Tapılan ümumi test sayı : 156

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Gah göy guruldayıb şimşək çaxır, gah da şiddətli külək əsir, qapı-pəncərəni silkələyirdi.
B) Nə özünü yor, nə də mənə bir söz de.
C) Gah mənə baxırdı, gah da ona.
D) Həm mənimlə razılaşırsan, həm də bildiyini eləyirsən, buna nə ad verək?
E) Sən ya bizimlə qalmalısan, ya da getməlisən.
Baş üzvləri quruluşca mürəkkəb olan cümlə hansı bənddədir?
A) Mərhum akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabında repressiyaya məruz qalmış bir sıra Azərbaycan ziyalılarının həyatından söhbət açılır
B) Qız qalasının möhtəşəm quruluşu Bakıya gələn qonaqları ilk baxışdan valeh edir
C) Sabirin şeirləri “Molla Nəsrəddin” jurnalı vasitəsilə Orta Asiyada, İranda və Türkiyədə də geniş yayılmışdır.
D) Səni ən çox təəccübləndirən onun saymazlığıdır.
E) Qarşıdan gələn tədris ilində baş verəcək yeniliklər haqqında geniş məruzə olundu.
Söz sırasının pozulduğu sıranı göstərin:
A) Görüş – qışdan sonra gələn bahardır..
B) Bu gün mən səni gördüm, Salam vermək istədim. Üzünü yana tutdun......
C) Soyuqluğun könlümə Saldı qara xal, gülüm.
D) “Unut” demək asandır, Mən unuda bilmirəm...
E) Özün getdin, sözün qaldı, Sinəm üstə közün qaldı...
Tabelilik əlaqəsinin hər üç növünün işləndiyi birləşmə hansı bənddədir?
A) çox maraqlı əsər
B) ürəyimdəki sonsuz arzular
C) çətinliklə irəliləmək
D) kitabı maraqla oxuyan
E) körpünün daş arakəsməsi
Yalnız mənsubiyyətə görə dəyişərkən söz kökündən II saiti düşən sözləri seçin: 1. ağıl 3. heyif 5. şəkil 2. zehin 4. ağız 6. ovuc
A) 4, 5, 6
B) 1, 4, 6
C) 2, 4, 6
D) 2, 3, 5
E) 1, 3, 5
“O – sevdadır, hey dolanır başımda…” Altından xətt çəkilmiş söz haqqında verilmiş fikirlərdən biri səhvdir.
A) III şəxsin təkindədir, təsriflənəndir
B) xəbər şəklindədir
C) təsirsizdir
D) təsdiqdədir
E) düzəltmədir, məchul növdədir
A) D
B) B
C) C
D) E
E) A
Mürəkkəb zaman zərfi işlənmiş cümləni müəyyənləşdirin:
A) Onun indi özünü bu cür aparması məni çox narahat edirdi.
B) Saat beşdə onunla burada görüşməli idik.
C) Dünəndən başlayan yağış bu gün günorta kəsdi.
D) Dəfələrlə onu xəbərdar etsəm də mənə qulaq asmadı
E) Evə çatanda mənə zəng edərsən.
Sintaktik yolla düzəlmiş azaltma dərəcəsində olan sifət hansı cümlədədir?
A) Onun şabalıdı və qıvrım saçları sifətinə xüsusi bir yaraşıq verirdi.
B) Ət yaxşı bişməmişdi: ala-çiy idi.
C) Çayın suyu o qədər duru idi ki, orada üzən xırdaca balıqlar aydın görünürdü
D) Açıq qapının arxasından içəridə əyləşən şəxslərin söhbətini aydın eşitmək olurdu
E) Bu söhbət məni az maraqlandırır.
Cəm və hal şəkilçisi qəbul etmiş isimləşən say hansı cümlədədir?
A) Rabitəçi beşinci dəstəyə lazımi məlumatları ötürdü
B) Yorğun olmağımıza baxmayaraq, birinciliyimizi qoruyub saxlaya bildik.
C) Qaçaqların yerini hətta onlara ən yaxın olanlar belə bilmirdilər
D) Bizim alay yüzlərlə düşməni məhv etdi.
E) Onuncuları bir yerə toplayıb sabahkı tədbir haqqında məlumat verdilər.
A) 1, 3
B) 3, 4
C) 2, 4
D) 2, 3
E) 1, 2
“Səncə, o da bizimlə gedəcəkmi?” cümləsində işlənmiş köməkçi nitq hissələrini ardıcıllıqla göstərin.
A) modal söz, bağlayıcı, ədat
B) ədat, qoşma, ədat
C) bağlayıcı, qoşma, modal söz, ədat
D) modal söz, bağlayıcı, qoşma, ədat
E) ədat, bağlayıcı, qoşma
A) 3, 4
B) 2, 3
C) 2, 5
D) 1, 4, 5
E) 2, 3, 5
Hansılara antonim qarşılıq tapmaq olar? 1. cinayət 3. təvazökar 5. daimi 2. zərif 4. təmkin 6. fikir
A) 2, 4, 6
B) 1, 3, 5
C) 1, 2, 3
D) 3, 4, 6
E) 2, 3, 5
Hansı cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub?
A) Ondan kömək umanlara daim əl tutar, yardım göstərərdi.
B) Mənim üçün hər açılan səhər yeni bir başlanğıcdır.
C) İstənilən vəziyyətdən asanlıqla çıxmaq onun adəti idi.
D) İkiüzlü insanlara uyub yuvanı dağıtma!
E) Bu işlərin sonunun yaxşı olacağına inanıram.
Əsl Azərbaycan sözlərinə aid olmayan xüsusiyyətləri seçin: I. Sonu “o”, “ö”, “e” saitləri ilə bitən sözlər II. Söz kökünün əsasən sabit olması III. Sözün “r” hərfi ilə başlaması IV. Sözdə ahəng qanununun gözlənilməsi
A) II, III
B) II, IV
C) I, IV
D) III, IV
E) I, III
Məntiqi ardıcıllığı tamamlayın: lüğəvi, ailəvi, dünyəvi, səmavi,….
A) kütləvi
B) mülki
C) elmi
D) mənəvi
E) dairəvi
İsim və sifət kimi işlənən söz hansıdır?
A) sarıq
B) qalıq
C) sönük
D) işlək
E) oynaq
Vurğusu II hecaya düşən sözlər hansıdır? 1. Avropa 3. qaçarkən 5. məsləkdaş 2. qiraət 4. sapsarı 6. konvensiya
A) 1, 3, 4
B) 2, 4, 6
C) 2, 3, 5
D) 3, 4, 5
E) 1, 3, 6
Səhv yazılmış sözü müəyyənləşdirin
A) əhli-qələm
B) fövqəlbəşər
C) rayihəli
D) laübalı
E) radifikasiya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top