Tapılan ümumi test sayı : 156

Hansı fikir “Hara getsə, əlimdən qurtarmayacaq” və “Nə qədər dil tökürsə, xeyri yoxdur” cümlələrinin hər ikisinə aid edilə bilər?
A) Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir
B) Tabelilik bağlayıcısı ilə bağlanmışdır
C) Baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir.
D) Bütün xəbərləri frazeoloji birləşmə ilə ifadə olunmuşdur
E) Tərkibindəki cümlələr genişdir.
Biri tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:
A) aydınlaşdırma
B) iştirak
C) səbəb-nəticə
D) bölüşdürmə
E) zaman
Feli birləşmələrin əsas tərəfi nə ilə ifadə olunur?
A) təsriflənməyən fellər ilə
B) idi, imiş, isə hissəcikləri ilə
C) felin arzu və şərt şəkilləri ilə
D) felin xəbər şəkli ilə
E) felin təsriflənən formaları ilə
Qeyri-müəyyən yiyəlik halda olan isim işlənən cümləni tapın:
A) Axşam möhkəm yağış yağdığı üçün məhəllənin küçələri palçıq və su gölməçələri ilə dolmuşdu.
B) Uşaqlarını birdən-birə elə arzuladı ki, gözləri yaşardı
C) Komandiri razı salıb qaranlığın daha da qatılaşmasını gözlədi.
D) Yaşamaq arzusu o qədər güclü idi ki, Sabirin qarşısını heç nə ala bilməzdi.
E) Ələmdar da həmin yaşlı kişi kimi səkidən çıxmağa məcbur oldu
Hansı cümlədə frazeoloji birləşmə “aldatmaq” mənasını verir?
A) Son vaxtlar ondan gözüm su içmir
B) Özünü ələ salırsan, ya məni?
C) Məsmə qaşqabağını sallayıb oturmuşdu.
D) Yenə kimin gözünə kül üfürürsən?
E) Dəyirman bildiyini eylər, çax-çax baş aparar
Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, ömür yolunu azıb, çaşdırıb.
B) O, yenə də yem gətirmək üçün yuvasından aralandı
C) O, bu qaçışıyla özündən qaçır
D) O, deyəsən, məni başa düşmədi.
E) O, nağılı bir vaxt Canəli müəllimə Gülrux arvad danışmışdı.
Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur
A) qeyri-müəyyən şəxsli cümlə
B) adlıq cümlə
C) ümumi şəxsli cümlə
D) şəxssiz cümlə
E) söz-cümlə
Ara sözün işləndiyi cümləni göstərin:
A) Sənin dediklərin tamamilə düzdür.
B) Güman gələn yerləri ələk-vələk etdilər
C) Düzdür, sənin dediklərinlə mən də razıyam
D) Hər dilinə gələn sözü deməli deyilsən
E) Yəqin etdim ki, sən düz demirsən
Həmcins təyinli cümləni göstərin:
A) Yox, sən də haqlısan, ey gizli dərdim, Qərəzli, qərəzsiz tələblərinlə
B) O, atasının tanış və doğma sifətinə baxaraq, yavaş- yavaş qapıya doğru yeridi.
C) Mərmər ağdır, qəm qara.
D) Əksinə, çox aydın və sərrast düşünürdü
E) Qaraxanın gözəl, uca qaməti dərddən əyilmişdi.
“Əsəbiləşmək” sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı sıradadır
A) ağzına çullu dovşan sığmamaq, gözü düşmək, gözünün odunu almaq
B) hirslənmək, qəzəblənmək, hirsi başına vurmaq
C) dəridən-qabıqdan çıxmaq, canını oda yaxmaq, dərdə düşmək
D) cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək
E) ürəyi istəmək, könlündən keçmək, ürəyi getmək
Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədir
A) Mənə deyirlər ki, bu il yay çox isti keçəcək.
B) Yazın əvvəli idi ki, Həmid təzə mənzilə köçdü.
C) Mən evə təzəcə çatmışdım ki, qapını döydülər
D) Ona elə gəldi ki, indicə adını çəkəcəklər
E) Bu qılınc olmasa yeyərlər məni (S.Vurğun)
“Yarıq, yaralı, yarğan” sözləri haqqında doğru fikirləri seçin: 1.“yar”felindən yaranmış eyniköklü sözlərdir 2.Sözlərin kökü isimlə omonimdir 3.Sözlərin üçü də feldən düzəlmişdir 4.Sözlər morfoloji üsulla yaranmışdır 5.Sözlərin üçü də ┌┐^ sxeminə uyğundur
A) 1, 3, 4
B) 1, 4
C) 2, 4, 5
D) 3, 5
E) 1, 2, 4
Rəsmi sənədlərin dili üçün səciyyəvi hesab oluna bilməz.
A) fikrin hüquqi azadlığı
B) fikrin birmənalılığı
C) geniş izah və analitik şərhdən istifadə
D) fikrin yığcamlığı
E) arxaik leksikanın mühafizəsi
Mürəkkəb adlardan hansıların birinci tərəfi dırnaq içində yazılmalıdır? 1. İstiqlal ordeni 4. Şəhidlər xiyabanı 2. Müəllim qəzeti 5. Abşeron romanı 3. Milli Ordu 6. Koroğlu operası
A) 2, 4, 5, 6
B) 2, 3, 4
C) 1, 3, 5
D) 1, 3, 5, 6
E) 1, 2, 5, 6
“Sizin sənədlər yoxlananda mən də orada idim” – cümləsində təsriflənməyən felin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
A) feli bağlamadır
B) təsirsizdir
C) təsdiqdədir
D) quruluşca düzəltmədir
E) sözdə iki leksik, bir qrammatik şəkilçi işlənmişdir
Bu iki əməli yazı nümunəsinin başlanğıcı, demək olar ki, eynidir. 1. arayış 3. protokol 5. akt 2. izahat 4. ərizə
A) 2, 4
B) 2, 3
C) 4, 5
D) 1, 4
E) 3, 5
Hansı cümlə mübtəda, tamamlıq, xəbər sxeminə uyğundur?
A) Lalə məktubun kimə aid olduğunu bilmirdi.
B) Düzdür, Nazim, sən haqlısan!
C) Şərəfli əmək insanı ucaldar.
D) Şirin yalandan acı həqiqət yaxşıdır
E) Düzlük hər zaman qızıldan qiymətli hesab olunur.
Mürəkkəb xitab hansıdır?
A) Ey daşlaşan, torpaqlaşan ulu babam!
B) Ancaq ürəyimdə deyirəm yenə: “Ay ürək, buna da gərək mən dözüm....”
C) Dinmə, danışma, yat, bala, Sən deyən olmayıb hələ
D) Gülüm, heyif sənə, heyiflər mənə, Qoruya bilmədim məhəbbətimi...
E) Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
Məntiqi ardıcıllığı tamamlayın. Xülasə, deməli, müxtəsər….
A) heyif
B) qısası
C) bəlkə
D) yəqin
E) deyəsən
Qoca Deməli bütün bunların heç bir əhəmiyyəti yox imiş dedi bütün səylərimiz əbəs imiş – vasitəsiz nitqdə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığı hansı bənddədir?
A) vergül, vergül, dırnaq, tire, vergül, dırnaq
B) qoşa nöqtə, dırnaq, vergül, vergül, dırnaq
C) qoşa nöqtə, vergül, vergül, tire, vergül
D) qoşa nöqtə, vergül, tire, vergül, dırnaq
E) qoşa nöqtə, dırnaq, vergül, vergül, tire, vergül, tire, dırnaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top