Tapılan ümumi test sayı : 129

Sadalananlardan biri qrup işi zamanı buraxılan səhvdir:
A) Qrupların işini müəyyən etmək və ona nəzarət etmək
B) Qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinə çatdırmaq.
C) Qrup üzvlərinin suallarına cavab vermək
D) İşin yerinə yetirilməsi üçün dəqiq vaxt müəyyən etmək.
E) Müəllim tərəfindən qruplarda vəzifələri bölmək, lideri təyin etmək.
Aşağıdakılardan biri fasilitasiya qaydalarını pozur:
A) Müəllim və şagirdlərin birgə əməkdaşlığına əsaslanır.
B) Şagirdlərin əvəzinə fikirləri izah etməyə icazə verilmir.
C) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarıqları formalaşdırır.
D) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinə şərait yaradılmır
E) Şagirdlərdə öyrənməyə stimul və motivasiya yaradılmasına xidmət edir.
Pedaqoji diaqnostika:
A) Pedaqoji prosesin idarə edilməsidir
B) Konkret bir şagirdlə bağlı qərar qəbul edilməsidir.
C) Pedaqoji prosesin fasiləsizliyidir.
D) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür.
E) Təlimin mahiyyətinin dərk edilməsi vasitəsidir.
Müəllimin hüquqlarına aid deyil:
A) Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək
B) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək.
C) İxtisasını artırmaq və təkmilləşdirmək.
D) Pedaqoji şuraya rəhbərlik etmək.
E) Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək
Məzmun xətti nədir?
A) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
B) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
C) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
D) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
E) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır.
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aid deyil:
A) Fəndaxili və fənlərarası əlaqə əsas prinsip kimi qəbul olunub
B) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib.
C) Təklifyönümlüdür
D) Tələbyönümlüdür.
E) Şagirdyönümlüdür.
“Tələbyönümlülük” deyəndə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsilalanların nailiyyət səviyyəsinə qoyulan tələblər
B) Təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi
C) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə xidmət etməsi
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
E) Təhsilin məzmun komponentlərinin bir-biri ilə əlaqələndirilməsi.
Aşağıda sadalananlardan hansı didaktik prinsip deyil?
A) Sistemlilik
B) А) Fasiləsizlik
C) Elmilik
D) Е) Şagirdlərin fəallığı
E) С) Varislik
Qiymətləndirmə üsulu hansıdır?
A) Özünüqiymətləndirmə vərəqi
B) Şifahi sual-cavab
C) Müşahidə vərəqi
D) Çalışmalar
E) Е) Meyar cədvəli
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top