Tapılan ümumi test sayı : 156

Hansı fikir “Hara getsə, əlimdən qurtarmayacaq” və “Nə qədər dil tökürsə, xeyri yoxdur” cümlələrinin hər ikisinə aid edilə bilər?
A) Bütün xəbərləri frazeoloji birləşmə ilə ifadə olunmuşdur
B) Tabelilik bağlayıcısı ilə bağlanmışdır
C) Baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir.
D) Tərkibindəki cümlələr genişdir.
E) Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir
Biri tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:
A) bölüşdürmə
B) zaman
C) iştirak
D) aydınlaşdırma
E) səbəb-nəticə
Feli birləşmələrin əsas tərəfi nə ilə ifadə olunur?
A) təsriflənməyən fellər ilə
B) felin təsriflənən formaları ilə
C) felin arzu və şərt şəkilləri ilə
D) idi, imiş, isə hissəcikləri ilə
E) felin xəbər şəkli ilə
Qeyri-müəyyən yiyəlik halda olan isim işlənən cümləni tapın:
A) Komandiri razı salıb qaranlığın daha da qatılaşmasını gözlədi.
B) Ələmdar da həmin yaşlı kişi kimi səkidən çıxmağa məcbur oldu
C) Yaşamaq arzusu o qədər güclü idi ki, Sabirin qarşısını heç nə ala bilməzdi.
D) Axşam möhkəm yağış yağdığı üçün məhəllənin küçələri palçıq və su gölməçələri ilə dolmuşdu.
E) Uşaqlarını birdən-birə elə arzuladı ki, gözləri yaşardı
Hansı cümlədə frazeoloji birləşmə “aldatmaq” mənasını verir?
A) Məsmə qaşqabağını sallayıb oturmuşdu.
B) Özünü ələ salırsan, ya məni?
C) Dəyirman bildiyini eylər, çax-çax baş aparar
D) Yenə kimin gözünə kül üfürürsən?
E) Son vaxtlar ondan gözüm su içmir
Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, yenə də yem gətirmək üçün yuvasından aralandı
B) O, nağılı bir vaxt Canəli müəllimə Gülrux arvad danışmışdı.
C) O, deyəsən, məni başa düşmədi.
D) O, ömür yolunu azıb, çaşdırıb.
E) O, bu qaçışıyla özündən qaçır
Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur
A) söz-cümlə
B) şəxssiz cümlə
C) ümumi şəxsli cümlə
D) qeyri-müəyyən şəxsli cümlə
E) adlıq cümlə
Ara sözün işləndiyi cümləni göstərin:
A) Sənin dediklərin tamamilə düzdür.
B) Düzdür, sənin dediklərinlə mən də razıyam
C) Güman gələn yerləri ələk-vələk etdilər
D) Yəqin etdim ki, sən düz demirsən
E) Hər dilinə gələn sözü deməli deyilsən
Həmcins təyinli cümləni göstərin:
A) Yox, sən də haqlısan, ey gizli dərdim, Qərəzli, qərəzsiz tələblərinlə
B) Qaraxanın gözəl, uca qaməti dərddən əyilmişdi.
C) O, atasının tanış və doğma sifətinə baxaraq, yavaş- yavaş qapıya doğru yeridi.
D) Mərmər ağdır, qəm qara.
E) Əksinə, çox aydın və sərrast düşünürdü
“Əsəbiləşmək” sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı sıradadır
A) hirslənmək, qəzəblənmək, hirsi başına vurmaq
B) ağzına çullu dovşan sığmamaq, gözü düşmək, gözünün odunu almaq
C) dəridən-qabıqdan çıxmaq, canını oda yaxmaq, dərdə düşmək
D) ürəyi istəmək, könlündən keçmək, ürəyi getmək
E) cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək
Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədir
A) Mən evə təzəcə çatmışdım ki, qapını döydülər
B) Yazın əvvəli idi ki, Həmid təzə mənzilə köçdü.
C) Ona elə gəldi ki, indicə adını çəkəcəklər
D) Mənə deyirlər ki, bu il yay çox isti keçəcək.
E) Bu qılınc olmasa yeyərlər məni (S.Vurğun)
“Yarıq, yaralı, yarğan” sözləri haqqında doğru fikirləri seçin: 1.“yar”felindən yaranmış eyniköklü sözlərdir 2.Sözlərin kökü isimlə omonimdir 3.Sözlərin üçü də feldən düzəlmişdir 4.Sözlər morfoloji üsulla yaranmışdır 5.Sözlərin üçü də ┌┐^ sxeminə uyğundur
A) 3, 5
B) 1, 3, 4
C) 1, 4
D) 2, 4, 5
E) 1, 2, 4
Rəsmi sənədlərin dili üçün səciyyəvi hesab oluna bilməz.
A) fikrin hüquqi azadlığı
B) fikrin birmənalılığı
C) fikrin yığcamlığı
D) arxaik leksikanın mühafizəsi
E) geniş izah və analitik şərhdən istifadə
Mürəkkəb adlardan hansıların birinci tərəfi dırnaq içində yazılmalıdır? 1. İstiqlal ordeni 4. Şəhidlər xiyabanı 2. Müəllim qəzeti 5. Abşeron romanı 3. Milli Ordu 6. Koroğlu operası
A) 1, 3, 5
B) 2, 4, 5, 6
C) 1, 2, 5, 6
D) 1, 3, 5, 6
E) 2, 3, 4
“Sizin sənədlər yoxlananda mən də orada idim” – cümləsində təsriflənməyən felin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
A) feli bağlamadır
B) təsirsizdir
C) təsdiqdədir
D) sözdə iki leksik, bir qrammatik şəkilçi işlənmişdir
E) quruluşca düzəltmədir
Bu iki əməli yazı nümunəsinin başlanğıcı, demək olar ki, eynidir. 1. arayış 3. protokol 5. akt 2. izahat 4. ərizə
A) 1, 4
B) 2, 4
C) 2, 3
D) 3, 5
E) 4, 5
Hansı cümlə mübtəda, tamamlıq, xəbər sxeminə uyğundur?
A) Düzdür, Nazim, sən haqlısan!
B) Düzlük hər zaman qızıldan qiymətli hesab olunur.
C) Şirin yalandan acı həqiqət yaxşıdır
D) Lalə məktubun kimə aid olduğunu bilmirdi.
E) Şərəfli əmək insanı ucaldar.
Mürəkkəb xitab hansıdır?
A) Ancaq ürəyimdə deyirəm yenə: “Ay ürək, buna da gərək mən dözüm....”
B) Ey daşlaşan, torpaqlaşan ulu babam!
C) Dinmə, danışma, yat, bala, Sən deyən olmayıb hələ
D) Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
E) Gülüm, heyif sənə, heyiflər mənə, Qoruya bilmədim məhəbbətimi...
Məntiqi ardıcıllığı tamamlayın. Xülasə, deməli, müxtəsər….
A) heyif
B) qısası
C) deyəsən
D) bəlkə
E) yəqin
Qoca Deməli bütün bunların heç bir əhəmiyyəti yox imiş dedi bütün səylərimiz əbəs imiş – vasitəsiz nitqdə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığı hansı bənddədir?
A) qoşa nöqtə, dırnaq, vergül, vergül, tire, vergül, tire, dırnaq
B) qoşa nöqtə, vergül, vergül, tire, vergül
C) qoşa nöqtə, dırnaq, vergül, vergül, dırnaq
D) qoşa nöqtə, vergül, tire, vergül, dırnaq
E) vergül, vergül, dırnaq, tire, vergül, dırnaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top