Tapılan ümumi test sayı : 115

1. nuklein turşusuna malik olmaq 2. zülal sintez etmək 3. zülala malik olmaq 4. hüceyrə orqanoidlərinə malik olmaq Göstərilənlərdən hansı bütün bakteriya, virus və ibtidai orqanizmlər üçün xarakterikdir?
A) 1, 3
B) 1, 2, 3, 4
C) 1, 2, 3
D) 2, 3
Müasir hüceyrə nəzəriyyəsinin 4-cü müddəası göstərilən canlılardan hansına aid edilə bilməz?
A) ali heyvanlara
B) şibyələrə
C) bakteriyalara
D) papaqlı göbələklərə
E) ali bitkilərə
Əgər DNT molekulunda olan bütün adenin nukleotidlərin-x ilə, quanın nukleotidlərini isə -y ilə işarə etsək, onda bu molekulda olan bütün nukleotidlərin cəmini necə hesablamaq olar?
A) x+2y
B) 2x+y
C) 2x+3y
D) 2(x+y)
E) x+y
Refleks qövsünün keçdiyi yolun ardıcıllığı hansı cavabda düzgün göstərilmişdir? 1. Hərəki sirir lifi 2. Hissi sinir lifi 3. İşçi orqan 4. Reseptor 5. Mərkəzi sinir sistemi
A) 3, 5, 1, 2, 4
B) 4, 2, 5, 1, 3
C) 1, 3, 5, 4, 2
D) 4, 1, 5, 3, 2
E) 2, 4, 1, 3, 5
Həm prokariotlar, həm də eukariotlar üçün səciyyəvi olan:
A) plastidlər, sentriollar
B) sentriollar, formalaşmış nüvə
C) mitoxondrilər, formalaşmış nüvə
D) RNT, mitoxondrilər
E) DNT, ribosomlar
Ev milçəyinin yönəldici cisimciyinin xromosom sayı 6-dır. Bu orqanizmin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom,neçə xro matid olur?
A) 6 xromosom,12 xromatid
B) 6 xromosom, 6 xromatid
C) 24 xromosom, 24 xromatid
D) 12 xromosom, 12 xromatid
E) 12 xromosom, 24 xromatid
Şibyənin bədəni hansı canlılardan təşkil olunmuşdur?
A) mukor və penisildən
B) yalnız psilofitdən
C) plaun və qatırquyruğundan
D) mamır rvə qıcıdan
E) göbələk və yosundan
Yarpaq saplağı olmayan bitkilərin sırasını göstərin:
A) üzüm, alma, aqava
B) aloya, aqava, kətan
C) arpa, buğda, əncir
D) əncir, alma, albalı
E) tut, gavalı, ərik
İnsan genetikasını öyrənən hansı üsulun əsasında nəsil şəcərəsinin öyrənilməsi durur?
A) biokimyəvi
B) hibridoloji
C) ekizlik
D) sitogenetik
E) genealoji
Hansı azotlu əsasların kütlələri cəmi daha azdır?
A) quanin+timin
B) quanin +sitozin
C) adenin+timin
D) sitozin+adenin
E) sitozin+timin
Hər hansı populyasiya üçün mülahizələrdən hansı doğrudur?
A) fərdləri bir-biriləri ilə sərbəst çarpazlaşa bilmirlər
B) fərdləri arasında yaşamaq uğrunda mübarizə getmir
C) fərdləri həmin növün bir populyasiyasından digərinə keçə bilər
D) müxtəlif növlərin fərdlərindən təşkil olunub
E) həmin populyasiyanın bütün fərdlərində genlər eynidir
Aşağıda verilən orqanizmlərin hansına hüceyrə nəzəriyyəsini tətbiq etmək olmaz?
A) bakteriofaqlara
B) göbələklərə
C) bitkilərə
D) göy-yaşıl yosunlara
E) bakteriyalara
Əgər orqanizmdə hemoqlobin zülalının əmələ gəlməsi dayansaydı,ilk növbədə nə baş verərdi?
A) zülalın inşaat funksiyası pozulardı
B) ribosomların funksiyası pozulardı
C) orqan və toxumalarda oksigen çatışmazlığı baş verərdi
D) zülalın siqnal funksiyası pozulardı
E) lizasomun funksiyaları pozulardı
Heyvanların sistematik qruplarının düzgün ardıcıllığını göstərin:
A) tip, sinif, dəstə, fəsilə, cins, növ
B) sinif, sıra, şöbə, fəsilə, cins, növ
C) şöbə, sinif, dəstə, fəsilə, cins, növ
D) şöbə, sinif, sıra, fəsilə ,cins, növ
E) növ, cins, dəstə, fəsilə, sinif, tip
İnsanın qan-damar sistemində taylı qapaqlar zədələnərsə, nə baş verər?
A) qan qulaqcıqlardan geriyə –venalara axar
B) qan ağciyər arteriyasından, geriyə- mədəciyə axar
C) venalarda qan əks istiqamətdə hərəkət edər
D) qan ürəyin mədəciklərindən geriyə-qulaqcıqlara axar
E) qan aortadan geriyə-mədəciyə axar
İnsanda ətrafların skelet əzələləri hansı qru plara bölünür?
A) dartıcı və sıxıcı
B) bükücü və açıcı
C) qaldırıcı və endirici
D) açıcı və dartıcı
E) bükücü və sıxıcı
İnsanda asqırma və öskürmə mərkəzləri baş beynin hansı şöbəsində yerləşir?
A) ara beyində
B) beyincikdə
C) beyin yarımkürələrində
D) orta beyində
E) uzunsov beyində
Əgər 14 yaşlı insanın üst çənəsindəki köpək dişləri çıxardılarsa, 24-25 yaşlarında onun normada neçə dişi olar?
A) 28
B) 22
C) 20
D) 26
E) 30
Qurbağaların arxa bağırsağı bilavasitə hara açılır?
A) xarici mühitə
B) bədən boşluğuna
C) kloakaya
D) dəri altına
E) qana
Hansı həşəratın inkişafı natamam çevrilmə ilə gedir?
A) çəyirtkənin
B) qarışqanın
C) birənin
D) peyin böcəyinin
E) ipəkqurdunun
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top