Tapılan ümumi test sayı : 156

Hansı fikir “Hara getsə, əlimdən qurtarmayacaq” və “Nə qədər dil tökürsə, xeyri yoxdur” cümlələrinin hər ikisinə aid edilə bilər?
A) Tabelilik bağlayıcısı ilə bağlanmışdır
B) Bütün xəbərləri frazeoloji birləşmə ilə ifadə olunmuşdur
C) Baş cümlələri budaq cümlədən əvvəl işlənmişdir.
D) Tərkibindəki cümlələr genişdir.
E) Qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədir
Biri tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında işlənən məna əlaqələrinə aid deyil:
A) iştirak
B) zaman
C) səbəb-nəticə
D) bölüşdürmə
E) aydınlaşdırma
Feli birləşmələrin əsas tərəfi nə ilə ifadə olunur?
A) təsriflənməyən fellər ilə
B) idi, imiş, isə hissəcikləri ilə
C) felin arzu və şərt şəkilləri ilə
D) felin təsriflənən formaları ilə
E) felin xəbər şəkli ilə
Qeyri-müəyyən yiyəlik halda olan isim işlənən cümləni tapın:
A) Axşam möhkəm yağış yağdığı üçün məhəllənin küçələri palçıq və su gölməçələri ilə dolmuşdu.
B) Komandiri razı salıb qaranlığın daha da qatılaşmasını gözlədi.
C) Uşaqlarını birdən-birə elə arzuladı ki, gözləri yaşardı
D) Ələmdar da həmin yaşlı kişi kimi səkidən çıxmağa məcbur oldu
E) Yaşamaq arzusu o qədər güclü idi ki, Sabirin qarşısını heç nə ala bilməzdi.
Hansı cümlədə frazeoloji birləşmə “aldatmaq” mənasını verir?
A) Məsmə qaşqabağını sallayıb oturmuşdu.
B) Özünü ələ salırsan, ya məni?
C) Dəyirman bildiyini eylər, çax-çax baş aparar
D) Son vaxtlar ondan gözüm su içmir
E) Yenə kimin gözünə kül üfürürsən?
Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, nağılı bir vaxt Canəli müəllimə Gülrux arvad danışmışdı.
B) O, deyəsən, məni başa düşmədi.
C) O, ömür yolunu azıb, çaşdırıb.
D) O, bu qaçışıyla özündən qaçır
E) O, yenə də yem gətirmək üçün yuvasından aralandı
Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur
A) söz-cümlə
B) adlıq cümlə
C) şəxssiz cümlə
D) ümumi şəxsli cümlə
E) qeyri-müəyyən şəxsli cümlə
Ara sözün işləndiyi cümləni göstərin:
A) Hər dilinə gələn sözü deməli deyilsən
B) Yəqin etdim ki, sən düz demirsən
C) Güman gələn yerləri ələk-vələk etdilər
D) Sənin dediklərin tamamilə düzdür.
E) Düzdür, sənin dediklərinlə mən də razıyam
Həmcins təyinli cümləni göstərin:
A) O, atasının tanış və doğma sifətinə baxaraq, yavaş- yavaş qapıya doğru yeridi.
B) Qaraxanın gözəl, uca qaməti dərddən əyilmişdi.
C) Yox, sən də haqlısan, ey gizli dərdim, Qərəzli, qərəzsiz tələblərinlə
D) Əksinə, çox aydın və sərrast düşünürdü
E) Mərmər ağdır, qəm qara.
“Əsəbiləşmək” sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı sıradadır
A) cin atına minmək, özündən çıxmaq, zəncir çeynəmək
B) hirslənmək, qəzəblənmək, hirsi başına vurmaq
C) ağzına çullu dovşan sığmamaq, gözü düşmək, gözünün odunu almaq
D) dəridən-qabıqdan çıxmaq, canını oda yaxmaq, dərdə düşmək
E) ürəyi istəmək, könlündən keçmək, ürəyi getmək
Tabeli mürəkkəb cümlələrdən birinin budaq cümləsi qeyri-müəyyən şəxsli cümlədir
A) Bu qılınc olmasa yeyərlər məni (S.Vurğun)
B) Yazın əvvəli idi ki, Həmid təzə mənzilə köçdü.
C) Mən evə təzəcə çatmışdım ki, qapını döydülər
D) Ona elə gəldi ki, indicə adını çəkəcəklər
E) Mənə deyirlər ki, bu il yay çox isti keçəcək.
“Yarıq, yaralı, yarğan” sözləri haqqında doğru fikirləri seçin: 1.“yar”felindən yaranmış eyniköklü sözlərdir 2.Sözlərin kökü isimlə omonimdir 3.Sözlərin üçü də feldən düzəlmişdir 4.Sözlər morfoloji üsulla yaranmışdır 5.Sözlərin üçü də ┌┐^ sxeminə uyğundur
A) 1, 4
B) 2, 4, 5
C) 3, 5
D) 1, 2, 4
E) 1, 3, 4
Rəsmi sənədlərin dili üçün səciyyəvi hesab oluna bilməz.
A) fikrin yığcamlığı
B) arxaik leksikanın mühafizəsi
C) geniş izah və analitik şərhdən istifadə
D) fikrin birmənalılığı
E) fikrin hüquqi azadlığı
Mürəkkəb adlardan hansıların birinci tərəfi dırnaq içində yazılmalıdır? 1. İstiqlal ordeni 4. Şəhidlər xiyabanı 2. Müəllim qəzeti 5. Abşeron romanı 3. Milli Ordu 6. Koroğlu operası
A) 2, 4, 5, 6
B) 1, 2, 5, 6
C) 1, 3, 5
D) 1, 3, 5, 6
E) 2, 3, 4
“Sizin sənədlər yoxlananda mən də orada idim” – cümləsində təsriflənməyən felin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
A) sözdə iki leksik, bir qrammatik şəkilçi işlənmişdir
B) təsdiqdədir
C) təsirsizdir
D) quruluşca düzəltmədir
E) feli bağlamadır
Bu iki əməli yazı nümunəsinin başlanğıcı, demək olar ki, eynidir. 1. arayış 3. protokol 5. akt 2. izahat 4. ərizə
A) 3, 5
B) 2, 4
C) 1, 4
D) 4, 5
E) 2, 3
Hansı cümlə mübtəda, tamamlıq, xəbər sxeminə uyğundur?
A) Düzdür, Nazim, sən haqlısan!
B) Düzlük hər zaman qızıldan qiymətli hesab olunur.
C) Lalə məktubun kimə aid olduğunu bilmirdi.
D) Şirin yalandan acı həqiqət yaxşıdır
E) Şərəfli əmək insanı ucaldar.
Mürəkkəb xitab hansıdır?
A) Ey daşlaşan, torpaqlaşan ulu babam!
B) Dinmə, danışma, yat, bala, Sən deyən olmayıb hələ
C) Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
D) Gülüm, heyif sənə, heyiflər mənə, Qoruya bilmədim məhəbbətimi...
E) Ancaq ürəyimdə deyirəm yenə: “Ay ürək, buna da gərək mən dözüm....”
Məntiqi ardıcıllığı tamamlayın. Xülasə, deməli, müxtəsər….
A) deyəsən
B) yəqin
C) qısası
D) bəlkə
E) heyif
Qoca Deməli bütün bunların heç bir əhəmiyyəti yox imiş dedi bütün səylərimiz əbəs imiş – vasitəsiz nitqdə buraxılmış durğu işarələrinin düzgün ardıcıllığı hansı bənddədir?
A) qoşa nöqtə, vergül, vergül, tire, vergül
B) qoşa nöqtə, vergül, tire, vergül, dırnaq
C) qoşa nöqtə, dırnaq, vergül, vergül, dırnaq
D) vergül, vergül, dırnaq, tire, vergül, dırnaq
E) qoşa nöqtə, dırnaq, vergül, vergül, tire, vergül, tire, dırnaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top