• Ana səbri böyükdür.
  • Ananın səbri tükənməz olur.
  • Bəlaya səbir gərək.
  • Əsəbi vaxtı bir an səbirli olsan, yüz günlük peşmanlıqdan qurtararsan. (Çin atalar sözləri)
  • Kişidə səbir olmalıdır.
  • Səbir acıdır, meyvəsi şirin.
  • Səbir ağacı hər bağda göyərməz.
  • Səbir cənnət açarıdır.
  • Səbir edən muradına yetişər.
  • Səbir edən salamat olar.
  • Səbir eylə işinə, xeyir gələr başına.
  • Səbir eylərəm, səbir daşı, çatladı ürəyimin başı.
  • Səbir eyləyən çox yaşar.
  • Səbir eyləyən fərəc tapar.
  • Səbir ilə halva bişər ey qora səndən, bəsləsən atlas olar tut yarpağından.
  • Səbir kasam dolubdur.
  • Səbir təkamülün babasıdır.
  • Səbir və əmək hər şeyi silər. (Rus Atalar Sözləri)
  • Səbirin axırı xeyir olar.
  • Səbr (səbir) ilə halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından.
  • Tək gəldi səbir eylə, cüt gəldi xeyirdir.
  • Tək səbir yaxşıdır, cüt səbir xoşdur.
  • Tənbəllik çox zaman səbirlə qarışdırılır. (Fransız atalar sözləri)
  • Tora düşən səbir eyləməsə özünü fələkətə salar.
  • Zindana səbir eyləyən, axır taxta çıxar.
Get it on Google Play Available on the App Store
Top