Tapılan ümumi test sayı : 129

Aşağıda sadalananlardan hansı didaktik prinsip deyil?
A) Şagirdlərin fəallığı
B) Sistemlilik
C) Elmilik
D) Fasiləsizlik
E) Varislik
Perspektiv planlaşdırmaya hansı daxil deyil?
A) Resurslar seçmək.
B) Qiymətləndirmə növlərini müəyyənləşdirmək.
C) İnteqrasiya imkanlarını müəyyən etmək.
D) Motivasiya yaratmaq.
E) Məzmun standartlarına əsasən tədris vahidi vəmövzuları müəyyənləşdirmək.
Müəllimin innovativ fəaliyyətinə aid olanları göstərin: 1. İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir. 2. Yeni təlim üsulları yaradır. 3. Təlim proresində şagirdə obyekt kimi yanaşır. 4. İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir. 5. Təlim prosesində şagirdlərə mövzu ilə bağlı daha çox məlumat verməyə çalışır
A) 1,2,4
B) 1,3,5
C) 3,4,5
D) 1,2,5
E) 1,3,4
Tərbiyə sisteminin komponentlərinə aiddir:
A) Bütün cavablar doğrudur.
B) Tərbiyənin məzmunu
C) Tərbiyəvi işin forma və üsulları
D) Tərbiyənin məqsədi
E) Düzgün cavab yoxdur
Bir alt-standartı reallaşdırmaq üçün neçə təlim nəticəsi müəyyənləşdirmək olar?
A) Standartın reallaşmasına xidmət edəcək qədər
B) Standart tələb etsə də, yalnız iki- üç
C) Yalnız bir
D) Alt-standart əsasında təlim nəticəsiçıxarılmamalıdır
E) Ən çoxu iki
Kurikulumun xüsusiyyətlərini göstərin. 1. Şəxsiyyətyönümlü2. Nəticəyönümlü 3. Təklifyönümlü 4. İnteqrativlik 5. Tələbyönümlü 6. Fənyönümlü 7. Bilikyönümlü 8. Müəllimyönümlü
A) 1, 2, 3, 4
B) 2, 3, 4, 5
C) 1, 2, 4, 5
D) 1, 3, 4, 7
E) 2, 5, 6, 8
Fənn kurikulumunda nə əks olunub? 1. Qiymətləndirmə növləri və üsulları 2. Mövzülar 3. Məzmun (fənnin məqsədi, məzmun xətti, standartlar, alt-standartlar) 4. Həftəlik dərs saatlarının miqdarı 5. Təlim strategiyaları
A) 2, 3, 5
B) 1, 2, 4
C) 1, 3, 5
D) 2, 4, 5
E) 3, 4, 5
“Şagirdyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməkləonlarda milli və bəşəri dəyərlərinformalaşdırılmasıdır.
B) Тəhsilin məzmun komponentlərinin bir-biri iləsistemli şəkildə əlaqələndirilməsidir.
C) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanınmənafeyinə, maraq və təlabatlarının ödənilməsinə,istedad və qabiliyyətlərinin, potensial imkanlarınıninkişafına xidmət etməsidir.
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac vətələbatlarının nəzərə alınmasıdır.
E) Təlim nailiyyətlərinin nəticələr formasındamüəyyən edilməsidir
Formativ qiymətləndirmənin məqsədi:
A) Yarımilin və tədris ilinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
B) Müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi
C) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi
D) Bölmə üzrə mövzuların tədrisinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
E) Fənn üzrə şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi
Hansı cərgədə müasir qiymətləndirməyə aid olmayan xüsusiyyət verilmişdir?
A) Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir
B) Qiymətləndirmə standartlarına əsaslanır.
C) Dərsin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
D) Keyfiyyət göstəricisini nəzərə alır.
E) Şəxsiyyətin inkişafına yönəlmişdir.
Sadalananlardan biri qrup işi zamanı buraxılan səhvdir:
A) Qrup üzvlərinin suallarına cavab vermək.
B) Müəllim tərəfindən qruplarda vəzifələri bölmək, lideri təyin etmək.
C) Qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinə çatdırmaq.
D) İşin yerinə yetirilməsi üçün dəqiq vaxt müəyyən etmək.
E) Qrupların işini müəyyən etmək və ona nəzarət etmək.
Aşağıdakılardan biri fasilitasiya qaydalarını pozur:
A) Şagirdlərin əvəzinə fikirləri izah etməyə icazə verilmir
B) Şagirdlərdə öyrənməyə stimul və motivasiya yaradılmasına xidmət edir.
C) Müəllim və şagirdlərin birgə əməkdaşlığına əsaslanır.
D) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinə şərait yaradılmır.
E) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarıqları formalaşdırır.
Təlim strategiyalarına aid deyil:
A) Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
B) Təlimin təşkilinə verilən tələblər
C) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
D) Həftəlik dərs saatlarının miqdarı
E) Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
İdrak taksonomiyasının mərhələləri əks olunmuş cərgəni müəyyən edin.
A) Bilmək, məqbul saymaq, dəyərləndirmək, təşkil etmək
B) Hiss etmək, hazır olmaq, təqlid etmək, uyğunlaşmaq
C) Yadda saxlamaq,anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq
D) Bilmək, anlamaq, hiss etmək, tətbiq etmək, yaratmaq
E) Məqbul saymaq, bilmək, anlamaq, hazır olmaq, tətbiq etmək
Müəllimlərin innovativ fəaliyyətinin nəticəsinə aid olanları göstərin: 1. Təhsilin keyfiyyəti yüksəlir. 2. Təhsildən yayınma halları artır. 3. Təhsil müəssisəsinin nüfuzu artır. 4. Şagirdlərin kompetensiyası artır. 5.Təhsil müəssisəsində psixoloji iqlim pisləşir
A) 1,3,4
B) 1,2,3
C) 2,3,4
D) 2,3,5
E) 1,3,5
Pedaqoji diaqnostika:
A) Pedaqoji prosesin fasiləsizliyidir.
B) Konkret bir şagirdlə bağlı qərar qəbul edilməsidir
C) Təlimin mahiyyətinin dərk edilməsi vasitəsidir
D) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür
E) Pedaqoji prosesin idarə edilməsidir.
Müəllimin hüquqlarına aid deyil:
A) Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək.
B) Pedaqoji şuraya rəhbərlik etmək
C) İxtisasını artırmaq və təkmilləşdirmək.
D) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək.
E) Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək.
Təhsil standartı nədir?
A) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarı.
B) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir
C) Təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
D) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur.
E) Təhsilalanların bilik və bacarıqları məcmusudur.
Məzmun xətti nədir?
A) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır.
B) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
C) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
D) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir
E) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aid deyil:
A) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib.
B) Tələbyönümlüdür.
C) Fəndaxili və fənlərarası əlaqə əsas prinsip kimi qəbul olunub.
D) Şagirdyönümlüdür.
E) Təklifyönümlüdür.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top