Tapılan ümumi test sayı : 156

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Gah mənə baxırdı, gah da ona.
B) Həm mənimlə razılaşırsan, həm də bildiyini eləyirsən, buna nə ad verək?
C) Gah göy guruldayıb şimşək çaxır, gah da şiddətli külək əsir, qapı-pəncərəni silkələyirdi.
D) Sən ya bizimlə qalmalısan, ya da getməlisən.
E) Nə özünü yor, nə də mənə bir söz de.
Baş üzvləri quruluşca mürəkkəb olan cümlə hansı bənddədir?
A) Sabirin şeirləri “Molla Nəsrəddin” jurnalı vasitəsilə Orta Asiyada, İranda və Türkiyədə də geniş yayılmışdır.
B) Mərhum akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabında repressiyaya məruz qalmış bir sıra Azərbaycan ziyalılarının həyatından söhbət açılır
C) Qız qalasının möhtəşəm quruluşu Bakıya gələn qonaqları ilk baxışdan valeh edir
D) Qarşıdan gələn tədris ilində baş verəcək yeniliklər haqqında geniş məruzə olundu.
E) Səni ən çox təəccübləndirən onun saymazlığıdır.
Söz sırasının pozulduğu sıranı göstərin:
A) Özün getdin, sözün qaldı, Sinəm üstə közün qaldı...
B) Soyuqluğun könlümə Saldı qara xal, gülüm.
C) Bu gün mən səni gördüm, Salam vermək istədim. Üzünü yana tutdun......
D) “Unut” demək asandır, Mən unuda bilmirəm...
E) Görüş – qışdan sonra gələn bahardır..
Tabelilik əlaqəsinin hər üç növünün işləndiyi birləşmə hansı bənddədir?
A) çox maraqlı əsər
B) ürəyimdəki sonsuz arzular
C) çətinliklə irəliləmək
D) körpünün daş arakəsməsi
E) kitabı maraqla oxuyan
Yalnız mənsubiyyətə görə dəyişərkən söz kökündən II saiti düşən sözləri seçin: 1. ağıl 3. heyif 5. şəkil 2. zehin 4. ağız 6. ovuc
A) 1, 3, 5
B) 2, 3, 5
C) 4, 5, 6
D) 2, 4, 6
E) 1, 4, 6
“O – sevdadır, hey dolanır başımda…” Altından xətt çəkilmiş söz haqqında verilmiş fikirlərdən biri səhvdir.
A) düzəltmədir, məchul növdədir
B) III şəxsin təkindədir, təsriflənəndir
C) xəbər şəklindədir
D) təsirsizdir
E) təsdiqdədir
A) E
B) B
C) A
D) D
E) C
Mürəkkəb zaman zərfi işlənmiş cümləni müəyyənləşdirin:
A) Dünəndən başlayan yağış bu gün günorta kəsdi.
B) Dəfələrlə onu xəbərdar etsəm də mənə qulaq asmadı
C) Saat beşdə onunla burada görüşməli idik.
D) Evə çatanda mənə zəng edərsən.
E) Onun indi özünü bu cür aparması məni çox narahat edirdi.
Sintaktik yolla düzəlmiş azaltma dərəcəsində olan sifət hansı cümlədədir?
A) Ət yaxşı bişməmişdi: ala-çiy idi.
B) Çayın suyu o qədər duru idi ki, orada üzən xırdaca balıqlar aydın görünürdü
C) Onun şabalıdı və qıvrım saçları sifətinə xüsusi bir yaraşıq verirdi.
D) Açıq qapının arxasından içəridə əyləşən şəxslərin söhbətini aydın eşitmək olurdu
E) Bu söhbət məni az maraqlandırır.
Cəm və hal şəkilçisi qəbul etmiş isimləşən say hansı cümlədədir?
A) Onuncuları bir yerə toplayıb sabahkı tədbir haqqında məlumat verdilər.
B) Rabitəçi beşinci dəstəyə lazımi məlumatları ötürdü
C) Bizim alay yüzlərlə düşməni məhv etdi.
D) Qaçaqların yerini hətta onlara ən yaxın olanlar belə bilmirdilər
E) Yorğun olmağımıza baxmayaraq, birinciliyimizi qoruyub saxlaya bildik.
A) 2, 4
B) 1, 3
C) 1, 2
D) 3, 4
E) 2, 3
“Səncə, o da bizimlə gedəcəkmi?” cümləsində işlənmiş köməkçi nitq hissələrini ardıcıllıqla göstərin.
A) modal söz, bağlayıcı, qoşma, ədat
B) modal söz, bağlayıcı, ədat
C) bağlayıcı, qoşma, modal söz, ədat
D) ədat, qoşma, ədat
E) ədat, bağlayıcı, qoşma
A) 2, 3, 5
B) 1, 4, 5
C) 2, 5
D) 3, 4
E) 2, 3
Hansılara antonim qarşılıq tapmaq olar? 1. cinayət 3. təvazökar 5. daimi 2. zərif 4. təmkin 6. fikir
A) 1, 2, 3
B) 2, 3, 5
C) 2, 4, 6
D) 1, 3, 5
E) 3, 4, 6
Hansı cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub?
A) Bu işlərin sonunun yaxşı olacağına inanıram.
B) Ondan kömək umanlara daim əl tutar, yardım göstərərdi.
C) Mənim üçün hər açılan səhər yeni bir başlanğıcdır.
D) İkiüzlü insanlara uyub yuvanı dağıtma!
E) İstənilən vəziyyətdən asanlıqla çıxmaq onun adəti idi.
Əsl Azərbaycan sözlərinə aid olmayan xüsusiyyətləri seçin: I. Sonu “o”, “ö”, “e” saitləri ilə bitən sözlər II. Söz kökünün əsasən sabit olması III. Sözün “r” hərfi ilə başlaması IV. Sözdə ahəng qanununun gözlənilməsi
A) I, III
B) II, IV
C) II, III
D) I, IV
E) III, IV
Məntiqi ardıcıllığı tamamlayın: lüğəvi, ailəvi, dünyəvi, səmavi,….
A) elmi
B) mülki
C) dairəvi
D) kütləvi
E) mənəvi
İsim və sifət kimi işlənən söz hansıdır?
A) sarıq
B) oynaq
C) qalıq
D) sönük
E) işlək
Vurğusu II hecaya düşən sözlər hansıdır? 1. Avropa 3. qaçarkən 5. məsləkdaş 2. qiraət 4. sapsarı 6. konvensiya
A) 2, 3, 5
B) 2, 4, 6
C) 1, 3, 6
D) 1, 3, 4
E) 3, 4, 5
Səhv yazılmış sözü müəyyənləşdirin
A) rayihəli
B) əhli-qələm
C) radifikasiya
D) fövqəlbəşər
E) laübalı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top