• Ağac əyildi, sındı, igid əyildi, öldü.
  • Ağalıq verimlədir, igidlik vurumla.
  • Alıcı quş dimdiyindən bilinər.
  • Alnım açıq, üzüm ağ.
  • Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
  • Aslanın nə erkəyi, nə dişisi.
  • Asta vur, Rasta vur.
  • At ət ilə, igid don ilə.
  • At gücünü karvanda gör, mərd gücünü meydanda.
  • At ölər nalı qalar, İgid ölər namı qalar.
  • Aydan arıyam, sudan duru.
  • Beş günün yarağı, bir günün gərəyi.
  • Bir igid qırx ildə meydana gələr.
  • Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
  • Bir qorxaq bir ordunu bada verər.
  • Bostan əkənin yiyəsi mərd olar.
  • Dağlar başına qış, İgid başına iş.
  • Hayıf olsun, mərd igidlər qocalır.
  • İgid ağzını açmaz, əlini açar.
  • İgid arxasında igid gizlənər.
  • İgid igidə xor baxmaz.
  • İgid ilqarından, dəvə ovsarından.
  • İgid min yaşar, fürsət bir düşər.
  • İgid odur atdan düşə atlana, İgid odur hər yaraya qatlana.
  • İgid oğul düşmənə əyilməz.
  • İgid ölər adı qalar, müxənnətin nəyi qalar?
  • İgid ölər, adı qalar.
  • İgid qovqasız olmaz.
  • İgidin başı qalda gərək.
  • İgidin əli işdə gərək.
  • İgidin süfrəsi açıq olar.
  • İgidin ürəyi haça olar.
  • İgidin yaraşığı sınağdır.
  • İgidlik döyüşdə mə'lum olar.
  • İgidlik ondur: biri zordur, doqquzu fənd.
  • Kasıb cavan mərd olar.
  • Keçmə namərd körpüsündən qoy aparsın sel səni,
    Yatma tülkü daldasında qoy yesin aslan səni.
  • Mərd başa baxar, namərd – ayağa.
  • Mərd çörəyini daşdan çıxardar.
  • Mərd dostluq qanar, bərkdə dayanar.
  • Mərd əli kasad olmaz.
  • Mərd gördüyün deməz.
  • Mərd igid tək qalmaqdan qorxmaz.
  • Mərd igidə arxa dur.
  • Mərd igidlər süfrə açar, ad alar.
  • Mərd ilə gəzən mərd olar, namərd ilə gəzən biyaban-gərd!
  • Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.
  • Mərd ilə ülfət edən, axırda bir gün mərd olar,
    namərdlə ülfət edən, axır biyaban-gərd olar.
  • Mərd mərdi kəsər Murtuza-Əli hər ikisini.
  • Mərd mərdi qanar, Bərkdə oduna yanar.
  • Mərd özündən bilər, namərd yoldaşından.
  • Mərddən bir xəta, namərddən min.
  • Mərdəkan – mərd məkan deməkdir.
  • Mərdi qova-qova namərd eləmə.
  • Mərdin gözü tox olar, namərdin gözü ac.
  • Namərd gəlib mərd olmaz yüz ətəklə yüz yalvar.
  • Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala.
  • Namərddın keç, mərddə dur.
  • Namərdə tuş gələnin işi düyünə düşər.
  • Namərdə yaxa vermə, mərdə arxa ol.
  • Namərdi bir gördüm, bir də görsəm namərdəm.
  • Namərdin otağından, mərdin ağac kölgəsi.
  • Namərdin plovundan, mərdin qaşıq aşı.
  • Pis iş mərdə ar olar, Namərd gözü dar olar.
  • Qaçanı qovmazlar.
  • Qapan it dişin göstərməz.
  • Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.
  • Qoç döyüşünə qoç dözər.
  • Qoç igid qurddan çəkinməz.
  • Qoçdan qoç törər
  • Qorunan baş salamat olar.
  • Qorxan gözə çöp düşər.
  • Qorxan öküz cütə getməz.
  • Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.
  • Qorxaq hər şeyi dörd görər.
  • Qorxaq nə zərər eylər, nə mənfəət.
  • Qorxaq öz kölgəsindən də qorxar.
  • Qorxaq qaçar hay gəlməmiş, Çırmanar keçməyə çay gəlməmiş.
  • Qorxu adama yalan söylədər.
  • Qorxu başa bəladır.
  • Qorxursansa pişikdən, Niyə çıxırsan deşikdən.
  • Qurbansız bayram olmaz.
  • Qurddan qorxan qoyun saxlamaz.
  • Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.
  • Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.
  • Sərt olma, mərd ol.
  • Təkədə qoç hünəri olmaz.
  • Vur deyənlə, vuran yarıdır.
  • Vur qırxı, gedər qorxu.
  • Vura bilməyən, daşın böyüyünü götürər.
  • Vuran igid dayısına gəyişməz.
  • Vuraram ölər, kiş deyərəm getməz.
  • Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar.
  • Yanında igid olsun, kol dibi evin olsun.
  • Yaxşı at nalı gözlər, yaxşı igid dalı.
  • Yaxşılığa yaxşılıq hər kişinin işidir
    Yamanlığa yaxşılıq nər kişinin işidir.
  • Zəri də var, zoru da.
Get it on Google Play Available on the App Store
Top