• "Halva-halva" deməklə ağız şirin olmaz.
  • "Öz gözündə kərəni görmür, özgə gözündə tük axtarır".
  • "Ho" var, dağa qaldırar,
    "ho" var, dağdan endirər.
  • "gördüm" dedin tutuldun, "görmədim" dedin qurtuldun.
  • "Mən kimdən?" demə,
    "Məndən kim!" de.
  • "Uzunqulaq" eşşəyə deyərlər.
  • "Torpağa bax" deyiblər!
  • "Bilmirəm" baş ağrıtmaz.
  • "Pəncşənbənin" nöqtələrini düzürdüm.
  • "Öldürrəm" deyəndən qorxma, "ölləm"
  • "Özün bil"lə qal olmaz.
  • (Özgənin sarayından, öz daxmam yaxşıdır) Özgənin sözünü özgəyə deməyə nə var?
  • (Nağdı qoyub nisyənin dalınca düşmə) Nağıl dili yüyrək olar.
  • "Mən ölüm", "sən öləsən"lə iş getməz.
  • "Mən ölüm" deyəndə, axar sular dayanar.
  • "İstəmirəm" deyəndən qorx.
  • "Bunu eləmişəm" de.
  • "Bunu edəcəyəm" demə.
  • "Yaxşı oğlan" kənd yerində yaxşı adama deməzlər.
  • "Mən" demək şeytana yaraşar.
  • "Kiş" deyirsən getmir, "hoş" deyirsən dayanmır.
  • "Al ver" deyiblər, "al vermə" deməyiblər.
Get it on Google Play Available on the App Store
Top