Tapılan ümumi test sayı : 129

Hansı cərgədə sadalananların hamısı üsul deyil?
A) Auksion, BİBÖ
B) Əqli hücum, cütlərlə iş
C) Kiçık qrupda müzakirə, BİBÖ
D) Şaxələndirmə, Venn diaqramı
E) Akvarium, səhnələşdirmə
Sadalananlardan biri qrup işi zamanı buraxılan səhvdir:
A) İşin yerinə yetirilməsi üçün dəqiq vaxt müəyyənetmək
B) Müəllim tərəfindən qruplarda vəzifələri bölmək,lideri təyin etmək.
C) Qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinəçatdırmaq.
D) Qrup üzvlərinin suallarına cavab vermək.
E) Qrupların işini müəyyən etmək və ona nəzarətetmək
Fəal (interaktiv) təlimin əsas xüsusiyyətlərini göstərin: 1. Təlimin “subyekt-subyekt” xarakteri daşıması. 2. Müəllim əsas bilik mənbəyidir. 3. Dərsin tədqiqat şəklində keçirilməsi. 4. Tapşırıqların təfəkkürün inkişafına yönəlməsi. 5. Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə.
A) 2, 4, 5
B) 2, 3, 4
C) 1, 2, 5
D) 1, 3, 5
E) 1, 3, 4
Aşağıdakılardan biri fasilitasiya qaydalarını pozur:
A) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinəşərait yaradılmır
B) Müəllim və şagirdlərin birgə əməkdaşlığınaəsaslanır
C) Şagirdlərdə öyrənməyə stimul və motivasiyayaradılmasına xidmət edir
D) Şagirdlərin əvəzinə fikirləri izah etməyə icazəverilmir.
E) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq vətəşkil etmək bacarıqları formalaşdırır.
Təlim strategiyalarına aid deyil:
A) Həftəlik dərs saatlarının miqdarı
B) Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərintəsviri
C) Forma və üsulların təkmilləşdirilməsi barədətövsiyələr
D) Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasınadair nümunələr
E) Təlimin təşkilinə verilən tələblər
Cari planlaşdırmada müəllimin buraxdığı səhvlər hansılardır? 1. Keçiləcək mövzunun müəyyənləşdirilməsinə üstünlük vermək. 2. Məzmun standartını müəyyənləşdirmək. 3. İnteqrasiya imkanlarını müəyyənləşdirmək. 4. Dərsin təlim nəticələrini müəyyənləşdirmək. 5. Dərslikdə verilmiş materialı mənimsətmək.
A) 2,4
B) 1,2
C) 3,5
D) 1,5
E) 1,3
İdrak taksonomiyasının mərhələləri əks olunmuş cərgəni müəyyən edin.
A) Hiss etmək, hazır olmaq, təqlid etmək,uyğunlaşmaq
B) Bilmək, məqbul saymaq, dəyərləndirmək, təşkiletmək
C) Bilmək, anlamaq, hiss etmək, tətbiq etmək,yaratmaq
D) Məqbul saymaq, bilmək, anlamaq, hazır olmaq,tətbiq etmək
E) Yadda saxlamaq,anlamaq, tətbiq etmək, təhliletmək, dəyərləndirmək, yaratmaq
Pedaqoji diaqnostika:
A) Konkret bir şagirdlə bağlı qərar qəbul edilməsidir.
B) Pedaqoji prosesin fasiləsizliyidir.
C) Təlimin mahiyyətinin dərk edilməsi vasitəsidir.
D) Pedaqoji prosesdə inkişaf və ya korreksiyayollarını müəyyən etməyə imkan verən fəaliyyətnövüdür.
E) Pedaqoji prosesin idarə edilməsidir.
Aşağıdakılardan biri təlimin təşkilinə verilən tələblərə daxil deyil:
A) Summativ qiymətləndirilmənin aparılması
B) İnkişafyönümlülük
C) Fəaliyyətin stimullaşdırılması
D) Dəstəkləyici mühitin yaradılması
E) Təlimdə bərabər imkanların yaradılması
Müəllimin hüquqlarına aid deyil:
A) İxtisasını artırmaq və təkmilləşdirmək
B) Tədrisin formasını, metodlarını və vasitələrinisərbəst seçmək.
C) Təhsil prosesinin təşkilində və idarə olunmasındaiştirak etmək.
D) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələbetmək.
E) Pedaqoji şuraya rəhbərlik etmək.
Təhsil standartı nədir?
A) Təlim prosesində istifadə olunan metod vəüsulların məcmusudur.
B) Təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
C) Təhsilalanların bilik, bacarıq və vərdişlərininsəviyyəsinə qoyulmuş dövlət tələbidir.
D) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsimeyarı
E) Təhsilalanların bilik və bacarıqları məcmusudur.
Məzmun xətti nədir?
A) Təlim nəticələrinin reallaşdırılması səviyyəsiniyoxlamaq üçün müəyyən olunmuş məzmunun zərurihissəsidir.
B) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasınıtəmin etmək üçün müəyyən olunmuş məzmununzəruri hissəsidir.
C) Dərslikdəki mövzuların bölmələr üzrəqruplaşdırılmasıdır
D) Mənimsənilməsi nəzərdə tutulan təlimnailiyyətlərinin konkret bir səviyyəsidir.
E) Təhsilalanların bilik və bacarıq səviyyəsinəqoyulmuş dövlət tələbidir.
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aid deyil:
A) Tələbyönümlüdür.
B) Şagirdyönümlüdür
C) Fəndaxili və fənlərarası əlaqə əsas prinsip kimiqəbul olunub.
D) Təklifyönümlüdür.
E) Qiymətləndirmə standartları və mexanizmlərimüəyyən edilib
“Tələbyönümlülük” deyəndə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsilalanların nailiyyət səviyyəsinə qoyulantələblər.
B) Təlim nailiyyətlərinin nəticələr formasındaəvvəlcədən müəyyən edilməsi.
C) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac vətələbatlarının nəzərə alınması.
D) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanlarınmənafeyinə xidmət etməsi
E) Təhsilin məzmun komponentlərinin bir-biri iləəlaqələndirilməsi.
Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Dərsin sonunda şagirdlərin bilik və bacarıqsəviyyəsini qiymətləndirmək məqsədi ilə.
B) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzəçıxarmaq məqsədi ilə
C) Bəhs və ya bölmənin, yarımilin və tədris ilininsonunda şagirdin nailiyyət səviyyəsiniqiymətləndirmək məqsədi ilə
D) Buraxılış siniflərində təhsil səviyyələrinin sonundayekun attestasiya aparmaq məqsədi ilə.
E) Fənn üzrə təlimin hər hansı bir mərhələsindəşagirdlərin ilkin bilik və bacarıq səviyyəsiniqiymətləndirmək məqsədi ilə.
Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
A) Bölmə və bəhslərin, yarımilin sonunda.
B) Hər ayın əvvəlində.
C) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində,həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeniməktəbə keçdikdə və s.).
D) Təhsil səviyyələrini başa vurarkən.
E) Tədris ilinin sonunda.
Böyük summativ qiymətləndirmənin (BSQ) xüsusiyyətlərini seçin: 1. Bəhs və ya bölmənin sonunda keçirilir. 2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır. 3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir. 4. Yarımilin sonunda keçirilir. 5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur
A) 2,4,5
B) 1,3,5
C) 1,2,3
D) 1,3,4
E) 2,3,4
Nəyə görə motivasiya düşündürücü və məqsədəuyğun olmalıdır? 1. Tədqiqatı dərsin nəticələrinə istiqamətləndirir. 2. 45 dəqiqə ərzində dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirməyə imkan yaradır. 3. Dərsi maraqlı edir, dərs vaxtında qurtarır. 4. Şagirdlərdə idrak fəallığı oyadır.
A) 2,4
B) 2,3
C) 1,4
D) 3,4
E) 1,2
Refleksiya mərhələsi nəyə xidmət edir?
A) Tədqiqatın nəticələrini müzakirə etməyə
B) Əldə olunmuş biliklərin müzakirəsinə
C) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirəetməyə
D) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
E) Şagirdlərin tədqiqat fəaliyyətinin əsasmərhələlərini dərk etməyə
Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyəti deyil:
A) Problemin həlli prosesində biliklərin müstəqilşəkildə əldə edilməsi və mənimsənilməsi
B) Hazır halda əldə edilən biliklərinmöhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
C) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi.
D) Dialoji təlimə üstünlük verilməsi.
E) Təfəkkürə əsaslanması.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top