Tapılan ümumi test sayı : 156

“Bütün bunlar ona görədir ki, sən daha firavan yaşayasan” mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin.
A) qarşılıq-güzəşt
B) məqsəd
C) xəbər
D) tamamlıq
E) səbəb
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri hansı yollarla bağlanır? 1. bağlayıcı sözlə                   2. intonasiya ilə 3. tabesizlik bağlayıcıları ilə   4. –sa2 şəkilçisi və ədatla
A) 2, 4
B) 1, 2
C) 1, 3
D) 2, 3
E) 1, 4
Məişət üslubu üçün səciyyəvi deyil
A) Ancaq şifahi şəkildə mövcudluğu
B) Daha çox geniş və bütöv cümlələrdən istifadə
C) dialoji nitq şəklində olması
D) intonasiya, jest və mimikadan istifadə
E) nitqin sərbəstliyi və təbiiliyi
Hansı cümlədə “ki” bağlayıcı kimi işlənməmişdir? (Durğu işarələri işlənməyi
A) Əhmədə demişəm ki, vaxtında gəlsin.
B) Çalış ki yanılmayasan.
C) Elə danış ki hamımız başa düşək.
D) Mən ki damdan-bacadan baxmaz idim...
E) Gül ki qəlbim gülsün.
Qeyri-müəyyən yiyəlik halda olan söz hansı cümlədədir?
A) Günəşli hava olmasına baxmayaraq, payızın soyuğu özünü göstərirdi.
B) Nəhayət, qolundakı kəndir didilib nazildi və qırıldı.
C) Amma bu qələbələr heç də asanlıqla başa gəlmirdi.
D) Yerində fırlanıb güzgü qırıntılarının üstündə kürəyi üstə uzandı.
E) Onda Saleh bu qızın kim olduğunu bilmirdi.
Hansı cümlədə frazeoloji birləşmə “mürgüləmək” mənasını verir?
A) Ən maraqlısı da bu idi ki, camaatın gözünə kül üfürürdü.
B) Yüz dəfə demişəm ki, mənasız söhbətlərə görə gözünün suyunu axıtma!
C) Bir anlıq yorğunluqdan sim kimi gərilmiş bədənini rahatlamaq, gözlərinin acısını almaq istəyirdi.
D) Ananın gözləri yol çəkirdi.
E) Eşitdiyi dəhşətli xəbərdən gözləri qaraldı, beyni dumanlandı.
Qeyri-müəyyən şəxsli cümləni göstərin:
A) Elə bil onlar mənə dünyanı verdilər.
B) Etdiyi səhvləri düzəltmək üçün artıq çox gec idi.
C) Həyatı boyu onun fikri, xəyalı ilə yaşadı.
D) Onlar bu sözləri dərhal Qacara çatdırdılar.
E) Gecə saat ikidə bizi təcili trestə çağırdılar.
Nitqin hissələri arasında əlaqəni bildirən ara sözü göstərin:
A) ehtimal ki
B) deyilənə görə
C) doğrudan da
D) birincisi
E) heyif
“Sən ellər toyusan, ellər bayramı” – cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?
A) cəm şəkilçisi
B) şəxs şəkilçisi
C) zaman şəkilçisi
D) mənsubiyyət şəkilçisi
E) hal şəkilçisi
Frazeoloji birləşmənin həm özü, həm də onun frazeoloji sinonimi və antonimi hansı sıradadır?
A) boğaza yığılmaq, təngə gəlmək, cana doymaq
B) cana doymaq, boğaza yığılmaq, ləzzət almaq
C) təngə gəlmək, cana doymaq, can vermək
D) baş sındırmaq, ölçüb-biçmək, düşünüb-daşınmaq
E) can almaq, öldürmək, yaşatmaq
Hansı fellər təsirlidir? 1. çıxmaq 3. razılaşmaq 5. geyinmək 2. başa salmaq 4. inandırmaq
A) 3, 4, 5
B) 1, 4, 5
C) 2, 3, 5
D) 2, 4, 5
E) 1, 3, 4
“Onun hələ xəbəri yox idi ki” baş cümləsinə hansı budaq cümlə qoşula bilər?
A) yer
B) mübtəda
C) tamamlıq
D) zaman
E) xəbər
Eyniköklü sözlərə aid düzgün fikirləri müəyyən edin. 1. Eyni bir sözdən əmələ gəlir. 2. Həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olur. 3. Üzgün, üzücü, üzgüçü eyniköklü sözlərdir. 4. Eyniköklü sözlər həm leksik, həm də qrammatik şəkilçilər vasitəsilə düzəlir. 5. Eyniköklü sözlər quruluşca düzəltmə olur.
A) 2, 4, 5
B) 1, 3, 4
C) 2, 3, 5
D) 1, 3, 5
E) 1, 2, 5
Bu üslub üçün həm qəzəbli, həm sakit, təmkinli, həm təsviri, həm də analitik dil xarakterikdir. Söhbət hansı üslubdan gedir?
A) rəsmi-işgüzar
B) bədii
C) elmi
D) publisistik
E) məişət
Hansı mürəkkəb adın yazılışı səhvdir?
A) Azərbaycan Respublikasının Nazirlər Kabineti
B) Bakı Şəhər İcra Hakimiyyəti
C) Orxon-Yenisey kitabələri
D) Orta paleolit dövrü
E) Azərbaycan Teleqraf Agentliyi
Xüsusiyyətlər hansı əməli yazı növünə aiddir? 1. Kimə verilir. Onun adı, atasının adı, soyadı və vəzifəsi. 2. Onu verən şəxs və ya təşkilat. 3. Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu. 4. Məsul olan şəxsin imzası. 5. Verildiyi tarix. 6. Məsuliyyət daşıyan şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi.
A) akt
B) ərizə
C) arayış
D) protokol
E) vəkalətnamə
“Bir az sonra isə bir-birinə düşmən kəsilmiş ailələr xəstəxananın həyətində yenidən üz-üzə gəlməli oldular” – cümləsinin sintaktik təhlili ilə bağlı doğru cavabı tapın:
A) İki təyin işlənmişdir.
B) Cümlədə 2 zaman, 2 tərzi-hərəkət zərfliyi var.
C) Xəbər vacib şəklində olan fellə ifadə olunmuşdur.
D) Təyin feli sifət tərkibi ilə ifadə olunmuşdur.
E) Baş üzvlərin hər ikisi mürəkkəbdir
Xitabla bağlı fikirlərdən biri səhvdir
A) Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur
B) Yalnız isimlə və ismi birləşmələrlə ifadə olunur.
C) Diqqəti cəlb etmək, nitqi qüvvətləndirmək məqsədi daşıyır.
D) Xüsusi intonasiya ilə deyilir
E) Cümlədə müraciət bildirən sözə və ya söz birləşməsinə deyilir
Məntiqi ardıcıllığı tamamlayın. Bəlkə, ola bilsin ki, yəqin…
A) demək
B) görünür
C) deyilənə görə
D) düzü
E) təəssüf
O, sakitcə yaralı zabitə yaxınlaşıb Özünüzü necə hiss edirsiniz yaralarınız əziyyət vermir ki deyə soruşdu – vasitəsiz nitqdə hansı durğu işarələri buraxılmışdır?
A) qoşa nöqtə, 1 tire, 3 vergül, 1 sual işarəsi və dırnaqlar
B) qoşa nöqtə, 1 tire, 1 vergül, 1 sual işarəsi və dırnaqlar
C) qoşa nöqtə, 2 tire, 1 vergül, 1 sual işarəsi və dırnaqlar
D) qoşa nöqtə, 2 tire, 2 vergül, 1 sual işarəsi və dırnaqlar
E) qoşa nöqtə, 3 tire, 3 vergül, 1 sual işarəsi və dırnaqlar
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top