Tapılan ümumi test sayı : 129

“Tələbyönümlülük” deyəndə kurikulumda nə nəzərdə tutulur?
A) Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi.
B) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə xidmət etməsi.
C) Təhsilin məzmun komponentlərinin bir-biri ilə əlaqələndirilməsi.
D) Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan tələblər.
E) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
“Portfolio” nədir?
A) Şagirdin yazı işləri
B) Şagirdin davranışı barədə məlumatlar
C) Şagirdin sağlamlıq göstəriciləri
D) Müəllimlərin şagird haqqında rəyləri
E) Şagirdin təlim nailiyyətləri və inkişaf göstəricilərindən, pedaqoji heyətin rəy və tövsiyələrindən ibarət sənədlər toplusu
Formativ qiymətləndirmə nə vaxt aparılır?
A) Hər yarımilliyin sonunda
B) Yalnız tədris ilinin sonunda
C) Təlim prosesinin əvvəlində.
D) Kiçik summativ qiymətləndirmədən əvvəl.
E) Dərs ilinin əvvəlindən başlayaraq gündəlik olaraq
“Venn diaqramı”dan nə məqsədlə istifadə olunur?
A) Şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək üçün
B) Əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyən etmək üçün
C) Şagirdlərdə əməkdaşlıq bacarıqlarının formalaşdırılması üçün
D) Çətin vəziyyətlərdə problemin bir neçə həlli yolunu tapmaq üçün
E) Məntiqi təfəkkürü inkişaf etdirmək, səhvləri müəyyən etmək üçün
Biri fəal (interaktiv) təlimin mərhələsidir:
A) Veb-resurslardan istifadə
B) Şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması.
C) Məlumat mübadiləsi
D) İş vərəqlərinin hazırlanması
E) Qrup işinin təşkili
Fasilitasiya nəyə əsaslanır? Biri səhvdir:
A) Müəllim və şagirdlərin birgə əməkdaşlığı.
B) Şagirdlərdə öyrənmə motivasiyasının yaradılması
C) Qapalı suallardan daha çox açıq suallara üstünlük verilir
D) Şagirdlərə problemi həll etmək üçün kömək göstərilir və bəzi məqamlarda tapşırıq onların əvəzinə yerinə yetirilir
E) Müəllim və şagirdlərin qarşılıqlı hörmət və etibarı.
Perspektiv planlaşdırmaya hansı daxil deyil?
A) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuları müəyyənləşdirmək.
B) Resurslar seçmək.
C) Qiymətləndirmə növlərini müəyyənləşdirmək.
D) İnteqrasiya imkanlarını müəyyən etmək.
E) Motivasiya yaratmaq.
Bir alt-standartı reallaşdırmaq üçün neçə təlim nəticəsi müəyyənləşdirmək olar?
A) Standartın reallaşmasına xidmət edəcək qədər
B) Standart tələb etsə də, yalnız iki- üç
C) Ən çoxu iki
D) Alt-standart əsasında təlim nəticəsi çıxarılmamalıdır
E) Yalnız bir
Aşağıdakı fikirlərdən hansı doğrudur?
1. Məzmun standartları dərsin məqsədlərinin ifadə formalarından biridir.
2. Fənn kurikulumlarında fənnin məzmunu standartlar şəklində ifadə olunur.
3. Sinifdən sinfə keçdikcə alt – standartlar dəyişir.
4. Hər sinif üzrə məzmun xətləri dəyişmir.
A) 2,4
B) 1, 2
C) 2,3
D) 1,3
E) 3, 4
“Şagirdyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanın mənafeyinə, maraq və təlabatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.
B) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
C) Тəhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsidir.
D) Təlim nailiyyətlərinin nəticələr formasında müəyyən edilməsidir
E) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
Hansı cərgədə müasir qiymətləndirməyə aid olmayan xüsusiyyət verilmişdir?
A) Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir.
B) Keyfiyyət göstəricisini nəzərə alır
C) Qiymətləndirmə standartlarına əsaslanır.
D) Dərsin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
E) Şəxsiyyətin inkişafına yönəlmişdir
Sadalananlardan biri qrup işi zamanı buraxılan səhvdir:
A) Müəllim tərəfindən qruplarda vəzifələri bölmək, lideri təyin etmək.
B) Qrup üzvlərinin suallarına cavab vermək.
C) İşin yerinə yetirilməsi üçün dəqiq vaxt müəyyən etmək
D) Qrupların işini müəyyən etmək və ona nəzarət etmək
E) Qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinə çatdırmaq.
Aşağıdakılardan biri fasilitasiya qaydalarını pozur:
A) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarıqları formalaşdırır.
B) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinə şərait yaradılmır
C) Şagirdlərdə öyrənməyə stimul və motivasiya yaradılmasına xidmət edir
D) Şagirdlərin əvəzinə fikirləri izah etməyə icazə verilmir.
E) Müəllim və şagirdlərin birgə əməkdaşlığına əsaslanır
Pedaqoji diaqnostika:
A) Təlimin mahiyyətinin dərk edilməsi vasitəsidir.
B) Pedaqoji prosesin fasiləsizliyidir.
C) Konkret bir şagirdlə bağlı qərar qəbul edilməsidir.
D) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür.
E) Pedaqoji prosesin idarə edilməsidir.
Müəllimin hüquqlarına aid deyil:
A) Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək.
B) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək.
C) İxtisasını artırmaq və təkmilləşdirmək
D) Pedaqoji şuraya rəhbərlik etmək.
E) Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək.
Təhsil standartı nədir?
A) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir.
B) Təhsilalanların bilik və bacarıqları məcmusudur.
C) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarı
D) Təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
E) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur.
Məzmun xətti nədir?
A) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
B) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
C) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
D) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
E) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aid deyil:
A) Təklifyönümlüdür.
B) Şagirdyönümlüdür
C) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib
D) Tələbyönümlüdür.
E) Fəndaxili və fənlərarası əlaqə əsas prinsip kimi qəbul olunub.
“Tələbyönümlülük” deyəndə kurikulumda nə nəzərdə tutulur?
A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
B) Təhsilin məzmun komponentlərinin bir-biri ilə əlaqələndirilməsi.
C) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə xidmət etməsi
D) Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi.
E) Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan tələblər.
Hansı cərgədə müasir qiymətləndirməyə aid olmayan xüsusiyyət verilmişdir?
A) Keyfiyyət göstəricisini nəzərə alır.
B) Dərsin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
C) Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir.
D) Şəxsiyyətin inkişafına yönəlmişdir.
E) Qiymətləndirmə standartlarına əsaslanır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top