Tapılan ümumi test sayı : 156

Hansı fikir “Hara getsə, əlimdən qurtarmayacaq” və “Nə qədər dil tökürsə, xeyri yoxdur” cümlələrinin hər ikisinə aid edilə bilər?
A) Tabelilik bağlayıcısı ilə bağlanmışdır
B) Bütün xəbərləri frazeoloji birləşmə ilə ifadə olunmuşdur
C) Baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir.
D) Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir
E) Tərkibindəki cümlələr genişdir.
Biri tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:
A) zaman
B) iştirak
C) aydınlaşdırma
D) bölüşdürmə
E) səbəb-nəticə
Feli birləşmələrin əsas tərəfi nə ilə ifadə olunur?
A) felin təsriflənən formaları ilə
B) idi, imiş, isə hissəcikləri ilə
C) felin xəbər şəkli ilə
D) felin arzu və şərt şəkilləri ilə
E) təsriflənməyən fellər ilə
Qeyri-müəyyən yiyəlik halda olan isim işlənən cümləni tapın:
A) Ələmdar da həmin yaşlı kişi kimi səkidən çıxmağa məcbur oldu
B) Axşam möhkəm yağış yağdığı üçün məhəllənin küçələri palçıq və su gölməçələri ilə dolmuşdu.
C) Uşaqlarını birdən-birə elə arzuladı ki, gözləri yaşardı
D) Komandiri razı salıb qaranlığın daha da qatılaşmasını gözlədi.
E) Yaşamaq arzusu o qədər güclü idi ki, Sabirin qarşısını heç nə ala bilməzdi.
Hansı cümlədə frazeoloji birləşmə “aldatmaq” mənasını verir?
A) Dəyirman bildiyini eylər, çax-çax baş aparar
B) Özünü ələ salırsan, ya məni?
C) Yenə kimin gözünə kül üfürürsən?
D) Məsmə qaşqabağını sallayıb oturmuşdu.
E) Son vaxtlar ondan gözüm su içmir
Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, ömür yolunu azıb, çaşdırıb.
B) O, nağılı bir vaxt Canəli müəllimə Gülrux arvad danışmışdı.
C) O, bu qaçışıyla özündən qaçır
D) O, deyəsən, məni başa düşmədi.
E) O, yenə də yem gətirmək üçün yuvasından aralandı
Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur
A) qeyri-müəyyən şəxsli cümlə
B) şəxssiz cümlə
C) söz-cümlə
D) adlıq cümlə
E) ümumi şəxsli cümlə
Ara sözün işləndiyi cümləni göstərin:
A) Düzdür, sənin dediklərinlə mən də razıyam
B) Sənin dediklərin tamamilə düzdür.
C) Hər dilinə gələn sözü deməli deyilsən
D) Güman gələn yerləri ələk-vələk etdilər
E) Yəqin etdim ki, sən düz demirsən
Həmcins təyinli cümləni göstərin:
A) Mərmər ağdır, qəm qara.
B) Yox, sən də haqlısan, ey gizli dərdim, Qərəzli, qərəzsiz tələblərinlə
C) O, atasının tanış və doğma sifətinə baxaraq, yavaş- yavaş qapıya doğru yeridi.
D) Qaraxanın gözəl, uca qaməti dərddən əyilmişdi.
E) Əksinə, çox aydın və sərrast düşünürdü
“Əsəbiləşmək” sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı sıradadır
A) ürəyi istəmək, könlündən keçmək, ürəyi getmək
B) dəridən-qabıqdan çıxmaq, canını oda yaxmaq, dərdə düşmək
C) hirslənmək, qəzəblənmək, hirsi başına vurmaq
D) ağzına çullu dovşan sığmamaq, gözü düşmək, gözünün odunu almaq
E) cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək
Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədir
A) Mənə deyirlər ki, bu il yay çox isti keçəcək.
B) Bu qılınc olmasa yeyərlər məni (S.Vurğun)
C) Yazın əvvəli idi ki, Həmid təzə mənzilə köçdü.
D) Ona elə gəldi ki, indicə adını çəkəcəklər
E) Mən evə təzəcə çatmışdım ki, qapını döydülər
“Yarıq, yaralı, yarğan” sözləri haqqında doğru fikirləri seçin: 1.“yar”felindən yaranmış eyniköklü sözlərdir 2.Sözlərin kökü isimlə omonimdir 3.Sözlərin üçü də feldən düzəlmişdir 4.Sözlər morfoloji üsulla yaranmışdır 5.Sözlərin üçü də ┌┐^ sxeminə uyğundur
A) 1, 2, 4
B) 3, 5
C) 1, 3, 4
D) 1, 4
E) 2, 4, 5
Rəsmi sənədlərin dili üçün səciyyəvi hesab oluna bilməz.
A) fikrin yığcamlığı
B) arxaik leksikanın mühafizəsi
C) geniş izah və analitik şərhdən istifadə
D) fikrin hüquqi azadlığı
E) fikrin birmənalılığı
Mürəkkəb adlardan hansıların birinci tərəfi dırnaq içində yazılmalıdır? 1. İstiqlal ordeni 4. Şəhidlər xiyabanı 2. Müəllim qəzeti 5. Abşeron romanı 3. Milli Ordu 6. Koroğlu operası
A) 1, 2, 5, 6
B) 2, 3, 4
C) 2, 4, 5, 6
D) 1, 3, 5
E) 1, 3, 5, 6
“Sizin sənədlər yoxlananda mən də orada idim” – cümləsində təsriflənməyən felin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
A) təsdiqdədir
B) sözdə iki leksik, bir qrammatik şəkilçi işlənmişdir
C) feli bağlamadır
D) quruluşca düzəltmədir
E) təsirsizdir
Bu iki əməli yazı nümunəsinin başlanğıcı, demək olar ki, eynidir. 1. arayış 3. protokol 5. akt 2. izahat 4. ərizə
A) 3, 5
B) 2, 3
C) 1, 4
D) 2, 4
E) 4, 5
Hansı cümlə mübtəda, tamamlıq, xəbər sxeminə uyğundur?
A) Düzlük hər zaman qızıldan qiymətli hesab olunur.
B) Şirin yalandan acı həqiqət yaxşıdır
C) Lalə məktubun kimə aid olduğunu bilmirdi.
D) Düzdür, Nazim, sən haqlısan!
E) Şərəfli əmək insanı ucaldar.
Mürəkkəb xitab hansıdır?
A) Gülüm, heyif sənə, heyiflər mənə, Qoruya bilmədim məhəbbətimi...
B) Dinmə, danışma, yat, bala, Sən deyən olmayıb hələ
C) Ancaq ürəyimdə deyirəm yenə: “Ay ürək, buna da gərək mən dözüm....”
D) Ey daşlaşan, torpaqlaşan ulu babam!
E) Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
Məntiqi ardıcıllığı tamamlayın. Xülasə, deməli, müxtəsər….
A) yəqin
B) qısası
C) deyəsən
D) heyif
E) bəlkə
Qoca Deməli bütün bunların heç bir əhəmiyyəti yox imiş dedi bütün səylərimiz əbəs imiş – vasitəsiz nitqdə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığı hansı bənddədir?
A) qoşa nöqtə, vergül, tire, vergül, dırnaq
B) qoşa nöqtə, dırnaq, vergül, vergül, dırnaq
C) vergül, vergül, dırnaq, tire, vergül, dırnaq
D) qoşa nöqtə, dırnaq, vergül, vergül, tire, vergül, tire, dırnaq
E) qoşa nöqtə, vergül, vergül, tire, vergül
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top