Tapılan ümumi test sayı : 129

Biri fasilitasiya qaydalarına aid deyil:
A) Təşkilati dəstək
B) Fəaliyyətin stimullaşdırılması
C) Psixoloji dəstək
D) Motivasiyanın düzgün qurulması
E) Məlumatla təminetmə
Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
B) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə
C) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək məqsədi ilə
D) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə.
E) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
Məktəbdaxili qiymətləndirmənin növləri:
A) Diaqnostik, formativ, summativ
B) Diaqnostik, formativ, illik
C) Yarımillik, illik, diaqnostik
D) Formativ, şifahi, praktik
E) Yarımillik, illik, summativ
Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
A) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
B) Bölmə və bəhslərin, yarımilin sonunda.
C) Tədris ilinin sonunda.
D) Təhsil səviyyələrini başa vurarkən.
E) Hər ayın əvvəlində.
Refleksiya mərhələsi nəyə xidmət edir?
A) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
B) Tədqiqatın nəticələrini müzakirə etməyə
C) Əldə olunmuş biliklərin müzakirəsinə
D) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
E) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
Təqdim edilmiş qaydalardan biri iş vərəqlərinə verilən tələblərə uyğun deyil:
A) Dərsin məqsədinə uyğun olmalıdır.
B) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır.
C) Cəlbedici məzmunu və tərtibatı olmalıdır.
D) Coxlu tapşırıqlar əks olunmalıdır.
E) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır.
Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyəti deyil:
A) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
B) Dialoji təlimə üstünlük verilməsi.
C) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi.
D) Təfəkkürə əsaslanması.
E) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi
Problem situasiyanın yaradılması zamanı buraxılan səhvi göstərin:
A) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
B) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir
C) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
D) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır.
E) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur.
Perspektiv planlaşdırmaya aiddir:
A) İş vərəqləri hazırlamaq.
B) Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
C) Dərsin icmalını hazırlamaq.
D) Tapşırıqları dərsin təlim nəticələri ilə uyğunlaşdırmaq.
E) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrini müəyyənləşdirmək.
Pedaqoji texnologiya:
A) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu.
B) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
C) Düzgün cavab yoxdur.
D) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı
E) Bütün cavablar doğrudur.
Müəllimin vəzifələrinə aid deyil:
A) Dərslik və dərs vəsaitləri hazırlamaq.
B) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək.
C) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
D) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq.
E) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək
Bilik kateqoriyasına aid olanı seçin.
A) Emosional-affektiv
B) İdraki
C) Deklarativ
D) Ünsiyyət
E) Psixomotor
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aiddir:
A) Təklifyönümlüdür.
B) Bilikyönümlüdür.
C) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.
D) Müəllimyönümlüdür.
E) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir
“Şəxsiyyətyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi.
B) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması
C) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
E) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi.
Fənn kurikulumuna aid deyil:
A) Məzmun xətləri
B) Fənn üzrə ümumi təlim nəticələri
C) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
D) Məzmun standartlarına verilən şərhlər
E) Ümumi təhsilin məzmunu
İnteqrasiyanın neçə səviyyəsi var?
A) 3
B) 4
C) 2
D) 5
Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.
A) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.
B) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi.
C) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi.
D) Şagirdlərin əməkdaşlıq bacarığının müəyyənləşdirilməsi.
Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil.
A) Məzmun
B) Keyfiyyət
C) Kəmiyyət
D) Vaxt
Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
A) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir
B) Siniflər üzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
C) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.
D) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
B) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
C) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
D) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top