Sizin reklam burada

050 285 43 33

  • Canavar dumanlı havanı sevər. (Fransız atalar sözləri)
  • Cavanlıqda pul qazan, qocalıqda – qur qazan.
  • Cin bismillahdan qorxar.
  • Cəhənnəmə gedən özünə yoldaş axtarar.
  • Culfa toxur nazik bezi, heç kim onu geydiyi yox.
  • Cücə səbət altında qalmaz.
  • Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı.
  • Cütçü yağış istər, yolçu – quraqlıq.
  • Cütçü babadır özü üçün.
  • Cütə getməyən öküzü ətlik adına satarlar.
  • Cümə gedən öküz gözündən tanınar.
  • Cümə şənbədən uzundur.
  • Cümə günü – bazar, onu da yağış pozar.
  • Cöngə öküz olunca yiyəsi donuza dönər.
  • Coratın qovunu, Zirənin qarpızı.
  • Comərd deməklə – maldan etdilər, igid deməklə – candan etdilər.
  • Comərd vergisini xeyirlidən-xeyirsizdən əsirgəməz.
  • Cındırından cin qorxur.
  • Cığala tanrı verməz, versə də qarnı doymaz.
  • Cicinin axır yorğanı.
  • Cismin qidası – yemək, ruhun qidası – oxumaq.
  • Cins cinsə çəkər.
  • Cins madyan balasın döşündə saxlar.
  • Cinə papaq tikir, şeytana – başmaq.
  • Cin-şeytan işidir.
  • Cin atına minərəm, atanı yandıraram.
  • Cikini də bilir, bikini də.
  • Ciki mənim – biki mənim, alçı dursa – sənin bəxtinə.
  • Ciyərə qane olmayan pişik, asılarsan qənarədən.
  • Cidanı çuvalda gizlətmək olmaz.
  • Cidanı oğurlayan yerini bilər.
  • Cida ilə qulağa pambıq yeritmək olmaz.
  • Cibində siçan oynayır.
  • Cəhənnəmə girsə, üzü qızarmaz.
  • Cəhənnəmə gedən gələr, müştərinin gedəni gəlməz.
  • Cəhənnəmdən qəbzsiz gəlib.
  • Cəhənnəmdə də adamın dayısı gərək.
  • Cəhalət səfalət doğurar.
  • Cəfasını mən çəkdim, səfasını yad gördü.
  • Cərgədən çıxan qotur olar).
  • Cərgədən qalan keçəl olar.
  • Cənnətin yaylağı, cəhənnəmin qışlağı.
  • Cənnət də bu dünyadadır, cəhənnəm də.
  • Cəzasız cürm sahibi çox olar.
  • Ceyranın qaçmasın gördüm, ətindən əl üzdüm.
  • Ceviz qabığı qarın doydurmaz.
  • Cahilin sözü – eşşəyin anqırtısı.
  • Cahili cahillər mədh eylər.
  • Cahilə söz qandırmaq, dəvəyə xəndək atdırmaq kimidir.
  • Cahildən qorx, dəlidən qorxma.
  • Cahildə söz əylənməz.
  • Canını cibində gəzdirir.
  • Canın sağ olsun!
  • Canın boğazındadırsa, öskür çıxsın.
  • Canımı da alsan, gülə-gülə al.
  • Canımdan tikan çıxartdı.
  • Canım qurban yaxşı qonaq, gəl ocağa bir də qonaq.
  • Canı canın yolunda deyən çox olur, qoyan – az.
  • Canı sapdan asılıb.
  • Canı olanın, qayğısı da olar.
  • Canı nədir, cəsədi nə olsun?
  • Canı yanan ya bir olar, ya iki.
  • Canı yanan eşşək atdan yeyin gedər.
  • Candır, badımcan deyil.
  • Candan kabab olmaz.
  • Candan qonşu payı olmaz.
  • Canbaz ipdə gəzər, balıq – suda.
  • Canandan ayrılan candan ayrılar.
  • Cananı sevən canından keçər.
  • Canavarlar ağız – ağıza yatarlar.
  • Canavar tək qalanda başına çaqqallar yığışar.
  • Can candan ayrıdır.
  • Can sənin, cəhənnəm tanrının.
  • Can sağlığı – dünya varlığı.
  • Can mənim canım, çıxsın sənin canın.
  • Can gedincə mal getsin.
  • Can deməklə can əskilməz.
  • Can deyən çox olar, can verən olmaz.
  • Can de, can eşit.
  • Can verirsən qardaşa ver, min il keçsə yad olmaz.
  • Can verirsən boz sərçəyə ver, qaranquş gəldi gedərdir.
  • Can bir qəlbdir yaşayır.
  • Can baladan şirindir.
  • Can bazarda satılmaz.
  • Can alan baxışından bəlli olar.
  • Camış hənəyi göz çıxardar.
  • Camal gedər, kamal qalar.
  • Camadarı müştəridən çox.
  • Cahilliyi uzadan ya tula quyruğu xınalar, ya camadar olar.
  • Cəvahirin qiymətini sərraf bilər, nə bilər hər divanə.
  • Cəvahirin qiyməti var, sözün qiyməti yoxdur.
  • Cəvahir cında içində olar.
  • Cəvahir bazarında muncuq satılmaz.
  • Cavanlığın qədrini bilmək gərək.
  • Cavanlıqda həlimlik, qocalıqda səlimlik.
  • Cavanlıqda zəhmət çəkən, qocaldıqda möhnət çəkməz.
  • Cavanlıqda qocalığa güc saxla, pullu gündə
  • Cavanlıq soltanlıqdır, bacarsan saxla.
  • Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır.
  • Cavanlıq əlamətidir.
  • Cavanlıq bir dəfə olar, qocalıq da bir dəfə.
  • Cavan işlər, qoca dişlər.
  • Cavan baş bir çanax qandır.
  • Cabirin keçisindən keçdi.
  • Cücəni payızda sayarlar.
  • Canavarın nə qocası, nə cavanı.
  • Canavardan qorxan meşəyə girməz.
  • Cəfa çəkməyən səfa görməz.
  • Cəhrə əyirsən don yiyəsi olarsan (geyərsən).
  • Comərd igid heç qaçarmı meydandan;
    Qılınc çəkib hayıf alar düşməndən.
  • Canım - canım dedilər, varım-yoxum yedilər.
  • Cib parasız ev dincsiz olmasın.
  • Canlı təbrizim, dumanlı dənizim.
  • Cahil ilə bal yemə, aqil ilə daş daşı.
  • Cahil ilə çıxma yola, gətirər başına min bir bəla.
  • Cahil özünə düşməndir, başqasına necə dost ola bilər?
  • Cahilə qoşulan cahil olar.
  • Cahil axırda tula quyruğu xınalar.
  • Cahil dirilərin ölüsüdür.
  • Cahil özü ilə düşməndir, başqası ilə necə dost olar.
  • Cahildə söz əylənməz, günbəzdə qoz.
  • Cavanlıqda öyrənilən - daş yazısı, qocalıqda öyrənilən - qum yazısı. (Özbək atalar sözləri)
Get it on Google Play Available on the App Store
Top