Tapılan ümumi test sayı : 129

Biri fasilitasiya qaydalarına aid deyil:
A) Psixoloji dəstək
B) Motivasiyanın düzgün qurulması
C) Təşkilati dəstək
D) Fəaliyyətin stimullaşdırılması
E) Məlumatla təminetmə
Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə.
B) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək məqsədi ilə
C) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
D) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə
E) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
Məktəbdaxili qiymətləndirmənin növləri:
A) Diaqnostik, formativ, illik
B) Yarımillik, illik, diaqnostik
C) Yarımillik, illik, summativ
D) Diaqnostik, formativ, summativ
E) Formativ, şifahi, praktik
Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
A) Tədris ilinin sonunda.
B) Hər ayın əvvəlində.
C) Təhsil səviyyələrini başa vurarkən.
D) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
E) Bölmə və bəhslərin, yarımilin sonunda.
Refleksiya mərhələsi nəyə xidmət edir?
A) Tədqiqatın nəticələrini müzakirə etməyə
B) Əldə olunmuş biliklərin müzakirəsinə
C) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
D) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
E) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
Təqdim edilmiş qaydalardan biri iş vərəqlərinə verilən tələblərə uyğun deyil:
A) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır.
B) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır.
C) Coxlu tapşırıqlar əks olunmalıdır.
D) Cəlbedici məzmunu və tərtibatı olmalıdır.
E) Dərsin məqsədinə uyğun olmalıdır.
Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyəti deyil:
A) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi.
B) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi
C) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
D) Dialoji təlimə üstünlük verilməsi.
E) Təfəkkürə əsaslanması.
Problem situasiyanın yaradılması zamanı buraxılan səhvi göstərin:
A) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır.
B) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
C) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
D) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir
E) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur.
Perspektiv planlaşdırmaya aiddir:
A) Tapşırıqları dərsin təlim nəticələri ilə uyğunlaşdırmaq.
B) İş vərəqləri hazırlamaq.
C) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrini müəyyənləşdirmək.
D) Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
E) Dərsin icmalını hazırlamaq.
Pedaqoji texnologiya:
A) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu.
B) Düzgün cavab yoxdur.
C) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı
D) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
E) Bütün cavablar doğrudur.
Müəllimin vəzifələrinə aid deyil:
A) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq.
B) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
C) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək
D) Dərslik və dərs vəsaitləri hazırlamaq.
E) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək.
Bilik kateqoriyasına aid olanı seçin.
A) Emosional-affektiv
B) Psixomotor
C) Ünsiyyət
D) İdraki
E) Deklarativ
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aiddir:
A) Bilikyönümlüdür.
B) Müəllimyönümlüdür.
C) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.
D) Təklifyönümlüdür.
E) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir
“Şəxsiyyətyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.
B) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
C) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması
D) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi.
E) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi.
Fənn kurikulumuna aid deyil:
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Məzmun standartlarına verilən şərhlər
C) Məzmun xətləri
D) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
E) Ümumi təhsilin məzmunu
İnteqrasiyanın neçə səviyyəsi var?
A) 5
B) 4
C) 2
D) 3
Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.
A) Şagirdlərin əməkdaşlıq bacarığının müəyyənləşdirilməsi.
B) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi.
C) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi.
D) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.
Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil.
A) Kəmiyyət
B) Vaxt
C) Məzmun
D) Keyfiyyət
Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
A) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
B) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir
C) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.
D) Siniflər üzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
B) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
C) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
D) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top