Tapılan ümumi test sayı : 156

“Vağzalın yan-yörəsindəki dükanların da hamısı bağlı idi” cümləsindəki üzvlərin sıralanmasını göstərin
A) mübtəda, xəbər
B) təyin, tamamlıq, xəbər
C) təyin, mübtəda, xəbər
D) təyin, tamamlıq, mübtəda, xəbər
E) zərflik, təyin, mübtəda, xəbər
“Qələm əyri yonulsa da, düz yazar” – cümləsi haqqında səhv fikri tapın.
A) qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir
B) hər ikisi nəqli cümlədir.
C) II cümləsi şəxssizdir.
D) cümlələr bir-birinə -sa şəkilçisi və da ədatı ilə bağlanıb.
E) I cümlə müəyyən şəxsli cümlədir.
Hansı tabesiz mürəkkəb cümlənin xəbərləri felin məchul növü ilə ifadə olunub?
A) Məsələyə baxıldı, qərar çıxarıldı.
B) Quş çırpındı, sonra göyə pərvazlandı.
C) Otaqlar təmizləndi, pəncərələr silindi.
D) Güllər açıldı, çəmənlər əlvan rəngə boyandı
E) Sənədlərə baxıldı, əmr verildi
Sıraların hansında “q” /qe/ hərfi ayrı-ayrılıqda [q], [ğ], [x] və [k´] səsini ifadə edir?
A) qoçaq oğlan, otaqsız, məqsəd
B) aşiq, aşıq, əqidə, çıraq
C) haqqında, toqqa, aşıq havası
D) üfüq xətti, uşaq, qənimət
E) Müşfiq, qutu, haqsız, qəza
Nümunədəki isimlərin hamısına aid olan ümumi cəhəti göstərin. Fazil özünü nağıllarda eşitdiyi əfsanəvi bürclərin üstündə hiss edirdi.
A) İsimlərin hamısı milli mənşəlidir.
B) İsimlərin heç birində mənsubiyyət şəkilçisi yoxdur.
C) Hər üçündə hal şəkilçisi vardır.
D) İsimlərin hamısı cəmdədir.
E) Nümunədəki isimlərin hamısı ümumi isimdir.
Həmcins üzvlərdə təkrar olunan bəzi qrammatik şəkilçilər sonuncusu saxlanılmaqla ixtisar oluna bilir. Bunlara aid deyil: 1. Hal şəkilçiləri 2. Cəm şəkilçiləri 3. Mənsubiyyət şəkilçiləri 4. Xəbərdə şəxs şəkilçiləri 5. Zaman şəkilçiləri 6. Felin şəkil şəkilçiləri 7. İnkar şəkilçiləri
A) 4, 5, 7
B) 2, 4, 5
C) 3, 6, 7
D) 5, 6, 7
E) 1, 2, 3
Frazeoloji birləşmələrin hər üçünə aid olan xüsusiyyəti göstərin. ayağından çəkmək, gözü açılmaq, əlindən tutmaq
A) hər üçünün tərkibindəki isimlərin hal şəkilçisi ilə işlənməsi
B) hər üçünün tərkibindəki fellərin təsirli olması
C) hər üçünün yalnız xəbər ola bilməsi
D) hər üçünün frazeoloji omonim hesab olunması
E) hər üçünün həm də həqiqi mənada işlənə bilməsi
Məntiqi ardıcıllığı tamamlayın: Madam ki, indi ki, bir halda ki….
A) belə ki
B) hərçənd
C) hərgah
D) yəni
E) çünki
“ Bayaqdan bizim hərəkətlərimizə sakitcə göz qoyan qadın birdən-birə dilə gəlib bizə məsləhət gördü ki,…” baş cümləsinə hansı budaq cümlə qoşula bilər?
A) təyin
B) xəbər
C) mübtəda
D) tərzi-hərəkət
E) tamamlıq
İcbar fel işlənmiş cümlələri göstərin. 1. Dayım içəri girən kimi bizə acıqlandı və və böyrü üstə aşmış stulu qaldırdı. 2. Usta özünə təzə köynək tikdirirdi. 3. İdarənin bütün sənədlərini yoxlatdırdılar. 4. O, içəri keçib işıqları yandırdı. 5. Hökmdar müqəssiri tutdurdu.
A) 1, 2, 3
B) 1, 5
C) 3, 4, 5
D) 2, 3, 5
E) 2, 4
Aşağıda göstərilənlər hansı üslub üçün səciyyəvidir? 1. Ləhcə xüsusiyyətləri özünü göstərir. 2. İntonasiya, jest-hərəkət aparıcı yer tutur. 3. Nitqin sərbəstliyi mühümdür
A) publisistik
B) məişət
C) rəsmi-işgüzar
D) elmi
E) bədii
1. Söz birləşməsi şəklində olur 2. Sintaktik təhlil zamanı parçalanmır. 3. Tərkibindəki hər bir sözün öz vurğusu olur. 4. Bəziləri ixtisar oluna bilir. Verilən fikirlər hansına aiddir?
A) mürəkkəb adlara
B) feli birləşmələrə
C) frazeoloji birləşmələrə
D) xüsusi isimlərə
E) mürəkkəb sözlərə
“ 1969-cu ildə Nil Armstronq “Apollon-11” gəmisində ayın səthinə enməyə müvəffəq oldu” cümləsindəki hansı ismin yazılışında səhvə yol verilmişdir?
A) “Apollon-11”
B) gəmisində
C) səthinə
D) Armstronq
E) ayın
Hansı fikirlər səhvdir? 1. Oynaq ismi və sifəti eyniköklü omonim sözlərdir. 2. Düzəltmə sözlərin kökü və başlanğıc forması fərqli olur. 3. Eyniköklü sözlər həm morfoloji, həm də sintaktik yolla düzəlir. 4. “Yanacaq” sözünün başlanğıc formasını iki şəkildə düşünmək mümkündür. 5. Kökü omonim olan yağlı, yağış, yağmur sözləri eyniköklüdür.
A) 1, 2, 4
B) 1, 4, 5
C) 3, 5
D) 1, 5
E) 2, 3, 4
Aşağıdakı işgüzar sənədlərdən hansını hazırlayarkən bu tələblər yerinə yetirilməlidir? 1. Sənəd vahid formada yazılır və onu idarə rəhbəri verir. 2. Sənəddə bu və ya digər şəxsin ictimai fəaliyyəti, əxlaqi və siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır. 3. Kimə,kimdən və haraya təqdim olunması göstərilir. 4. Dövlət əhəmiyyətlidirsə, müzakirə olunaraq yoxlanılır. 5. Məsul şəxsin imzası və müəssisənin möhürü vurulur.
A) izahat
B) tərcümeyi-hal
C) protokol
D) ərizə
E) xasiyyətnamə
Xitab haqqında deyilənlərdən biri səhvdir
A) Ey, ay, a kimi nidalarla da işlənir.
B) Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə olunur.
C) Xitab cümlədə xəbərlə uzlaşır.
D) Xitab xüsusi intonasiya ilə cümlə üzvlərindən ayrılır.
E) Müraciət olunan şəxsi bildirir.
Gördünmü, ay bala dedi atan mənim başıma nə oyun açdı – cümləsinin sxemini göstərin:
A) M: ”V”, -m
B) M: “V?”
C) “V, - m, - v?”
D) “V?” – m
E) M:”V, -m,- v”.
Tabesiz mürəkkəb cümlə hansıdır?
A) Ustalarla, tikinti briqadaları ilə danışıqları o aparırdı, daxildəki işlərə rəhbərlik isə Şərafət xanımın əlində idi.
B) Sonra ağzını onun qulağına yaxınlaşdırıb yalnız özünün və oğlunun eşidə biləcəyi bir səslə dedi.
C) Pillələri yavaş-yavaş qalxıb üçüncü mərtəbədə yerləşən mənzilinin qapısı ağzında dayandı və zəngin düyməsini basdı
D) Bunun üçün Salehin sürdüyü maşına əyləşib işsiz adamların iş axtarmaq üçün yığışdıqları yerlərə baş çəkirdi
E) Qəribədir, ona elə gəlirdi ki, elə bu saat, buradaca başına faciəli bir iş gələcək.
Quruluşca mürəkkəb təyin, tamamlıq və zərflik işlənmiş cümlə hansıdır?
A) Onlar bu maşında kimin və nə məqsədlə gəldiyini bilməsələr də onun öz mövqelərinə yaxınlaşmağına imkan yaratmağa çalışırdılar.
B) Şəhərin ən imkanlı adamlarından biri hesab olunan Əlifağanın başqa bir yerdə çox dəbdəbəli bir bağ evi var idi.
C) Vəziyyətin çıxılmaz olduğunu başa düşən gənc kəşfiyyatçı, indi uzanıb qaldığı bu evin qarşısında, düşərgənin asfalt meydançasında, on nəfərdən çox əsgərin üstünə atılmağa məcbur oldu
D) Maşını qol-budaqlı bir palıd ağacının altında saxlayıb dərindən nəfəs aldı.
E) Əsirin belə möcüzəli şəkildə yoxa çıxdığını görən əsgərlər heyrətdən yerlərindəcə donub qaldılar.
Söz sırasının pozulduğu sıranı göstərin:
A) Hünərin var, ağladanda gül görüm.
B) Sən mənə zülm eylədin, mənə zülüm yaraşır...
C) Həyat səni güldürəndə gülmüsən...
D) Düşüb qarış-qarış izinə sənin, Əzbərləyəcəyəm yollarını mən.
E) Qop, ey tufan! əs, ey yel! Xəzan olum, tökülüm
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top