Tapılan ümumi test sayı : 115

1. nuklein turşusuna malik olmaq 2. zülal sintez etmək 3. zülala malik olmaq 4. hüceyrə orqanoidlərinə malik olmaq Göstərilənlərdən hansı bütün bakteriya, virus və ibtidai orqanizmlər üçün xarakterikdir?
A) 1, 2, 3, 4
B) 1, 3
C) 2, 3
D) 1, 2, 3
Müasir hüceyrə nəzəriyyəsinin 4-cü müddəası göstərilən canlılardan hansına aid edilə bilməz?
A) ali heyvanlara
B) bakteriyalara
C) ali bitkilərə
D) papaqlı göbələklərə
E) şibyələrə
Əgər DNT molekulunda olan bütün adenin nukleotidlərin-x ilə, quanın nukleotidlərini isə -y ilə işarə etsək, onda bu molekulda olan bütün nukleotidlərin cəmini necə hesablamaq olar?
A) 2(x+y)
B) x+y
C) x+2y
D) 2x+3y
E) 2x+y
Refleks qövsünün keçdiyi yolun ardıcıllığı hansı cavabda düzgün göstərilmişdir? 1. Hərəki sirir lifi 2. Hissi sinir lifi 3. İşçi orqan 4. Reseptor 5. Mərkəzi sinir sistemi
A) 3, 5, 1, 2, 4
B) 2, 4, 1, 3, 5
C) 1, 3, 5, 4, 2
D) 4, 2, 5, 1, 3
E) 4, 1, 5, 3, 2
Həm prokariotlar, həm də eukariotlar üçün səciyyəvi olan:
A) DNT, ribosomlar
B) plastidlər, sentriollar
C) sentriollar, formalaşmış nüvə
D) RNT, mitoxondrilər
E) mitoxondrilər, formalaşmış nüvə
Ev milçəyinin yönəldici cisimciyinin xromosom sayı 6-dır. Bu orqanizmin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom,neçə xro matid olur?
A) 6 xromosom,12 xromatid
B) 6 xromosom, 6 xromatid
C) 24 xromosom, 24 xromatid
D) 12 xromosom, 24 xromatid
E) 12 xromosom, 12 xromatid
Şibyənin bədəni hansı canlılardan təşkil olunmuşdur?
A) mukor və penisildən
B) mamır rvə qıcıdan
C) göbələk və yosundan
D) yalnız psilofitdən
E) plaun və qatırquyruğundan
Yarpaq saplağı olmayan bitkilərin sırasını göstərin:
A) tut, gavalı, ərik
B) əncir, alma, albalı
C) arpa, buğda, əncir
D) aloya, aqava, kətan
E) üzüm, alma, aqava
İnsan genetikasını öyrənən hansı üsulun əsasında nəsil şəcərəsinin öyrənilməsi durur?
A) ekizlik
B) biokimyəvi
C) sitogenetik
D) genealoji
E) hibridoloji
Hansı azotlu əsasların kütlələri cəmi daha azdır?
A) quanin+timin
B) quanin +sitozin
C) adenin+timin
D) sitozin+timin
E) sitozin+adenin
Hər hansı populyasiya üçün mülahizələrdən hansı doğrudur?
A) fərdləri arasında yaşamaq uğrunda mübarizə getmir
B) fərdləri bir-biriləri ilə sərbəst çarpazlaşa bilmirlər
C) müxtəlif növlərin fərdlərindən təşkil olunub
D) həmin populyasiyanın bütün fərdlərində genlər eynidir
E) fərdləri həmin növün bir populyasiyasından digərinə keçə bilər
Aşağıda verilən orqanizmlərin hansına hüceyrə nəzəriyyəsini tətbiq etmək olmaz?
A) göy-yaşıl yosunlara
B) göbələklərə
C) bakteriyalara
D) bakteriofaqlara
E) bitkilərə
Əgər orqanizmdə hemoqlobin zülalının əmələ gəlməsi dayansaydı,ilk növbədə nə baş verərdi?
A) lizasomun funksiyaları pozulardı
B) orqan və toxumalarda oksigen çatışmazlığı baş verərdi
C) zülalın inşaat funksiyası pozulardı
D) ribosomların funksiyası pozulardı
E) zülalın siqnal funksiyası pozulardı
Heyvanların sistematik qruplarının düzgün ardıcıllığını göstərin:
A) tip, sinif, dəstə, fəsilə, cins, növ
B) növ, cins, dəstə, fəsilə, sinif, tip
C) sinif, sıra, şöbə, fəsilə, cins, növ
D) şöbə, sinif, dəstə, fəsilə, cins, növ
E) şöbə, sinif, sıra, fəsilə ,cins, növ
İnsanın qan-damar sistemində taylı qapaqlar zədələnərsə, nə baş verər?
A) qan ürəyin mədəciklərindən geriyə-qulaqcıqlara axar
B) qan qulaqcıqlardan geriyə –venalara axar
C) qan aortadan geriyə-mədəciyə axar
D) qan ağciyər arteriyasından, geriyə- mədəciyə axar
E) venalarda qan əks istiqamətdə hərəkət edər
İnsanda ətrafların skelet əzələləri hansı qru plara bölünür?
A) bükücü və açıcı
B) qaldırıcı və endirici
C) bükücü və sıxıcı
D) açıcı və dartıcı
E) dartıcı və sıxıcı
İnsanda asqırma və öskürmə mərkəzləri baş beynin hansı şöbəsində yerləşir?
A) orta beyində
B) beyin yarımkürələrində
C) ara beyində
D) beyincikdə
E) uzunsov beyində
Əgər 14 yaşlı insanın üst çənəsindəki köpək dişləri çıxardılarsa, 24-25 yaşlarında onun normada neçə dişi olar?
A) 22
B) 30
C) 28
D) 26
E) 20
Qurbağaların arxa bağırsağı bilavasitə hara açılır?
A) kloakaya
B) bədən boşluğuna
C) dəri altına
D) xarici mühitə
E) qana
Hansı həşəratın inkişafı natamam çevrilmə ilə gedir?
A) birənin
B) ipəkqurdunun
C) qarışqanın
D) peyin böcəyinin
E) çəyirtkənin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top