Tapılan ümumi test sayı : 156

İntonasiya əlaqəsi ilə düzəlmiş qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə hansdır?
A) Həddən artıq kədərli olmasına baxmayaraq, bunu ətrafdakılara sezdirməməyə çalışırdı
B) Çox həyəcanlandı, lakin bir kəlmə belə demədi.
C) Lalə müharibəyə getmiş atasının yolunu çox gözlədi, bir xəbər çıxmadı
D) Səfərə hazırlaşsaq da, gedə bilmədik
E) Qış çoxdan gəlmişdi, havalar isə hələ də xoş keçirdi.
Bütün üzvləri mürəkkəb olan cümləni göstərin.
A) Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını Azərbaycan dilinə Rəsul Rza tərcümə etmişdir.
B) Bizim əsas məqsədimiz vətən torpaqlarını düşməndən azad etməkdir
C) Sabirin satiraları dövrün ən mühüm sosial-siyasi münasibətlərini, müxtəlif ictimai baxışları canlı bir şəkildə əks etdirir
D) XIII əsrdə ana dilimizdə ilk şeir nümunələrini yaradan sənətkar İzzəddin Həsənoğludur.
E) Böyük sənətkar simvollarla, rəmzlərlə zəmanəsindəki haqsızlığa, ikiüzlülüyə kəskin nifrətini bildirir
Söz sırasının pozulmadığı sıranı göstərin.
A) Düzlərdə bürküdən solur gül-çiçək,
B) Bəlkə gözləmədik bu xoş görüşü,
C) Yaman qəribədir dünyanın işi.
D) Biz ki öyrənmişik hicrana artıq...
E) Çiçəyə dərd olmur, düzə dərd olur.
Tabelilik əlaqəsinin hər üç növünün işləndiyi birləşmə hansı bənddədir?
A) Böyük Çin səddi
B) ən ülvi duyğular
C) yaşanmış xoş xatirələr
D) onun böyük ürəyi
E) get-gedə yüksəlmək
Yalnız mənsubiyyətə görə dəyişərkən söz kökündən II saiti düşən sözləri seçin. 1. sinif  3. beyin  5. boyun  2. ağıl  4. fikir  6. ömür
A) 1, 3, 6
B) 2, 3, 5
C) 2, 4, 5
D) 1, 5, 6
E) 3, 4, 5
..Ömür qala-qala, gün qala-qala “Əlvida” deyəsən doğma bir yola.. Altından xətt çəkilmiş söz haqqında hansı fikir səhvdir?
A) sadədir, məlum növdədir
B) təsriflənəndir
C) şərt şəklindədir
D) II şəxsin təkindədir
E) işin arzu olunduğunu bildirir
“Çəkilişdəyik” sözünün tərkibinə görə təhlili hansı sxemə uyğundur?
A) E
B) D
C) C
D) B
E) A
Mürəkkəb tərzi-hərəkət zərfi işlənmiş cümləni müəyyənləşdirin
A) Elə gəlsin, elə getsin, Aralıqda söz olmasın
B) Qız qeyri-ixtiyari əlindəki kağızları masanın üstünə qoydu
C) Hərdən axşamlar bizə gələr, oturub dərdləşərdi
D) Nazim sevinə-sevinə əlindəki sənədləri mənə uzatdı.
E) Mən bu anı səbirsizliklə gözləyirdim.
Hansı cümlədə morfoloji yolla düzəlmiş azaltma dərəcəsində olan sifət işlənmişdir?
A) Gümüş kəmərin üstündəki xırdaca qaşlar günəş şöləsi düşdükcə par-par parıldayırdı
B) Açıq-sarı işıqların şöləsi otağa xüsusi bir görünüş verirdi
C) Həyatın çətin sınaqları onu daha da möhkəmləndirmiş, iradəli bir insana çevirmişdi.
D) Qarşıdan gələn maşınların gur işıqları onun gözlərini qamaşdırır, yolu aydın seçməyə imkan vermirdi.
E) Tünd-qara gözləri ağımtıl sifətinə çox yaraşır, onu yaşından xeyli cavan göstərirdi.
Həm mənsubiyyət. həm də hal şəkilçisi qəbul etmiş isimləşən sıra sayı hansı cümlədədrr?
A) Səkkizinci palatanın qapısı hələ də açıq idi.
B) Beşincilər hamını heyran etdilər
C) Bir-birimizi görmədiyimiz anlar geridə qaldı.
D) Birini ona gətirmişəm
E) İkincisindən çox narazıyam
        Bu dünyanın əlifbası – məhəbbət! Ən ilk nəğmə, ən ilk yazı məhəbbət! İşarələnmiş hansı əvəzliklərdən sonra vergül işarəsi qoyulmalıdır?
A) 1; 2; 5
B) 2; 4; 5
C) 1; 3; 4
D) 1; 3
E) 4; 5
Düşündüm, ayrılıq gələndən bəri, Sən mənim eşqimə çıraq olasan. Onunçün verdinmi mənə göyləri, Məndən göylər qədər uzaq olasan?! Nümunədə işlənmiş köməkçi nitq hissələri hansı bənddə düzgün verilmişdir?
A) 1 qoşma, 2 bağlayıcı, 1 ədat
B) 1 qoşma, 1 bağlayıcı, 1 ədat
C) 3 qoşma, 1 ədat
D) 3 qoşma, 1 bağlayıcı
E) 2 qoşma, 1 bağlayıcı
İtsin mənim gözlərimdən ilim-ilim!…. Mənsubiyyət şəkilçili sözləri seçin.
A) 4, 6
B) 1,4, 5
C) 4, 5
D) 3, 5, 6
E) 3, 5
Hansılara antonim qarşılıq tapmaq olar? 1. dəcəl 3. hövsələsiz 5. məhlul 2. nəfəs 4. ehtiyat 6. narahat
A) 1, 3, 5
B) 3, 4, 5
C) 1, 3, 6
D) 2, 3, 5
E) 2, 4, 6
Hansı cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub?
A) Başladığı iş yarımçıq qaldı
B) El bilir, uşaqlıqdan o naxələf olmayıb
C) Bilirdim ki, o, çox dözümsüz və iradəsizdir
D) Başı işə elə qarışırdı ki, axşamın düşməsindən belə xəbəri olmurdu
E) O, könlündən keçənləri heç kəsə demədi
Əsl Azərbaycan sözlərinə xas olan xüsusiyyətləri seçin: I. Vurğunun son hecanın üzərinə düşməsi II. Eynicinsli qoşa saitlərin işlənməsi III. Ahəng qanununun gözlənilməsi IV. Söz kökünün dəyişkən olması
A) I, III
B) I, IV
C) III, IV
D) I, II
E) II, III
Məntiqi ardıcıllığı tamamlayın. kütləvi, əşyəvi, əyani, riyazi….
A) nümunəvi
B) qiyabi
C) coğrafi
D) qələvi
E) kimyəvi
İsim və fel kimi işlənə bilən söz hansıdır?
A) sağ
B) buruq
C) yaş
D) sarı
E) çat
Vurğusu II hecaya düşən sözlər hansıdır? 1. bayaq  3. daxilən  5. igidcəsinə  2. opera 4. İngiltərə 6. həvəslə
A) 1, 4, 6
B) 4, 5, 6
C) 2, 4, 5
D) 3, 5, 6
E) 1, 2, 3
Səhv yazılmış sözü müəyyənləşdirin.
A) koalisiya
B) leykomiya
C) əhliləşdirmək
D) dəm-dəsgah
E) laureat
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top