• Romadasansa, Romalılar kimi davran. (İngilis atalar sözləri)
  • Rüşvətxorluqda böyük-kiçik, haram-halal olmaz.
  • Rüşvətxorun amalı da, imanı da puldur.
  • Rüşvət haramdır.
  • Rüşvət cəhənnəmin açarıdır.
  • Rüşvət qapıdan girəndə, iman bacadan çıxar.
  • Rüşvətxorun aqibəti yoxdur.
  • Ruzi ki, dedin, qazıya məlum.
  • Ruzimiz düşüb kor Məliyin əlinə.
  • Ruzi həllacbazarda gəzir.
  • Ruzi (yemək) olsun, ocaqda olsun.
  • Rişxəndlik ağlın zəifliyindən doğar.
  • Rişxənd etmə qonşuna gələr bir gün başına.
  • Rəncbərin ümidi əkinədir.
  • Rəndə görməyib.
  • Rəmmaldır, peyğəmbərlik iddiası eləyir.
  • Rahatlıq istəyən adam: - kar, kor, lal gərək.
  • Rahat oturana nə vali gələr, nə hakim.
  • Rahat durmayan, narahat olar.
  • Rast gəlməyən işə peşiman olma.
  • Rüşvət cəhənnəmi işıqlandırır.
  • Ruzinin gələn vaxtı köpəyi yuxu tutar.
  • Rəngimə bax, əhvalımı xəbər al!
  • Rüşvət qapıdan girərsə, iman bacadan çıxar.
  • Rəhmət düzənə, lənət pozana!
Get it on Google Play Available on the App Store
Top