Tapılan ümumi test sayı : 115

Şibyə orqanizmindən yosunları çıxarsaq, hansı funksiya itər?
A) tənəffüs
B) çoxalma
C) su və suda həll olunmuş duzların sorulması
D) fotosintez nəticəsində üzvi maddələr yaranması
E) hərəkət
Hansı sırada yalnız saçaqlı kök sisteminə malik bitkilər göstərilmişdir?
A) palıd, söyüd, qovaq, şam, alma
B) arpa, buğda, çovdar, vələmir
C) dəvətikanı, pambıq, xiyar, armud, cökə
D) bağayarpağı, dağ laləsi, yerköku, nar
E) pomidor, nar, qızılgül, çinar
Birtipli qamet əmələgətirən fərd:
A) genotip
B) fenotip
C) heteroziqot
D) homoziqot
E) allel
Hansını aromorfoz hesab etmək olar?
A) suyun dibində yaşayan balığın bədəninin yastılaşmasını
B) qızılsarmaşıqda yarpaqların itməsini
C) qoruyucu rəngin əmələ gəlməsini
D) cinsi çoxalmanın meydana çıxmasını
E) göyərçinin lələyinin yelpik şəklini almasını
1. nuklein turşusuna malik olmaq 2. zülal sintez etmək 3. zülala malik olmaq 4. hüceyrə orqanoidlərinə malik olmaq Göstərilənlərdən hansı bütün bakteriya, virus və ibtidai orqanizmlər üçün xarakterikdir?
A) 1, 3
B) 2, 3
C) 1, 2, 3, 4
D) 1, 2
E) 1, 2, 3
Tərkibində adenin azotlu əsası, riboza və bir fosfat qalığı olan :
A) karbohidrat
B) RNT
C) DNT
D) ATF
E) zülal
Bütün plasentalılar üçün oxşar olan xüsusiyyət verilənlərdən hansıdır?
A) arxa ətraflara malik olmaları
B) beyin yarımkürələrində şırım və qırışların çox olması
C) embrional inkişaf dövründə qəlsəmə yarıqlarının olması
D) kəsici,köpək,azı dişlərinə malik olmaları
E) tük örtüyünə malik olmaları
Skorbut xəstəliyinə aid olmayan əlaməti göstərin:
A) infeksion xəstəliklərə qarşı oqanizmin müqaviməti azalır
B) dişlərin əti qanayır
C) ağızın selikli qişasında yaralar əmələ gəlir
D) qıcolmalar başlayır və iflic baş verir.
E) oynaqlarda ağrılar baş verir
İnsanda arterial qan ürək boşluğuna bilavasitə neçə damarla daxil olur?
A) 6
B) 5
C) 4
D) 1
E) 2
Aşağıdakılardan hansı orqanlar sistemi deyil?
A) epitel
B) ifrazat
C) qan-damar
D) sinir
E) cinsiyyət
Qidanı görərkən ağız suyunun ifrazı hansı reflekslərə aiddir?
A) şərti qida reflekslərinə
B) şərti müdafiə reflekslərinə
C) şərtsiz səmt reflekslərinə
D) şərtsiz müdafiə reflekslərinə
E) şərtsiz qida reflekslərinə
Mozalanlar həşəratların hansı dəstəsinə aiddirlər ?
A) düzqanadlılar
B) pulcuqqanadlılar
C) sərtqanadlılar
D) pərdəqanadlılar
E) ikiqanadlılar
Göl qurbağasının baş beyninə hansı qan gedir?
A) venoz
B) arterial
C) arterial və qarışıq
D) hemolimfa
E) qarışıq
Məməlilərdə mədə hansı orqanlar sisteminə aiddir ?
A) qan-damar
B) həzm
C) ifrazat
D) tənəffüs
E) cinsiyyət
14 hüceyrədən təşkil olunmuş ulotriksin neçə hüceyrəsi fotosintez edə bilər?
A) 13
B) 2
C) 10
D) 12
E) 1
Növlərin latın dilindəki adlarında birinci gələn söz hansı sistematik vahidin göstəricisidir?
A) sıranın
B) fəsilənin
C) cinsin
D) növün
E) sinfin
Çılpaqtoxumlulara aid olan fəsilələr hansılardır?
A) küknar və qaraçöhrə fəsilələri
B) şərq tuyası və Eldar şamı fəsiləsi
C) qara şam və sidr fəsiləsi
D) ardıc və qarmaqvari şam fəsiləsi
E) şamlar və sərvlər fəsilələri
Hansı mülahizə düzgün deyil?
A) pambıq və kətan lifi hüceyrələrini adi gözlə görmək mümkün deyil
B) hüceyrələr ölçülərinə, formalarına görə müxtəlifdir
C) bitki hüceyrələri, adətən, çox kiçikdir
D) çiçəkli bitkilərin bütün orqanları hüçeyrədən təşkil olunmuşdur
E) hüceyrə orqanizmin ən kiçik bioloji vahididir
Meyvəyanlığı nədən əmələ gəlir?
A) yumurtacıqdan
B) erkəkcikdən
C) çiçək saplağından
D) toxumdan
E) yumurtalığın divarından
Yazın ikinci əlaməti:
A) ağac bitkilərində yarpaqların açılması
B) küləklə tozlanan ağac və kol bitkilərinin çiçək açması
C) həşəratla tozlanan bitkilərin çiçək açması
D) ağac bitkilərində şirə hərəkətinin başlanması
E) kol bitkilərində şirə hərəkətinin başlanması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top