• Ac qal, topal qal, kör qal, fəqət torpaqsız qalma.
  • Ağac dibindən su içər.
  • Ağac meyvəni dəyənə qədər böyüdər.
  • Ağac olan yerdə budaq sınar.
  • Ağac səmtinə yıxılar.
  • Ağac sınanda budaq nəyə gərəkdir?!
  • Ağacı içindən qurd yeyər.
  • Ana kimi yar olmaz, Vətən kimi diyar.
  • Anasından ayrı düşən quzunu qurd yeyər.
  • Asılsan da uca budaqdan asıl.
  • Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
  • Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
  • Dağ yeri - duman yeri, Yurd yeri - guman yeri.
  • Dam dirək üstə durar.
  • Doğma yurd şirin olar.
  • Dünyada Vətəndən əziz nə var?
  • El ağzı faldır.
  • El ağzını bağlamaq olmaz.
  • El arxası çəmən olar.
  • El atan daş dağdan aşar.
  • El atan daşa güc düşməz.
  • El bir olsa zərbi kərən sındırar.
  • El çalan zurnanın səsi uzağa gedər.
  • El dəlisini çölə atmaz.
  • El elə sığışar, ev evə sığışmaz.
  • El elin aynasıdır.
  • El gözündən düşən boy atmaz.
  • El gözündən düşən gözsüz qalar.
  • El gücü, sel gücü.
  • El gücü, yel gücü, sel gücü.
  • El harda, sən də orda.
  • El keçən körpüdən qorxma, sən də keç.
  • El köçdü, oba qaldı.
  • El oğrusuz, çöl qurdsuz olmaz.
  • El öz dəlisini tanıyar.
  • El qapısı – həkim qapısı.
  • El qapısı gec açılar, güc açılar.
  • El qapısı həm gec, həm güc açılar.
  • El sevəni el sevər
  • El tikəni yel yıxa bilməz.
  • El tutanı ər tutar, Ər atanı el atar.
  • Elə arxalanan igidin, arxası yerə dəyməz.
  • Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz.
  • Elimə qalsın, günümə qalmasın.
  • Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.
  • Elin gözü sərraf olar.
  • Elin gücü bir olsa, düşməni dara çəkər.
  • Elin oğlu yumurtaya qulp taxar.
  • Ellərə gülən canım - indi olub el gülüncü.
  • Elsiz dağ viranədir.
  • Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.
  • Həkim qapısı – el qapısı.
  • Hər ağac öz dibinə kölgə salar.
  • Hər kəsə öz Vətəni əzizdir.
  • Hər kəsi el istəsə, bülənd olar, ucalar.
  • Hər quşa öz yuvası doğmadır.
  • Köçən yurdun qədrini, düşən yurdda bilərlər.
  • Lələ köçüb, yurdu qalıb.
  • Lələ var, yurdu yox.
  • Nə qədər uzaq olsa, yol yaxşıdır,
    Nə qədər yaman olsa, el yaxşıdır.
  • Oba bizə, biz obaya hayanıq.
  • Oba köçüb, yurdu qalıb.
  • Ölər Koroğlu getməz bu yurddan.
  • Qadın vardır igid doğurur,
    Oymağı dövlət edər,
    Qadın vardır it doğurur,
    Məmləkətə dərd edər. (Türk atalar sözü)
  • Qoçun buynuzu qoça ağırliq eləməz.
  • Qürbət görməyən adam vətən qədri bilməz.
  • Qürbətdə xan olunca, Vətənində dilən, gəz.
  • Sular hərəkətlidir, Torpaq bərəkətlidir.
  • Uçan damın böyüklüyü binövrəsindən bilinər.
  • Vətən daşı olmayandan, olmaz vətəndaşı.
  • Vətən elin evi, dayağıdır.
  • Vətən elin evidi.
  • Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
  • Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.
  • Vətənə gəldim, imana gəldim.
  • Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
  • Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
  • Vətənin tüstüsüdə şirindi.
  • Yer, oturan adamla şərəflənər.
  • Yerlərdir haman yerlər, Görünməz oldu illər.
  • Yersiz - el yetim,
    Elsiz - yer yetim.
  • Yersiz gəldi, yerli qaç.
  • Yurddan çıxsan da, eldən çıxma.
Get it on Google Play Available on the App Store
Top