Tapılan ümumi test sayı : 115

1. nuklein turşusuna malik olmaq 2. zülal sintez etmək 3. zülala malik olmaq 4. hüceyrə orqanoidlərinə malik olmaq Göstərilənlərdən hansı bütün bakteriya, virus və ibtidai orqanizmlər üçün xarakterikdir?
A) 1, 3
B) 1, 2, 3
C) 1, 2, 3, 4
D) 2, 3
Müasir hüceyrə nəzəriyyəsinin 4-cü müddəası göstərilən canlılardan hansına aid edilə bilməz?
A) bakteriyalara
B) şibyələrə
C) papaqlı göbələklərə
D) ali heyvanlara
E) ali bitkilərə
Əgər DNT molekulunda olan bütün adenin nukleotidlərin-x ilə, quanın nukleotidlərini isə -y ilə işarə etsək, onda bu molekulda olan bütün nukleotidlərin cəmini necə hesablamaq olar?
A) x+y
B) 2x+y
C) 2x+3y
D) x+2y
E) 2(x+y)
Refleks qövsünün keçdiyi yolun ardıcıllığı hansı cavabda düzgün göstərilmişdir? 1. Hərəki sirir lifi 2. Hissi sinir lifi 3. İşçi orqan 4. Reseptor 5. Mərkəzi sinir sistemi
A) 3, 5, 1, 2, 4
B) 4, 1, 5, 3, 2
C) 4, 2, 5, 1, 3
D) 2, 4, 1, 3, 5
E) 1, 3, 5, 4, 2
Həm prokariotlar, həm də eukariotlar üçün səciyyəvi olan:
A) RNT, mitoxondrilər
B) plastidlər, sentriollar
C) sentriollar, formalaşmış nüvə
D) DNT, ribosomlar
E) mitoxondrilər, formalaşmış nüvə
Ev milçəyinin yönəldici cisimciyinin xromosom sayı 6-dır. Bu orqanizmin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom,neçə xro matid olur?
A) 12 xromosom, 24 xromatid
B) 6 xromosom,12 xromatid
C) 12 xromosom, 12 xromatid
D) 24 xromosom, 24 xromatid
E) 6 xromosom, 6 xromatid
Şibyənin bədəni hansı canlılardan təşkil olunmuşdur?
A) yalnız psilofitdən
B) plaun və qatırquyruğundan
C) göbələk və yosundan
D) mukor və penisildən
E) mamır rvə qıcıdan
Yarpaq saplağı olmayan bitkilərin sırasını göstərin:
A) üzüm, alma, aqava
B) aloya, aqava, kətan
C) tut, gavalı, ərik
D) arpa, buğda, əncir
E) əncir, alma, albalı
İnsan genetikasını öyrənən hansı üsulun əsasında nəsil şəcərəsinin öyrənilməsi durur?
A) ekizlik
B) hibridoloji
C) sitogenetik
D) genealoji
E) biokimyəvi
Hansı azotlu əsasların kütlələri cəmi daha azdır?
A) quanin+timin
B) sitozin+timin
C) quanin +sitozin
D) adenin+timin
E) sitozin+adenin
Hər hansı populyasiya üçün mülahizələrdən hansı doğrudur?
A) fərdləri həmin növün bir populyasiyasından digərinə keçə bilər
B) müxtəlif növlərin fərdlərindən təşkil olunub
C) həmin populyasiyanın bütün fərdlərində genlər eynidir
D) fərdləri arasında yaşamaq uğrunda mübarizə getmir
E) fərdləri bir-biriləri ilə sərbəst çarpazlaşa bilmirlər
Aşağıda verilən orqanizmlərin hansına hüceyrə nəzəriyyəsini tətbiq etmək olmaz?
A) göbələklərə
B) bakteriyalara
C) göy-yaşıl yosunlara
D) bakteriofaqlara
E) bitkilərə
Əgər orqanizmdə hemoqlobin zülalının əmələ gəlməsi dayansaydı,ilk növbədə nə baş verərdi?
A) lizasomun funksiyaları pozulardı
B) orqan və toxumalarda oksigen çatışmazlığı baş verərdi
C) ribosomların funksiyası pozulardı
D) zülalın inşaat funksiyası pozulardı
E) zülalın siqnal funksiyası pozulardı
Heyvanların sistematik qruplarının düzgün ardıcıllığını göstərin:
A) növ, cins, dəstə, fəsilə, sinif, tip
B) şöbə, sinif, dəstə, fəsilə, cins, növ
C) tip, sinif, dəstə, fəsilə, cins, növ
D) sinif, sıra, şöbə, fəsilə, cins, növ
E) şöbə, sinif, sıra, fəsilə ,cins, növ
İnsanın qan-damar sistemində taylı qapaqlar zədələnərsə, nə baş verər?
A) qan qulaqcıqlardan geriyə –venalara axar
B) qan ağciyər arteriyasından, geriyə- mədəciyə axar
C) venalarda qan əks istiqamətdə hərəkət edər
D) qan ürəyin mədəciklərindən geriyə-qulaqcıqlara axar
E) qan aortadan geriyə-mədəciyə axar
İnsanda ətrafların skelet əzələləri hansı qru plara bölünür?
A) qaldırıcı və endirici
B) bükücü və açıcı
C) bükücü və sıxıcı
D) açıcı və dartıcı
E) dartıcı və sıxıcı
İnsanda asqırma və öskürmə mərkəzləri baş beynin hansı şöbəsində yerləşir?
A) uzunsov beyində
B) beyincikdə
C) beyin yarımkürələrində
D) orta beyində
E) ara beyində
Əgər 14 yaşlı insanın üst çənəsindəki köpək dişləri çıxardılarsa, 24-25 yaşlarında onun normada neçə dişi olar?
A) 28
B) 30
C) 22
D) 26
E) 20
Qurbağaların arxa bağırsağı bilavasitə hara açılır?
A) bədən boşluğuna
B) kloakaya
C) qana
D) dəri altına
E) xarici mühitə
Hansı həşəratın inkişafı natamam çevrilmə ilə gedir?
A) çəyirtkənin
B) peyin böcəyinin
C) qarışqanın
D) ipəkqurdunun
E) birənin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top