Tapılan ümumi test sayı : 162

Aşağıdakı şəkilçilərdən hansı feli bağlama şəkilçisidir?
A) 1.-ıb
B) 3.-sa
C) 2.-acaq
D) 4.feli bağlamanın şəkilçisi yoxdur.
Fəal danışıq üzvləri hansılardır?
A) Dil, dodaqlar, səs telləri
B) Dodaqlar, qırtlaq, dişlər, ağız boşluğu
C) Dil, dodaqlar, nəfəs borusu
D) Dil, ağ ciyərlər, ağız boşluğu
E) Səs telləri, dişlər, dil
Rəsmi üslubun ən sərbəst forması hansıdır?
A) Sərəncamlar
B) Əmrlər
C) Qanunlar
D) Bəyanatlar
E) Məktublar
Burun samitləri hansılardır?
A) [m], [[l]
B) [l], [r]
C) [n], [r]
D) [m], [n]
E) [n], [l]
Hansı mürəkkəb adın yazılışı səhvdir?
A) Azərbaycan Respublikasının milli qəhrəmanı
B) Azərbaycan Respublikasının Milli Məclisinin Sədri
C) Balçılı Təhsil Mərkəzi
D) Bakı Şəhər İcra Hakimiyyəti
E) Orxan-Yenisey kitabələri
Uçuq, sökük sözləri bunlardan hansına aiddir?
A) sifət
B) zərf
C) fel
D) qoşma
E) isim
Qrammatik şəkilçilər necə şəkilçilərdir?
A) ərəb mənşəli
B) Avropa mənşəli
C) milli
D) fars mənşəli
Ismin hal şəkilçiləri hansı sintaktik əlaqə növünün göstəriciləridir?
A) idarə
B) uzlaşma
C) yanaşma, uzlaşma
D) yanaşma
Sözün mənasını dəyişən səsə nə deyilir?
A) inversiya
B) fonem
C) orfoqram
D) omoqraf
E) hərf
Sifətin biri feldən düzəldilmişdir.
A) əzabkeş
B) əzgin
C) sabahkı
D) dadlı
E) kefcil
Inversiya nəyə  deyilirir?
A) sadə omonimlərə
B) mürəkkəb omonimlərə
C) feli birləşmələrə
D) cümlə üzvlərinin yerini dəyişməsinə
E) ismi birləşmələrə
Hansı söz sətirdən-sətrə keçə bilməz?
A) dialoq
B) təcili
C) ürək
D) iyirmi
E) dostluq
Alınma söz hansıdır?
A) səksən
B) həştad
C) bir
D) iraq
E) oxuyuram
Sıraların birində bütün sözlərdə səslərin sayı hərflərin sayına bərabərdir.
A) qəyyum, sifariş
B) dostluq, lövhə
C) doqquz, sərbəstlik
D) ailə, xoşbəxtlik
E) neftçi, bünövrə
Müəllimlik necə isimdir?
A) cəm
B) toplu
C) xüsusi
D) mücərrəd
E) konkret
Bağışlanılmışdır sözündə vurğu hansı hecaya düşmüşdür?
A) 5-ci
B) 2-ci
C) 4-cü
D) 3-cü
E) 1-ci
İxtisarlara əlavə edilmiş şəkilçilərdən hansı səhvdir?
A) BDU-ni
B) MDB-ni
C) AMEA-dan
D) ATS-in
E) BMT-də
Hansı söz hallanarkən "q" samiti "ğ" samitinə keçmir?
A) üfüq
B) qarmaq
C) qayıq
D) idrak
“1000” quruluşuna görə ........ saydır.
A) düzəltmə
B) tərkibi
C) sadə
D) mürəkkəb
Hansı söz düzgün yazılmamışdır?
A) boğça
B) ustad
C) səhv
D) qəşəng
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top