Tapılan ümumi test sayı : 162

Xitab haqqında verilmiş fikirlərdən biri səhvdir:
A) Təyinlə işlənib-işlənməməsi baxımından geniş və müxtəsər olur.
B) Xitablar cümlə üzvləri ilə məna cəhətdən əlaqədə olsa da, qrammatik cəhətdən əlaqədə deyil.
C) Cümlədə müraciət olunan şəxsi və ya əşyanı bildirir.
D) Cümlənin əvvəlində, ortasında və ya sonunda işlənməsindən asılı olmayaraq özündən sonra həmişə vergül qoyulur.
E) Söz birləşmələri ilə ifadə olunan xitablar quruluşca mürəkkəb sayılır.
“Güclüsünüz” sözünün fonetik təhlilindəki doğru fikirləri göstərin.
1. [güjdüsüz] şəklində tələffüz olunur.
2. Sözdə incə, dodaqlanan, qapalı 4 sait səsişlənmişdir.
3. Vurğusu ikinci hecadadır.
4. Sözün hecaları güc-lü-süz şəklindədir.
5. Ahəng qanunu pozulmamışdır.
6. Kar qarşılığı olmayan bir cingiltili samit işlənmişdir.
A) 1,3,5
B) 1,3,4
C) 2,4,5
D) 2,4,6
E) 2,3,6
Sözlərdən birinin yazılışında səhvə yol verilmişdir:
A) aparat
B) akasiya
C) antena
D) ala-toranlıq
E) aqrar-sənaye
Cümlələrdən birində ismi xəbər işlənmişdir.
A) Hər bir insanın arzusu çoxdur.
B) O, yolu asta -asta gedirdi.
C) Sənə doğru gəlmədi.
D) Mən oxumağı xoşlayıram.
E) Sən gözlə, mən gələcəyəm.
Leksikologiyada öyrənilmir?
A) məcazi məna
B) ahəng qanunu
C) çoxmənalı sözlər
D) həqiqi məna
E) omonimlər
Felin quruluşca növləri haqqında fikirlərdən biri səhvdir:
A) Düzəltmə fellər, əsasən, isimdən və sifətdən düzəlir
B) Azərbaycan dilində hərəkət bildirən mürəkkəb söz yoxdur
C) Sadə fellər bir kökdən ibarət olur
D) Sadə fellərə hər cür söz dəyişdirici şəkilçi əlavə edib onları müxtəlif qrammatik formalara salmaq olmur
Biri çoxmənalı sözdür.
A) otaq
B) müəllim
C) lövhə
D) tabaşir
E) silgi
Sözlərdən biri omonim kimi işlənə bilər.
A) qalaq
B) bilək
C) dalaq
D) qalıq
E) buruq
Hansı sözdə uzun saitlə vurğu eyni hecadadır?
1.sonra
2.alim
3.mömin
4.bəzi
5.musiqi
A) 2,5
B) 3,4
C) 1,4
D) 2,3,4
E) 1,2,4
Hansı söz alınma deyil?
A) rütbə
B) bayaq
C) qənimət
D) müjdə
E) tibb
”qüssəli” sözünün leksik təhlilindəki səhvi göstərin.
A) Sinonimi qəmli, kədərli sözlərdir.
B) Ümumişlək sözdür.
C) Antonimi yoxdur.
D) Omonim söz deyil.
E) Sözün kökü alınmadır.
Biri köhnəlmiş sözdür.
A) yazı
B) məhrəba
C) lapdan
D) becid
E) eyzən
Məntiqi ardıcıllığı tamamlayın.
yetərsay, əyləc, nəfəslik ...
A) Kəndxuda
B) cangüdən
C) girvənkə
D) televizor
E) etimologiya
“üz” sözünün leksik təhlilindəki səhvi tapın.
A) Omonim kimi işlənə bilir
B) Milli mənşəli sözdür
C) Ümumişlək sözdür
D) Təkmənalı sözdür
E) Sinonimi var
Sözlərdən biri əsl Azərbaycan mənşəli termindir.
A) müxəmməs
B) Fel
C) mübaliğə
D) qoşma
E) təcnis
“bax ? dı”. Burada sual işarəsinin yerinə hansı şəkilçini yazsaq, düzəltmə söz alınar?
A) –ıl
B) –mış
C) –acaq
D) –malı
E) –ar
Sözlərdən birinin tərkibində üç leksik şəkilçi var.
A) bağlatdırmalıyıq
B) dinləməmişik
C) normallaşır
D) ağartı
E) qanunsuzluqdan
Biri sadə sözdür?
A) saatsaz
B) laməkan
C) əzabkeş
D) çatla
E) ilahi
Səsdüşümü hadisəsi baxımından ardıcıllığı tamamlayın.
tövbə səhvsiz, xoşbəxtlik ...
A) avtobus
B) ailə
C) müştəri
D) lənət
E) dostluq
Hansı frazeoloji birləşmənin mənası səhv verilmişdir.
A) dilini saxlamaq – susmaq
B) burnunun ucunda danışmaq- mızıldanmaq
C) gözdə-qulaqda olmaq - ayıq olmaq
D) göz ağartmaq - acıqlanmaq
E) gözü kəlləsinə çıxmaq - qorxmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top