar.
  • Məsləhətlərin xeyirlisi – ortası.
  • Məsləhətlə tikilən don gen olar.
  • Məsləhətlə atılan daş uzaq gedər.
  • Məsləhətə xəyanət olmaz.
  • Məsəldə münaqişə olmaz.
  • Məsəl güldür – söz çiçək.
  • Mərmər üstə gül-bitməz.
  • Mərmər – yaxşı daşdan, yaxşılıq iki başdan.
  • Mərifətsiz millət yaşamaz.
  • Mərifət manqura dəyməz, simu-zər dövranıdır.
  • Mərdimazardan özünü qoru.
  • Mərdimazarı axtarmaqla deyil, rast gəlməkdədir.
  • Mərdin töyləsi namərdin otağından yaxşıdır.
  • Mərdin süfrəsi açıq olar.
  • Mərdin paxılı deyilsən ki?
  • Mərdin gözü tox olar, namərdin gözü yox.
  • Mərdi qova-qova namərd eləməzlər.
  • Mərdə şirin ol, namərdə – acı.
  • Mərdə güllə dəyməz heç kürəyindən.
  • Mərdə gələn qadanı, namərdin sərinə yaz.
  • Mərddən bir çıxar, namərddən iki.
  • Mərd kişi çörəyini daşdan çıxardar.
  • Mərd arxadan vurmaz.
  • Mənlik olan yerdə sənlik şamı yanmaz.
  • Mənimlə qoz-qoz oynama.
  • Mənimki belə keçdi çərxi dönmüş fələkdən.
  • Mənim xoruzum – özgələrin damı.
  • Mənim üçün xan da bir, gülxan da bir.
  • Mənim üçün bağ da bir, dağ da bir.
  • Mənim gözüm var sənin dolu ilxında, sənin nəyin var mənim boş axurumda?
  • Mənim yaram ağrayır, sənin haran ağrayır?
  • Mənim ayağım biləni sənin başın bilməz.
  • Məni satan satıb, alan da alıb.
  • Məni sayanın quluyam, saymayanın – ağası.
  • Məni yeməyən qurda köpək demərəm.
  • Məni yeyirsə – qoy aslan yesin, pişik yeməsin.
  • Məni qəbirdə görəsən!
  • Məni aparan suya "Araz" deyərəm.
  • Məni anam damda doğub.
  • Mənə usta deyərlər, arvadıma ustazən.
  • Məndən sənə yar olmaz!
  • Mənə nə veribsən ala bilmirsən?
  • Mənə yaramaz iş tapşırır, adımı qoyur yarıtmaz.
  • Mənə bax nə haldayam, yara bax nə sallanır.
  • Mənə bax, mənim kimi olma.
  • Mənzili uzaq, eşşəyi çolaq.
  • Mənzilin yaxın, kiryəsi çox, bunda nə sirr var?
  • Mənzil kəsər bədöy at.
  • Məndən uzaq olsun, istər cəhənnəmə dirək olsun.
  • Məndən sənə öyüd, dənini özün üyüd.
  • Məndən böyüyü tabaq altındadır.
  • Mən şahla çilov yemirəm ki, bığım yağa batar.
  • Mən sözü dedim daza, daz özün qoydu naza.
  • Mən söz sərrafıyam.
  • Mən səni bəyənmədiyim bulama, sən mənim bığımı bulama!
  • Mən ölürəm çiçəkdən, ört üzümü milçəkdən, yad gələr yalan ağlar, anam ağlar gerçəkdən.
  • Mən ölü, sən diri.
  • Mən ölməyim, mən öləndən sonra, istərsə qiyamət olsun.
  • Mən ölərəm – kiçik qiyamət, arvadım ölsə – böyük qiyamət.
  • Mən öz adımı özgədən soruşuram.
  • Mən mənəm, aləmləri dindirmərəm!
  • Mən gətirrəm yığın-yığın, arvad paylar torba- torba.
  • Mən gəlmişəm qənddana qənd qoymağa gəlməmişəm ürəyimə qan qoymağa.
  • Mən elə keçəl deyirəm qartmağı yerə tökülə.
  • Mən dəliliklə verdim, sən ağıllı ol, qaytar.
  • Mən dəli, anam dəli, bir də dəli atam var.
  • Mən demirəm, sən deyirsən.
  • Mən demədim, sən eşitmədin.
  • Mən deyirəm xədiməm, o soruşur, oğul-uşaqdan nəyi var?
  • Mən dedim: "Zənbil", sən bil.
  • Mən dedim eşidəsən, demədim öyrənəsən.
  • Mən qurdam – alaram, mən çobanam – vermərəm.
  • Mən qaçıram bəladan, bəla çıxır qabaqdan.
  • Mən qaçıram molladan, molla çıxır qarşıdan.
  • Mən bu evin öküzüyəm, istər kotana qoşsunlar, istər cütə.
  • Mən baş vurum, sən ayaq, gəl onu ortalayaq.
  • Mən balamı istərəm, balam da öz balasını.
  • Mən aşığam bu daşa, bu torpağa, bu daşa, düşməni elə vur ki, kəlləsindən bud aşa.
  • Mən almıram, yan cibimə qoy.
  • Mələsə əti halaldır.
  • Məkruh yeyənə haram söz yaraşar.
  • Məkkə evin içidir.
  • Mədrəsənin qızları, çopur-çopur üzləri, nə molla var, nə keşiş, kəbin kəsər özləri.
  • Mədinə ilə Məsmə düşübdür bəhsə-bəhsə.
  • Məqsədsiz iş tutma.
  • Meşəyə girən ayıdan qorxmaz.
  • Meşədə ağacın düzünü seçərlər.
  • Meşə ayısız olmaz.
  • Meyxanaçıdan şahid istədilər, sərxoşu göstərdi.
  • Meyxanada yazılan məktub cəhənnəmdə oxunar.
  • Meymunun xarratlıqda nə işi var?
  • Meymunun boğazına su çıxanda, çıxar oturar balasının başında.
  • Meymunun balası əvvəlcə yeriyər, sonra iməklər.
  • Meymun olub düşüb ortaya.
  • Meyl vermə evliyə, evə gedər – unudar.
  • Meydana girən köpək kötəkdən qorxmaz.
  • Meydana girən kişi nər gərək.
  • Meydan bizim, söz sizin.
  • Meyvəsini yedin, bağbanına rəhmət oxu.
  • Meyvəsi yox, barı yox, xaraba qalsın belə bağ.
  • Meyvəli ağaca quş qonar.
  • Meyvə kimi saralıb, gül kimi solub.
  • Maşa var ikən əlini yandırma.
  • Martın özünə lənət, aprelin on beşinəcən.
  • Martın gözünə barmağım, yaza çıxdı oğlağım.
  • Mart çıxdı – dərd çıxdı, keçilər yaza çıxdı.
  • Manatı manat qazanır.
  • Mamaça çox olanda uşaq tərsə gələr.
  • Malını yeməyənin malını yeyərlər, ölüsünü də döyərlər.
  • Malını dişin var ikən ye.
  • Malını bəylər apardı, camalına nə oldu?
  • Malına düşdü talan, sən də bir yandan tala.
  • Malın ortaqlı olmasın.
  • Malın mal olunca bazarın bazar olsun.
  • Malın getməsinə yiyəsi səbəb olar.
  • Malın yiyəsi – uşağın atası.
  • Malın yiyəsi gərək, oğlu yox, atası gərək.
  • Malımız budur, yarısı sudur, alsan da budur, almasan da budur.
  • Malım getdi, pulum getdi, qonağım razı getmədi.
  • Malım zay olunca, qoy canım zay olsun.
  • Malı satandan al.
  • Malı malla ölçərlər, canı – canla.
  • Malı mal yanında tanıyarlar.
  • Malı qırov öldürər qışın adı bədnamdır.
  • Malı maldan, canı candan ayırmaq olmaz.
  • Mal canı qazanmaz, can malı qazanar.
  • Mal sahibi ölməyib ki.
  • Mal sahibindən qiymət götürər.
  • Mal mənimdir, məsləhət mənim.
  • Mal mənimdir, belə yeyirəm, əritmirəm, kərə yeyirəm.
  • Mal malı qazanar.
  • Mal yığınca ağıl yığ.
  • Mal yiyəsinə oxşamasa haramdır.
  • Mal itdi – iman itdi.
  • Mal insana, insan mala əmanətdir.
  • Mal gedər bir yerə, güman gedər min yerə.
  • Mal dediyin can yanğısıdır.
  • Mal qatlaşar, yiyəsi qatlaşmaz.
  • Mal bacından qorxmaz.
  • Mal başa bəladır.
  • Mal acıdı – can acısı.
  • Mal adamın düşmənidir.
  • Mayasız fətir olar.
  • Mayanı uduzub çuruna güvənir.
  • Mayabaş oldular.
  • Maya səndən, can məndən.
  • Maya doğar, nər doğmaz.
  • Mağarada qurd az idi, biri də gəmi ilə gəldi.
  • Mərd çörəyini daşdan çıxardar.
  • Mərd özündən bilər, namərd yoldaşından.
  • Mərd mərdi qanar, Bərkdə oduna yanar.
  • Mərd gördüyün deməz.
  • Mərdin gözü tox olar, namərdin gözü ac.
  • Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.
  • Mərd igidlər süfrə açar, ad alar.
  • Mərdi qova-qova namərd eləmə.
  • Mərd əli kasad olmaz.
  • Mərddən bir xəta, namərddən min.
  • Milçək bir şey deyil, könül bulandırır.
  • Miyançının kisəsi gen olar.
  • Meşə çaqqalsız olmaz.
  • Məkkəyə gedən dəvə hacı olmaz.
  • Mahnı saz ilə, qız nazilə.
  • Malın varlğı: könül saylığı, ağız yağlığı.
  • Məclisə görə da'vamız, quyuya görə dolçamız.
  • Məhəbbəti qorusan, onla ucalarsan, məhəbbətli qocalsan, qoca deyil –cavansan.
  • Minarənin başı göyə çatsada, dibi yerdədir.
  • Muğan muğan olar, bir qoyun bir quzu, muğan muğan olar, nə qoyun nə quzu.
  • Mollanın çörəyi ilə ilanın ayağı görünməz.
  • Meyvəsin yedə, ağacın sorma.
  • Min illik yollar belə, ilkin addımla başlamış.
  • Min işçiyə bir başçı.
  • Min qapıdan duz dadan, bir qapıda bənd olmaz.
  • Min ulduz var, bir ay.
  • Mərd mərdi qanar,
    Bərkdə oduna yanar.
  • Məscid tikilməmiş kor əsasın dayadı.
  • Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyanbangərd olar.
  • Məsləhətli don gen olar.
  • Min yeyənin olsun, bir deyənin olmasın.
  • Müharibədə hirs də cəsarət qədər yaxşıdır. (Uels atalar sözləri)
  • Müharibəni bilməyən sülhü də bilməz. (Yapon atalar sözləri)
  • Musiqi dəyişəndə rəqs də dəyişər. (Yapon atalar sözləri)
Get it on Google Play Available on the App Store
Top