Tapılan ümumi test sayı : 129

Biri fasilitasiya qaydalarına aid deyil:
A) Psixoloji dəstək
B) Təşkilati dəstək
C) Fəaliyyətin stimullaşdırılması
D) Motivasiyanın düzgün qurulması
E) Məlumatla təminetmə
Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətləndirmək məqsədi ilə
B) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə.
C) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
D) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə
E) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
Məktəbdaxili qiymətləndirmənin növləri:
A) Diaqnostik, formativ, illik
B) Yarımillik, illik, summativ
C) Formativ, şifahi, praktik
D) Diaqnostik, formativ, summativ
E) Yarımillik, illik, diaqnostik
Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
A) Tədris ilinin sonunda.
B) Təhsil səviyyələrini başa vurarkən.
C) Bölmə və bəhslərin, yarımilin sonunda.
D) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
E) Hər ayın əvvəlində.
Refleksiya mərhələsi nəyə xidmət edir?
A) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
B) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
C) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
D) Əldə olunmuş biliklərin müzakirəsinə
E) Tədqiqatın nəticələrini müzakirə etməyə
Təqdim edilmiş qaydalardan biri iş vərəqlərinə verilən tələblərə uyğun deyil:
A) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır.
B) Coxlu tapşırıqlar əks olunmalıdır.
C) Cəlbedici məzmunu və tərtibatı olmalıdır.
D) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır.
E) Dərsin məqsədinə uyğun olmalıdır.
Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyəti deyil:
A) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi
B) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi.
C) Dialoji təlimə üstünlük verilməsi.
D) Təfəkkürə əsaslanması.
E) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi
Problem situasiyanın yaradılması zamanı buraxılan səhvi göstərin:
A) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur
B) Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir
C) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur.
D) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
E) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır.
Perspektiv planlaşdırmaya aiddir:
A) İş vərəqləri hazırlamaq.
B) Tapşırıqları dərsin təlim nəticələri ilə uyğunlaşdırmaq.
C) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrini müəyyənləşdirmək.
D) Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək
E) Dərsin icmalını hazırlamaq.
Pedaqoji texnologiya:
A) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıllığı
B) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
C) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu.
D) Bütün cavablar doğrudur.
E) Düzgün cavab yoxdur.
Müəllimin vəzifələrinə aid deyil:
A) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
B) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək.
C) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək
D) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq.
E) Dərslik və dərs vəsaitləri hazırlamaq.
Bilik kateqoriyasına aid olanı seçin.
A) Deklarativ
B) Emosional-affektiv
C) Ünsiyyət
D) Psixomotor
E) İdraki
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aiddir:
A) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.
B) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir
C) Təklifyönümlüdür.
D) Bilikyönümlüdür.
E) Müəllimyönümlüdür.
“Şəxsiyyətyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi.
B) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.
C) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
E) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi.
Fənn kurikulumuna aid deyil:
A) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
B) Məzmun xətləri
C) Ümumi təhsilin məzmunu
D) Məzmun standartlarına verilən şərhlər
E) Fənn üzrə ümumi təlim nəticələri
İnteqrasiyanın neçə səviyyəsi var?
A) 5
B) 4
C) 2
D) 3
Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.
A) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.
B) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi.
C) Şagirdlərin əməkdaşlıq bacarığının müəyyənləşdirilməsi.
D) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi.
Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil.
A) Vaxt
B) Kəmiyyət
C) Keyfiyyət
D) Məzmun
Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?
A) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir
B) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
C) Siniflər üzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.
D) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.
Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
B) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
C) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
D) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top