Tapılan ümumi test sayı : 115

Əgər anаdonta böyük göl ilbizinin tənəffüs orqanınna malik olsaydı, onda:
A) çanağa malik olmazdı
B) ifrazat prosesi pozulardı
C) maddələr mübadiləsi getməzdi
D) qidalanma və tənəffüs prosesi eyni vaxtda getməzdi
E) çoxalmazdı
Yosunlarda gedən konyuqasiya prosesi:
A) bir neçə hüceyrə hissələrinin ayrılmasıdir
B) iki hüceyrənin daxili möhtəviyyatının bir-birinə qarışmasıdır
C) bir hüceyrə hissələrinin ayrılmasıdır
D) qidalanma formasıdır
E) hərəkət formasıdır
200 yaşı olan cökə ağacının gövdəsində neçə kambi qatı var?
A) 2
B) 1
C) 0
D) 199
E) 200
Orqanizmin daxili və xarici əlamətlərinin cəmi necə adlanır?
A) fenotip
B) heteroziqot
C) allel
D) homoziqot
E) genotip
Cinsiyyət vəzilərində yetişmə mərhələsində hansı proses baş verir?
A) meyoz
B) amitoz
C) interfaza
D) mitoz
E) böyümə
Tərkibində adenin azotlu əsası, riboza və üç dənə fosfat qalığı olan :
A) zülal
B) RNT
C) DNT
D) karbohidrat
E) ATF
Bitkilərin sistematik qruplarının düzgün ardıcıllığını göstərin:
A) sinif, sıra, şöbə, fəsilə, cins, növ
B) növ, cins, dəstə, fəsilə, sinif, tip
C) şöbə, sinif, dəstə, fəsilə, cins, növ
D) şöbə, sinif, sıra, fəsilə ,cins, növ
E) tip, sinif, dəstə, fəsilə, cins, növ
Ördəkburunun quruluş və həyat fəaliyyətinin hansı xüsusiyyəti məməlilərin sürünənlərdən əmələ gəlməsini sübut edən dəlillərə aiddir?
A) dördkameralı ürək
B) yumurta üzərində kürt yatmaq
C) balanın südlə bəslənməsi
D) yumurtaqoymaqla çoxalma
E) diafraqma
Göl qurbağası və çay xanısı üçün ümumi əlamət:
A) onurğanın qısa olması
B) beyinciyin zəif inkişaf etməsi
C) dəridə selik ifraz edən vəzilərin olması
D) kəllə sümüklərinin sayının az olması
E) qabırğaların olmaması
Dərinin hansı təbəqəsində qan damarlar yoxdur?
A) yalnız epidermisdə
B) yalnız dermada
C) yalnız piy təbəqəsində
D) epidermis və dermada
E) epidermis və piy təbəqəsində
Sümüklərin elastikliyi nədən asılıdır?
A) sudan
B) üzvi maddələrdən
C) mineral maddələrdən
D) sümük hüceyrələrinin ölçülərindən
E) sümüyün yerləşməsindən
İnsanda beyin yarımkürələri baş beynin bilavasitə hansı şöbələrinin üzərini örtür?
A) ara beyin və beyinciyin
B) bütün şöbələrin
C) orta beyin və beyinciyin
D) uzunsov beyin və beyinciyin
E) orta və ara beynin
Volvoks koloniyası 1000 hüceyrədən təşkil olunmuşdur. Hüceyrələrinin 25%-ni itirərsə, bu volvoks koloniyası hüceyrələri nə qədər qamçıya malik olar?
A) 750
B) 1500
C) 500
D) 150
E) 250
Erkək qurbağada dişidən fərqli olaraq:
A) rezonator var
B) yapışqanlı dil var
C) kloaka var
D) dəri tənəffüsü var
E) göz qapaqları var
İnstinkt nədir?
A) arı ailəsinin adıdır
B) nektar toplamaq üçün uyğunlaşmadır
C) ana arının adıdır
D) qarıncığın hərəkətidir
E) mürəkkəb hərəkətlər ardıcıllığıdır
Filin xortumu:
A) üst dodağın və burnun uzanmasından əmələ gəlmişdir
B) üst dodağın və alt dodağın uzanmasından əmələ gəlmişdir
C) üst dodağın və dişlərin uzanmasından əmələ gəlmişdir
D) alt dodağın və burnun uzanmasından əmələ gəlmişdir
E) burnun uzanmasından əmələ gəlmişdir
Su və muneral maddələrin kökün sorucu zonasının en kəsiyindən keçmə ardıcıllığını göstərin:
A) sorucu tellər, kök qabığı hüceyrələri, ötürücü borular
B) kök qabığı hüceyrələri, sorucu tellər, kök qabığı hüceyrələri,
C) ötürücü borular, kök qabığı hüceyrələri,sorucu tellər
D) kök qabığı hüceyrələri, ötürücü borular, sorucu tellər
E) ötürücü borular,sorucu tellər, kök qabığı hüceyrələri
Yabanı turpun salxım çiçəkqrupunda 200 çiçək olarsa burada nə qədər ləçək olar?
A) 1000
B) 200
C) 600
D) 800
E) 400
Fəsilələr bilavasitə hansı sistematik kate qoriyada birləşir?
A) aləmdə
B) şöbədə
C) sırada
D) sinifdə
E) cinsdə
Dalayıcı hüceyrə hidraya nə üçün lazımdır?
A) hərəkət etmək üçün
B) sualtı əşyalara yapışmaq üçün
C) çoxalması üçün
D) müdafiə və ovunu tutmaq üçün
E) sakit dayanması üçün
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top