Tapılan ümumi test sayı : 129

Biri fasilitasiya qaydalarına aid deyil:
A) Fəaliyyətin stimullaşdırılması
B) Məlumatla təminetmə
C) Motivasiyanın düzgün qurulması
D) Psixoloji dəstək
E) Təşkilati dəstək
Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə
B) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək məqsədi ilə
C) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
D) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə.
E) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
Məktəbdaxili qiymətləndirmənin növləri:
A) Yarımillik, illik, summativ
B) Diaqnostik, formativ, illik
C) Diaqnostik, formativ, summativ
D) Yarımillik, illik, diaqnostik
E) Formativ, şifahi, praktik
Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
A) Təhsil səviyyələrini başa vurarkən.
B) Hər ayın əvvəlində.
C) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
D) Bölmə və bəhslərin, yarımilin sonunda.
E) Tədris ilinin sonunda.
Refleksiya mərhələsi nəyə xidmət edir?
A) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
B) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
C) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
D) Əldə olunmuş biliklərin müzakirəsinə
E) Tədqiqatın nəticələrini müzakirə etməyə
Təqdim edilmiş qaydalardan biri iş vərəqlərinə verilən tələblərə uyğun deyil:
A) Coxlu tapşırıqlar əks olunmalıdır.
B) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır.
C) Cəlbedici məzmunu və tərtibatı olmalıdır.
D) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır.
E) Dərsin məqsədinə uyğun olmalıdır.
Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyəti deyil:
A) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
B) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi
C) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi.
D) Təfəkkürə əsaslanması.
E) Dialoji təlimə üstünlük verilməsi.
Problem situasiyanın yaradılması zamanı buraxılan səhvi göstərin:
A) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
B) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
C) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır.
D) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir
E) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur.
Perspektiv planlaşdırmaya aiddir:
A) Tapşırıqları dərsin təlim nəticələri ilə uyğunlaşdırmaq.
B) Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
C) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrini müəyyənləşdirmək.
D) İş vərəqləri hazırlamaq.
E) Dərsin icmalını hazırlamaq.
Pedaqoji texnologiya:
A) Düzgün cavab yoxdur.
B) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
C) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu.
D) Bütün cavablar doğrudur.
E) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı
Müəllimin vəzifələrinə aid deyil:
A) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək
B) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq.
C) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək.
D) Dərslik və dərs vəsaitləri hazırlamaq.
E) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
Bilik kateqoriyasına aid olanı seçin.
A) Ünsiyyət
B) Emosional-affektiv
C) Deklarativ
D) Psixomotor
E) İdraki
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aiddir:
A) Müəllimyönümlüdür.
B) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.
C) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir
D) Təklifyönümlüdür.
E) Bilikyönümlüdür.
“Şəxsiyyətyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi.
B) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
C) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.
D) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması
E) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi.
Fənn kurikulumuna aid deyil:
A) Məzmun xətləri
B) Məzmun standartlarına verilən şərhlər
C) Ümumi təhsilin məzmunu
D) Fənn üzrə ümumi təlim nəticələri
E) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
İnteqrasiyanın neçə səviyyəsi var?
A) 5
B) 3
C) 4
D) 2
Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.
A) Şagirdlərin əməkdaşlıq bacarığının müəyyənləşdirilməsi.
B) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.
C) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi.
D) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi.
Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil.
A) Kəmiyyət
B) Məzmun
C) Vaxt
D) Keyfiyyət
Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
A) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.
B) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir
C) Siniflər üzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
D) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
B) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
C) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
D) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top