Tapılan ümumi test sayı : 115

Hansı sırada göstərilmiş xordalı heyvanlarda xorda bütün ömrü boyu qalır?
A) neştərçə,nərə, bölgə
B) xanı, nərə, qızılbalıq
C) çəki, çapaq, neştərçə
D) nərə, qaya, çəki
E) həşəm, durna, naxa
«Karion» sözünün yunan dilindən tərcüməsi:
A) ribosom
B) qılaf
C) daraq
D) nüvə
E) hüceyrə
Göstərilənlərdən hansı yalnız canlı orqanizmə düşdükdə öz həyat funksiyasını yerinə yetirə bilir?
A) göbələk
B) göy-yaşıl yosun
C) bakteriya
D) bitki
E) virus
Hidrofob maddələri göstərin:
A) qlükoza
B) qələvilər
C) sellüloza
D) duzlar
E) turşular
İnsanda baş beynin hansı şöbəsi səmtləşdirmə reflekslərini tənzimləyir?
A) ara beyin
B) orta beyin
C) böyük yarımkürələr
D) beyincik
E) uzunsov beyin
Qidada əsasən hansı vitaminin çatışmaması uşaqlarda sümükləşmə prosesinin pozulmasına səbəb olur?
A) A
B) D
C) B2
D) B1
E) C
Əhlliləşdirilmiş cücü:
A) qarışqa
B) tut ipəkqurdu
C) məzar böcəyi
D) ev milçəyi
E) kələm kəpənəyi
«İxtiozavr» sözünün dilimizdəki mənası:
A) kərtənkələ
B) uçan kələz
C) balıq- kələz
D) yırtıcı
E) dəhşətli kələz
Hansı torpaqlarda şibyə olmur?
A) şumlanmamış
B) gilli
C) şoran
D) qumlu
E) şumlanmış
Örtülütoxumlular şöbəsinə nə qədər növ daxildir?
A) 750
B) 11500
C) 55000
D) 250000
E) 40000
Əgər günəbaxan toxumlarını kağızın üzərində əzsək kağızın üzərində ləkələr qalacaq. Bu təcrübə ilə nəyi sübut etmək olar?
A) toxumun tərkibində zülalın olduğunu
B) toxumun tərkibində mineral duzların olduğunu
C) toxumun tərkibində şəkərin olduğunu
D) toxumun tərkibində yağın olduğunu
E) toxumun tərkibində nişastanın olduğunu
Tropik bitkilər:
A) feyxoa, narıngi, portağal, limon
B) əncir, tut, nar, zeytun
C) kofe, hind qozu palması, avakado, banan
D) nar, kakao, hind qozu palması, əncir
E) albalı, kivi, gilas, alça
Balıqlarda orta beyin baş beynin hansı şöbəsinin üzərini örtür?
A) aralıq beynin və beyinciyin
B) beyinciyin
C) uzunsov beynin
D) ön beynin
E) aralıq beynin
May böcəyinin birinci döş buğumunda neçə cür hərəkət orqanı var?
A) 4
B) 0
C) 3
D) 2
E) 1
Aşağıdakılardan hansı insanın aşağı ətraf qurşağı sümüklərinə aiddir?
A) said sümüyü
B) körpücük sümüyü
C) çanaq sümüyü
D) bud sümüyü
E) alt çənə sümüy
İlanın yönəldici cisimciyinin xromosom sayı 7-dir. Bu orqanizmin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom, neçə xromatid olur?
A) 7 xromosom,14 xromatid
B) 7 xromosom, 7 xromatid
C) 14 xromosom, 28 xromatid
D) 28 xromosom, 28 xromatid
E) 14 xromosom, 14 xromatid
İnsan orqanizminin hansı toxuma qrupunun hüceyrələri yalançı ayaqlar əmələ gətirə bilir?
A) sinir
B) əzələ
C) birləşdirici
D) sümük
E) epiteli
Hüceyrənin hansı başlıca kimyəvi maddələrinin adı onun əmələ gəldiyi quruluşla bağlıdır?
A) suyun
B) karbohidratların
C) nuklein turşularının
D) yağların
E) zülalların
64 dəqiqə ərzində ürəyin mədəciklərinin sistolasına (yığılmasına) nə qədər vaxt sərf olunur?
A) 58 dəqiqə
B) 35 dəqiqə
C) 24 dəqiqə
D) 30 dəqiqə
E) 40 dəqiqə
Quşlarda onurğa sütunu hansı şöbələrə bölünür?
A) qurşaq skeleti, ətrafların skeleti, bel,oma
B) çanaq, cəngəl, bel, oma
C) boyun, döş, bel, oma, quyruq
D) kürək sümükləri, qarğa sümükləri, kəllə, pəncə lüləsi
E) boyun, pəncə lüləsi, fəqərə, qurşaq skeleti, qarğa sümükləri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top